Altsheymer xəstəliyi nədir?

Altsheymer xəstəliyi nədir?Altsheymer, çox yayılan demensiyanın növü olub beyin hüceyrələrinin yox olmasına səbəb olan nevroloji xəstəlikdir. Düşüncə, yaddaş və davranış funksiyalarında azalmağa səbəb olan bu xəstəliyin əlamətləri yaşla birlikdə yavaş irəliləyir. Bunun üçün hətta illər keçə bilər. Erkən əlamətlər meydana çıxsa da adətən onun xəstəlik səbəbindən baş verdiyini zənn etmirlər. İlk olaraq son günlər, aylardakı hadisələr unudulur. Amma təəssüf ki, xəstəlik irəliləməyə davam edir. Zamanla normal düşüncə, məntiq, bacarıqlar zədə görür. Xəstəlik əksər zaman 65 yaş və daha yuxarı olan insanlarda müşahidə edilir.

Xəstəliyin əlamətləri nələrdir?

Adətən davranışında problem yaranan belə xəstələrdə yüngül formada da olsa xəstəliyin əlamətləri biruzə çıxır. İlk başlanğıc olaraq kiçik unutmalar, son günləri xatırlamamaq halları olur. Bundan əlavə həmin şəxs müxtəlif əşyaların, insanların adlarını xatırlamaya bilər.

Əsas əlamətləri isə aşağıdakılardır:

Zehni bulanıqlıq

Şəxsin çətin adaptasiyası

Danışmaqda çətinlik

Ətrafa reasksiyanın fərqli olması, insanlara şübhəli yanaşması

Xəyallar görmə, öz aləmində yaşamaq

Şəxsin xatırlaya bilmədiyi hadisələri inkar etməsi

Motivasiya hissinin aşağı olması

Depressiya və s.

Bu qeyd olunanlar ilkin ərəfədə daha çox müşahidə edilir. Xəstəlik artdıqca isə əlamətlər daha kəskin hal alır. Hətta gedərək qulluğa möhtac hala gəlirlər.
Altsheymer xəstəliyi nədir?Yaranma səbəbi nədir?

Uzun illərdir araşdırmalar aparılsa da xəstəliyin irəliləmə səbəbi dəqiq aşkar edilməyib. Ancaq bəzi faktorların, xəstəliklərin buna zəmin yaratdığı bildirilir.

Bunlar hansılardır?

Yaşlı olmaq

Daun sindromu

Yaşanılan beyin travmaları

Piylənmə xəstəliyi

Yuxusuzluq

Mənfi vərdişlərin olması

Yüksək təzyiq və yüksək xolesterin

Düzgün qidalanmamaq

Diabet xəstəliyi

Qadınlarda nisbətən daha çox rast gəlinir.

Altsheymer xəstəliyi nədir?Diaqnozu necə qoyulur?

Bunun üçün xüsusi test, analiz yoxdur. Sadəcə bir çox göstəricilər birlikdə dəyərləndirilə bilər. Psixonevroloji xəstəlik olduğundan, diaqnozu həkim-psixiatr təyin edir. Xəstənin tibbi keçmişi öyrənilir, psixonevroloji əlamətlər araşdırılır, müayinə edilir. Gərək duyularsa beynin KT, MRT müayinəsi tələb olunur. Eyni zamanda xəstənin təzyiq, ürək fəaliyyəti də yoxlanılır.

Altsheymer xəstəliyinin mərhələləri

2011-ci ildə aparılan araşdırmalara əsasən xəstəliyin mərhələlərini təqdim edirik:
1 – Xaricdən normal görüntü (klinik öncəsi)

2 – Çox yüngül pozuntular

3 – Yüngül pozuntular

4 – Orta dərəcəli pozuntu

5 – Orta ciddi pozuntu

6 – Ciddi pozuntu

7 – Çox ciddi pozuntu

Erkən orta dövr sözləri, bəzi anları xatırlamamaqla başlayır. Bu səbəbdən həkimin düzgün şəkildə müayinəsi xəstəliyin erkən aşkar edilməsi üçün çox vacibdir. Bu məqamda artıq dərmanlara başlanılmalıdır.

Müalicəsi necə edilir?

Vaxt keçmədən əlamətlər nəzərə alınaraq həkimə müraciət edilməlidir. Əgər xəstəlik təsdiq edilərsə xəstənin yaşı, vəziyyəti, xəstəlikləri nəzərə alınaraq müalicə kursu təyin edilir. Xüsusi və birdəfəlik müalicə növü yoxdur. Sadəcə müalicə ilə yaranan simptomlar azala və ya müəyyən qədər də olsa qarşısı alına bilər. Ehtiyac olduğu halda müəyyən terapiyalar da keçirilə bilər. Bu ərəfədə isə xəstənin düzgün qidalanması, mənfi vərdişlərdən uzaqlaşması vacibdir.
Altsheymer xəstəliyi nədir?Xəstəlikdən qorunmaq mümkündür?

Bundan qorunmaq tam mümkün olmasa da bəzi fəaliyyətlərin mütəmadi görülməsinin qorunmaq üçün fayda verəcəyi bildirilir.

Zehni fəaliyyətlə daim məşğul olun

Təzyiqinizi normada saxlayın

Meyvə və tərəvəzdən çox istifadə edin

Mənfi vərdişlərdən uzaq durun.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 10 avqust 2023

Oxşar xəbərlər

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə

Tomatlı yeməyə duz qatmaq olar?

Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Masajın əzələ ağrılarını azaltmaqda rolu hansılardı ?

Əzələ ağrıları həyat keyfiyyətini aşağı salan və fəaliyyətləri məhdudlaşdıran əsas problemlərdən biridir. İstər fiziki fəaliyyət sonrası yaranan yorğunluq, istərsə də stressə bağlı əzələ gərginlikləri zamanla narahatlıq v


masaj yuxuda sekis qarin agrisi cinsi xestelikler tecili tibbi yardim
masaj
is elanlari