Sistitin müalicəsi

Sistitin müalicəsiƏn çox görülən xəstəliklərdən biri sidik yolu infeksiyalarıdır.

Doktorinfo.az xəbər verir ki, qadınlarda kişilərlə müqayisədə 10 qat daha çox rast gəlinir. Bu xəstəlik alt və üst sidik yolu infeksiyası ya da sistit, üretit olaraq xarakterizə edilir. Ən çox rast gəlinən forması isə sistitdir.

Sistit nedir?

Sidik yolu infeksiyası təsiri ilə meydana çıxan iltihab formasında özünü göstərir. Bəzi insanlarda olduqca ağrılı simptomlara yol aça bilir. Sidik yolu infeksiyalarının bir çoxu bağırsaqda mövcud olan və sidik yoluna çatan bakteriyalar səbəbiylə meydana gəlir. Yüngül sistit adətən müalicəyə ehtiyac olmada keçir. Ancaq digər versiyadan əziyyət çəkənlər mütəmadi olaraq müalicə qəbul etməlidirlər. Vaxtında müalicə edilməyən sistit böyrəklərə çata bilər və ciddi sağlamlıq problemlərinə yol aça bilər. Böyrəklərdə qalıcı zədələnmə yaratmaması üçün erkən diaqnoz və müalicə əsas şərtdir.

Bes sistitin elametleri nelerdir?

Ağrılı sidiyə getmə

Yanma

Qızdırma

Tez-tez tualetə getmə

Qarın nahiyəsində ağrı

Sistitin müalicəsiSistitin sebebleri nelerdir?

Bakterial sistit – Vücudun xaricindəki bakteriyalar sidik yoluna daxil olur və çoxalmağa başlayır. Bu isə infeksiyalara səbəb olur. Bir çox sistitə idrarda mövcud olan "Escherichia coli" adlı bakteriya səbəb olur. Ancaq digər bakteriya növləri də bu xəstəliyə səbəb ola bilər.

Bakterial olmayan sistit – Bu hansısa dərmanların qəbulu ilə baş verə bilər.

Sistit yoluxucudur?

Simptomları nə qədər ağrılı olsa da yoluxucu deyil.

Sistit cinsi münasibətlə yoluxurmu?

Cinsi münasibət əsnasında yoluxucu riski yoxdur.
Sistitin müalicəsiSistit nece mualice edilir?

Müalicə üçün həkim xəstələrin yaşı, sağlamlıq vəziyyəti, tibbi keçmiş, xəstəliyin dərəcəsi, dərmanlara qarşı həssaslıq halı, əlamətləri ilə maraqlanır. Buna uyğun müalicə üsulu seçilir.

Müalicə aşağıdakı formalarda edilə bilər:

Sistit dərmanı (antibiotiklər də ola bilər)

Alternativ tibb

Yaşayış tərzi dəyişiklikləri

Nadirən cərrahi müdaxilə

Həkimlərin tətbiq etdikləri müalicələr nəticəsində simptomların bir neçə gün sonra itməsi gözlənilir. Ancaq müalicələrin kömək etmədiyi infeksiya vəziyyətlərində mütləq təkrar həkimə müraciət edilməlidir.

Evde sistit mualicesi mumkundur?

Adətən sistitin ən əsas xüsusiyyəti, sidiyə gedərkən yanma hissidir. Evdə sistit müalicəsi üçün tətbiq ediləcək bəzi üsullar vardır. Bunlar aşağıdakılardır:

Bol maye qəbul etmək

Asitli içkilərdən imtina etmək

Tez-tez sidiyə getmə

Qeyd edək ki, genital nahiyədə bir çox təmizlik məhsullarının istifadəsi doğru hesab edilmir.

Ağrılar olarsa ağrıkəsicilərdən istifadə edilə bilər. Ibuprofen 200 mq olaraq, gündə 2-3 dəfə istifadə edilə bilər və ya Fenazopiridin 100 mq – gündə 3 dəfə 2 tablet olaraq qəbul edilə bilər. Ancaq dəqiq ölçüsünü həkimin deməyi məqsədəuyğundur.

