Allergik rinit nədir?

Allergik rinit nədir?Əlamətləri adətən qrip infeksiyası ilə qarışdırılan allergik rinit özünü burun, göz, qulaq və boğaz qaşınması, burun tutulması, asqırmaq kimi əlamətlərlə göstərir.

Doktorinfo.az xəbər verir ki, allergik rinit burunun selikli qişasının allergen adlandırılan, orqanizm üçün yad olan maddələrə verdiyi iltihabi reaksiyasıdır. Əlamətlər mütəmadi davam etdiyi üçün adi qripdən seçilir.
Son zamanlar bu problem dünya üzərində belə artış göstərir. Bunu adətən uşaqlarda artıq çəki, hava çirkliliyi kimi faktorlarla əlaqələndirirlər.

Allergik rinitin elametleri

Qulaq, damaq, boğazda qaşıntı

Tez-tez burun qanaması

Gözdə allergiya varsa sulanma və qaşınma

Qarın ağrısı və iştah azalması

Qulaqda maye toplanması

Burunla əlaqəli olaraq boğazda tez-tez infeksiyanın baş verməsi

Burun axıntısı

Gözlərdə qızarıqlıq

Tez-tez asqırmaq

Allergik rinitin səbəbləri:

Genetik – ən əsas səbəblərdən biridir. Ailədə allergik qrip, astma və ya bu səbəblə bağlı digər xəstəliyin olması allergik qripin inkişafı üçün əsas faktordur.

Aparılan araşdırmalara görə, kişilərdə allergik qrip daha çox müşahidə edilir.

Kifli və ya nəmli ortam – allergiyanın baş qaldırması üçün əsas faktordur desək yanılmarıq.

Siqaretdən istifadə və ya həmin məkanlarda yer almaq – tüstüsü artıq allergiyanın artması üçün kifayət edəcəkdir.

Allergenlər allergik rinit, qripin inkişafı üçün vacib faktordur. Ən geniş yayılanı isə havada mövcud olan allergendir.

Allergik rinit nədir?Uşaqlarda rinitin ən çox müşahidə edilən səbəbləri nələrdir?

Ağaclarda, çəmənlərdə mövcud olan tozlar

Kif

Heyvan tükləri

Tütün dumanı

Bəs diaqnoz necə qoyulur?

Allergiya adətən kiçik yaşlardan özünü biruzə verir. Sadalanan faktorlar isə artmasına təkan verir.

Uşağın bütün müayinəsi normal dəyərləndirilə bilər. Əsasən burun daxilindəki toxumaların şişlikləri, göz altındakı dəri rənginin tünd olub-olmadığı yoxlanılır.

Bununla yanaşı tibbi keçmiş dəqiq şəkildə öyrənilir.

Gərək duyularsa allergiya testi edilir. Bunun üçün uşağın bir yaşı keçməsi kifayətdir.

Allergiya testini kim edir?

Bunun üçün allergiya üzrə mütəxəssisə, allerqoloqa müraciət edilməlidir. Çünki diaqnoz ilə yanaşı müalicə planı da qurulmalıdır. Allergiya dərhal sağalan və keçən problem deyil. Uzunmüddətli və planlı şəkildə müalicə almaq tövsiyə edilir. Qeyd edək ki, allergiya adətən birdəfəlik sağalmasa da nəzarət altına almaq mümkündür. Allergendən qorunaraq effektliyi uzun müddətlik etmək olar.

Bəs bu test qandan və ya dəridən edilir?

Qandan əldə edilən allergiya testlərinin bahalı olması, cavabının gec çıxması səbəbiylə adətən daha çox dəri üzərindən yoxlanılır.

Allergik rinitin mualicesi nece aparilir?

Dərman müalicəsi, peyvənd, burun spreylərindən istifadə edilir. Həmçinin allergen tapılaraq ona uyğun müalicə sxemi tətbiq edilməlidir.

Burun spreyləri ən çox 7 gün istifadə edilməlidir. Mütəmadi formada istifadə edilirsə burun tıxanması daha çox baş verir. Həkim təyinatı üzrə qəbul edilməlidir. Əks halda orqanizm problemə qarşı effektli cavab verməyəcəkdir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 15 avqust 2024

Oxşar xəbərlər

Boğaz ağrısı dərmanı

Boğaz ağrısı, boğaz nahiyəsində hiss edilən yanma, quruluq, udqunma ilə pisləşən, boğaz içində zədələnmə formasında hiss edilən və müxtəlif tibbi vəziyyətlərdən qaynaqlanan hallara verilən addır. xəbər verir ki, bogaz agris

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Ayaq ağrılarının səbəbləri

Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər

Skolioz nədir?

Skolioz onurğa sütununda yaranan əyilmədir. xəbər verir ki, uşaqlarda qamət pozğunluğu adətən boy artımı zamanı yaranır. Bu zaman digər orqanlarda da dəyişikliklər baş verir. Daha sonra isə orqanların funksional pozğunluğ

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Enməmiş xaya, kriptorxizm nədir?

Oğlan uşaqlarında ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, bel nahiyəsində qoyulur. İnkişaf etdikcə xaya xayalığa doğru enməyə başlayır. 8-9-cu aylarda xayalığa enir. Doğulan zaman isə xaya xayalıqda olur. Bəzə

Talassemiya xəstəliyi

Tibb dilində "Talassemiya" olaraq bilinən "Aralıq dənizi anemiyası" irsi qan xəstəliyidir. xəbər verir ki, doğulan uşağa, ana və atasından "Beta talassemiya" geninin keçməsi ilə yaranan qalıc


masaj yuxuda mede agrisi qarin agrisi hamilelik testi goz hekimi
masaj
is elanlari