Yumurtalıq xərçənginin simptomları və müalicəsi

Yumurtalıq xərçənginin simptomları və müalicəsiYumurtalıq xərçəngi yumurtalıq toxumasında mövcud hüceyrələrin nəzarətsiz böyüməkləri və çoxalması nəticəsidə yaranır. Bu növ xərçəng, yumurtalıqda yarandığı üçün qadınlarda görülür. Yumurtalıqlar qadınlarda uşaq dünyaya gətirə bilmək vəzifəsini yerinə yetirir. Yumurtalıq toxuması bir-birindən fərqli hüceyrələrdən meydana gəlir. Adətən epitelyum hüceyrələrdən qaynaqlanan şişlərlə ortaya çıxır. Görülmə sıxlığı yaşla birlikdə artır. Hər 100 qadından 1,4-də müşahidə edilir. Erkən diaqnoz bu xəstəlik üçün çox vacibdir.

Səbəbləri nələrdir?

Xərçəngin digər növləri kimi bu xəstəliyin də yaranma səbəbi dəqiq məlum deyil. Ancaq genetik faktorlar, düzgün qidalanmamaq, hormonal problemlərin buna yol açdığı zənn edilir. Bu səbəbdən birinci dərəcə sayılan qohumlarda süd vəzi, yumurtalıq, uşaqlıq xərçəngi aşkar edilən qadınlar bu risk qrupuna daxildirlər.

Risk faktorlarını təqdim edirik:

İrəliləyən yaş

Piylənmə

Geç doğuş etmək və ya etməmək

Genetik faktor

Sonsuzluq müalicəsi alanlar

Süd vəzi xərçəngi

Siqaret və s. kimi pis vərdişlərdən uzaqlaşmaq.

Əlamətləri nələrdir?
Yumurtalıq xərçənginin simptomları və müalicəsiİlkin dövrdə hansısa əlamət verməyə bilər. Bu səbəbdən yumurtalıq xərçənginin ancaq 20 faizi erkən mərhələdə təsbit edilir.
Əlamətlərinin gec ortaya çıxmasının səbəbi, şiş olan toxumanın qarın boşluğu içində böyüməsi və uzunmüddət xəstəni narahat etməməsidir. Ancaq yenə də daxili qarın nahiyəsində təzyiq artışına bağlı olaraq şikayətlər görülə billər. Yumurtalıq xərçəngi aşağıdakı əlamətlərlə özünü biruzə verir:

Daxili qarında artan şişkinlik hissi

Halsızlıq, yorğunluq hissi

Qaz və həzm problemləri

Mədə bulantısı

Bel ağrısı

Tualet vərdişlərində fərqlilik – Uzunmüddətli qəbizlik, tez-tez sidiyə getmək

Menstruasiyanın zamanında olmaması

Cinsi münasibət zamanı ağrı və s.

Bu əlamətlər ilkin ərəfədə meydana çıxmadığı üçün zamanında müayinəyə getmək lazımdır. Erkən diaqnoz qoyulduğu zaman uğur əldə etmək daha da asanlaşır.

Diaqnoz
Yumurtalıq xərçənginin simptomları və müalicəsiBir çox üsulla bunu təsbit etmək mümkündür. Ginekoloq tərəfindən müayinə vacibdir. Həmçinin USM aparılması təsdiq üçün gərəklidir. Dəqiq növü isə toxumalardan əldə edilən biopsiya nəticəsində məlum olur.

Yumurtalıqda görünən hər kistanın xərçəng olduğuna dəlalət etmir. Bu müayinə və analizlər nəticəsində müəyyən edilir. Xəstəliyin bir neçə mərhələsi mövcuddur. Aşkar edildiyi zaman xəstəliyin hansı mərhələdə olması müalicənin növünü dəyişdirə bilir. Bəzi şişlər zamana buraxılır və nəzarət altına alınır.

Müalicə üsulları

İlk müalicə üsulu olaraq cərrahi əməliyyat düşünülür. Xəstəliyin ilkin mərhələsində şişin aşkar edilməsi ilə bərabər adətən əməliyyat qərarı verilir. İlkin ərəfələrdə qarın boşluğundakı zərərli şişlər çıxarılır. Əməliyyat əsnasında gərək duyularsa bağırsaq parçalarının çıxardılması da mümkün ola bilər. Əməliyyatdan sonra da kimyaterapiyalar, dərman müalicəsi edilir. Xəstəliyin müalicəyə cavab verməsi şişin yayılması ilə birbaşa əlaqəlidir. Erkən dövrlərdə 80-90% müsbət nəticələr əldə etmək mümkündür. Bununla birlikdə 4-5 aydan bir müayinələr aparılmalıdır. Bəzən əməliyyatlar 2-4 dəfə təkrarlana bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 08 sentyabr 2023

Oxşar xəbərlər

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali


masaj yuxuda cinsi xestelikler bogaz agrisi qarin agrisi goz hekimi
masaj
is elanlari