Sistit zamanı urotea çayı, renokaps şərbəti, uros 10 kapsulu qəbul edilə bilər.
Sistitin müalicəsiXroniki sistitlərdə pəhriz, müalicənin ayrılmaz bir hissəsidir. Xüsusilə qızardılmış qidalar, duzlu, ədviyyatlı qidalar, asitli içkilər, çay, qəhvə istifadəsi sistitə zəmin yarada bilər.

Risk faktorları nələrdir?

Sidik yolu infeksiyaları və sistitin ən vacib risk faktorları arasında kifayət qədər maye qəbul etməmək və sidik kanalı darlığı kimi problemlər yer alır. Xüsusilə yaz-yay aylarında ayaqları soyuqlatmaq risk faktorudur. Bol maye qəbulu, mütəmadi sidiyə getmək sistit riskini azaldır.

Tekrarlayan sistitin qarsısını nece almalı?

Təkrarlayan sidik yolu infeksiyası və ya sistitin qarşısının alınması üçün bol maye qəbul etmək və idrarı qarında saxlamamaq, gigiyenaya diqqət göstərmək lazımdır.

Həmçinin qəbizlik problemi də sistitə yol açan əsas səbəblərdən biridir.

Bundan əlavə bəzi qadın problemləri də bu problemə yol aça bilər.

Duzlu, ədviyyatlı, qıcıqlandırıcı qidalardan çəkinin.

Ən azı 1,5 litr maye içmək gərəklidir.

Cinsi əlaqədən əvvəl və sonra sidik ifrazı doğrudur.

Hipotermiyadan çəkinmək tövsiyə edilir.

Müayinə və müalicə düzgün formada aparılmalıdır.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 15 yanvar 2024

Oxşar xəbərlər

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Ağciyər ağrısının səbəbləri, müalicəsi

Ağciyər ağrılarına əksər zamanı ötəri baxılır. Buna diqqət edilmir. xəbər verir ki, əslində isə bir çox səbəbi ola bilər. Bes agciyer agrisinin sebebleri neler ola biler?. Astma. Ağciyərdə qan laxtası. Pnevmoniya. Qabırğ

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Qaraciyər ağrılarının əlamətləri

Qaraciyər bir çox insanın ortaq problemidir. Hər bir ağrı özünü müxtəlif əlamətlərlə biruzə verir. Qaraciyer agrilarinin elametleri nelerdir?. Küt ağrı. Qılınc batmış hissi. Bəzən nəfəs darlığı. Kürək nahiyəsinə yayılan ağr

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Papilloma xəstəliyi

HPV, insanlar arasında olduqca yayğın olan, əksər insanda problemə yol açmasa da bəzi insanlarda genital ziyil və xərçəngə səbəb ola bilən virusun adıdır. Bu virus dəriyə təsir göstərir. xəbər verir ki, bir çox tipi ağız

Polipin təbii yolla müalicəsi mümkündür?

Poliplər, insan vücudunun müxtəlif nahiyələrində yaranan kiçik və böyük ölçüdə olan şişliklərdir. Əksər zaman xoşxassəli olurlar. Adətən dərhal hiss edilməz və görünməyi zaman alar. Bəzən isə başqa bir yoxlanış zamanı üz

Böyrək büzüşməsi (kiçilməsi) nədir?

Böyrək büzüşməsi, böyrəklərin ölçüsündə anormal formada olan kiçilmədir. Sağlam şəxslərin böyrəkləri 10-12 sm uzunluğunda, 5-6 sm genişliyində və 3-4 sm qalınlığındadır. Atrofik böyrək isə böyrəklərin nisbətən normal dəyərində

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin


masaj yuxuda cinsi xestelikler bogaz agrisi qarin agrisi goz hekimi
masaj
is elanlari