Albinizm probleminin əlamətləri və müalicəsi

Albinizm probleminin əlamətləri və müalicəsiAlbinos, digər adı ilə Albinizm dəridə, saçda çox az rəng piqmentinin mövcud olduğu ya da heç rəng piqmentinin olmadığı genetik vəziyyətə verilən addır. Şəxsə adətən daşıyıcı olan valideynlərindən keçir. Dəridəki və ya saçlardakı rəng fərqliliyi səbəbiylə sosial yaşantılarında da problem yaşaya bilən albinos xəstələrinin, günəş işığına qarşı da çox diqqətli olmaları və bu vəziyyətə qarşı tədbir görmələri lazımdır.

Nadir olaraq görülən bu xəstəliyi tamamilə keçirən və ya yaxşılaşdıran müalicə üsulu mövcud deyil. Xüsusilə bütün yaş qruplarındakı şəxslərdə özgüvən əksikliyinə səbəb ola bilməkdədir. Bu səbəblə xəstələrin yaşaya biləcəyi sosial problemlərin önünə keçə bilmələri üçün öncə bu xəstəliyi qəbul edib daha sonra da ailələrindən və ətrafından dəstək görmələri gərəklidir.

Latınca "albus" sözündən gəlir və bəyaz mənasını verir. Vücudda piqment melanin istehsalının əksik olması ya da heç olmaması vəziyyətidir.

Albinosun əlamətləri nələrdir?

Albinizm probleminin əlamətləri və müalicəsiDəri: Ən çox bilinən xüsusiyyəti olan dəri və saç rənginin normalla müqayisədə daha açıq və bəyaz rəngdə olması vəziyyətidir. Dəri rəngi və saç rəngi bəyazdan fərqli də ola bilər və ya bu xəstəliyi mövcud olmayan ana, ata, bacı-qardaşın rəngi ilə bənzər ola bilər.

Çil: Piqmentli və ya adətən çəhrayı rəngində piqmentsiz xallar görülə bilər. Xəstəliyi mövcud olan şəxslərin dərisində çilə bənzər sızaqlar, ləkələr meydana gələ bilər.

Saç: Şəxslərin saç rəngində fərqliliklər ola bilər.

Göz rəngi: Şəxslərin kirpik və qaşları əksər zaman soluq görünür. Göz rəngləri adətən çox açıq mavidir. Bu vəziyyət dəyişiklik göstərə bilər və qəhvəyi rəng tonlarına çevrilə bilər.

Görmə pozuntusu: Xəstəliyin ən vacib əlamətləri arasındadır. Xəstəliyi daşıyan şəxslər bir sıra göz və görmə problemlərindən əziyyət çəkə bilərlər. Bu problemlərin bəziləri bunlardır:

Görmə kəskinliyinin azalması

Uzaq və ya yaxını tam görməmək

Bulanıq görmək

Dərinlik qavrayışının zəif olması və s.

Problemin bir neçə növləri də mövcuddur.

Səbəbləri nələrdir?
Albinizm probleminin əlamətləri və müalicəsiDəridə, saçda, gözlərdə mövcud olan melanosit adındakı hüceyrələr vasitəsilə istehsal olunur. Bu genlərin hansısa birində yaranan mutasiya, istehsalı azalda bilər və ya heç istehsal olunmamasına səbəb ola bilər. Genlərdəki dəyişimlərlə bağlı olaraq fərqli növlər yarana bilər.

Albinos xəstəliyinin müalicəsi

Bu xəstəliyi birdəfəlik keçirən müalicə mövcud deyil. Ancaq xəstənin dəri, göz, görmə problemlərini ən aza endirə bilmək üçün bir sıra tədbirlər görülməlidir. Bu xəstəliyin müalicə müddətində dermatoloji, oftalmoloji və genetik sahə həkimlərinin birlikdə çalışması vacibdir.
Şəxslər vaxtında həkim müayinəsində olmalıdırlar.
Albinizm probleminin əlamətləri və müalicəsiBu vəziyyəti yaşayan şəxslərin uşaqlıq illərindən etibarən bir sıra vərdişləri olmalıdır:

Günəş kremi – Xəstələrin ultrabənövşəyi şüalara qarşı qoruyucu kremlərdən istifadə etməsi vacibdir.

Günəşə məruz qalmamaq – Günəş işığı bu şəxslərin dərisinə çox zərər verə biləcəyi üçün günəşli havalarda çölə çıxmaqdan qaçınılmalıdır.

Gözləri qoruyucu tədbirlər: Günəş eynəyi və ya parlaq işığı qıran və tünd rəng hazırlanan linzalar, gözləri günəş işığından qorumağa kömək edir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 26 sentyabr 2023

Oxşar xəbərlər

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Bəyaz sirkənin faydaları

Ev təmizliyində də tez-tez istifadə edilən bəyaz sirkənin bir çox faydaları mövcuddur. Bəyaz sirkənin istifadə sahələri haralardır?. təqdim edir:. Təmizləyici – Ümumi təmizlikdə istifadə edə biləcəyiniz bəyaz sirkəni 1 stəka

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Smeqma nədir?

Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd


masaj yuxuda hamilelik testi mede agrisi boyrek agrisi babasil mualicesi
masaj
is elanlari