Təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə ödəniş 25 manat oldu
Xidmətlər Zərfindəki tibbi xidmətlərin 56%-nin tarifində artım olub.
KONKRET.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji inkişaf və iqtisadi təhlil departamentinin Səhiyyə iqtisadiyyatı şöbəsinin baş məsləhətçisi Şamxal Cəmilzadə Xidmətlər Zərfinin təqdimat mərasimində tibbi xidmətlərin tarifləri barədə danışıb:
"Xidmətlər Zərfi 30%-dən çox kumulyativ inflyasiya və aktual bazar tariflərinə uyğunlaşma ehtiyacı səbəbindən cari ilin avqust ayında yenilənib. Tariflər dövlət və özəl tibb müəssisələrinin tibb heyəti ilə aparılan müzakirələr, bu müzakirələr nəticəsində müəyyənləşən personal, tibbi ləvazimat, avadanlıq, dərman və digər tələblər kimi amillər əsasında formalaşdırılıb".
Onun sözlərinə görə, Xidmətlər Zərfində 1 464 tibbi xidmətin tarifi dəyişdirilərək, aktual bazar qiymətlərinə uyğunlaşdırılıb. Xidmətlər Zərfindəki tibbi xidmətlərin 56%-nin tarifində artım olub.
Şöbə müdiri bildirib ki, ilkin tibbi-sanitariya yardımı xidməti üzrə adambaşına illik ödəniş məbləği 16 manatdan 21 manata, təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə ödəniş 20 manatdan 25 manata çatdırılıb.
Şamxal Cəmilzadə tibb heyətinin əməkhaqlarının artırılması, rəqabətlilik və əlçatanlığın artırılması, tibb müəssisələrinin maliyyə dayanıqlığının təmin edilməsi və tibb müəssisələrinin icbari tibbi sığorta çərçivəsində xidmət göstərməsinə təşviq edilməsinin tarif dəyişikliyinin nəticələri olduğunu vurğulayıb.
APA
DOKTORINFO.AZ Tomatlı yeməyə duz qatmaq olar?
Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla
Siam əkizliyi necə olur?
Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır
Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?
Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm
Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?
Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd
İdmandan öncə isinmə hərəkətləri
İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki
Ən yaxşı nevropatoloq kimdir?
Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə
Stresi azaltmağın ən təbii yolu Masaj haqqında
İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma
Payız qripi zamanı nə etməli?
Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali
Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?
Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr