Qırtlaq xərçəngi nədir?

Qırtlaq xərçəngi nədir?Qırtlaq, tibbi adıyla larinks, boyun nahiyəsində mövcud olan orqandır.

Doktorinfo.az xəbər verir ki, tənəffüs yolunun vacib parçasıdır. Larinks, eyni zamanda səs tellərini də içində mövcuddur. İçindən keçən havanın təsiri ilə titrəşən səs tellərində yaranan səs farinks, ağız boşluğu və burundan eşidiləcək hala gəlir.

Cəmiyyətdə hər 100 min şəxsdən təxminən beşində inkişaf edən qırtlaq xərçəngi, qırtlaq nahiyəsində bəzi hüceyrələrin nəzarətsizcə çoxalaraq şiş halını alması nəticəsində ortaya çıxır. Siqaret istifadəsinin ən vacib risk faktoru olduğu qırtlaq xərçəngi, bu vərdişi mövcud olan şəxslərdə təxminən 20 qat daha çox görülür.

Qırtlaq xercenginin sebebleri nelerdir?

Qırtlaq xərçəngi nədir?Yaranmasında ən böyük risk faktoru siqaret və tütün məhsullarından istifadədir. Digər risk faktoru isə həddindən çox spirtli içkilərdən istifadədir. Yanlış qidalanma da bu hissədə böyük rol oynayır. Qırtlaq xərçənginin yaranmasında reflüks xəstəliyi də risk faktorlarından biridir.

Qırtlaq xercenginin elametleri nelerdir?

Səsdə dəyişiklik

Səs kəsintisi, danışarkən çətinə düşmək

Udqunarkən acı hiss etmə

Nəfəs alarkən boğazda yanma hissi

Qanlı bəlğəm

Boğaza bir şey qalmış kimi hiss etme

Baş agrisi

Boyun arxasında düyünlər

Arıqlamaq və s.

Qırtlaq xərçənginin müalicəsi:

Şişin qırtlağın hansı hissəsində, nə ölçüdə olduğu, mərhələsi və s. çox vacibdir. Təməl olaraq 4 növ müalicə üsulu tətbiq olunur.

Cərrahi müdaxilə müalicə üsulları sırasındadır. Gec mərhələdə müraciət edənlərdə qırtlağın hamısı alınır.

Qırtlağın sadəcə bir hissəsi alınan xəstələrin əməliyyat sonrası mərhələsində güvənlə nəfəs alması üçün açılan bu dəlik, bir neçə gün içində bağlanılır. Ancaq qırtlağın hamısı alındığı əməliyyatlarda bu dəlik qalici ola bilir. Əgər xərçəng hüceyrələri boyundakı limfa vəzlərinə yayılmışsa və ya yayılma ehtimalı yüksək görülürsə, əməliyyat sırasında boyundakı limfa vəzlərinin də təmizlənməsi gərəkli ola bilir.
Qırtlaq xərçəngi nədir?Qırtlağın bir qisminin çıxarıldığı xəstələrdəki səs keyfiyyəti olduqca yüksəkdir. Qırtlağın hamısı çıxarıldığı əməliyyatlardan sonra ortaya çıxan nitq problemi, səs protezi taxılaraq və səs tədrisi ilə bərpa edilməyə çalışılır.

Digər üsullardan biri radiasiyadır. Hüceyrələri öldürür, şişləri kiçildir. Xaricdən cihaz vasitəsilə verilir.

Kimyaterapiya da müalicə üsullarından biridir. Əksər zaman irəli mərhələ xərçənglərdə, cərrahi öncəsində və sonrasında, xərçəngləri təkrarlayan xəstələrdə istifadə edilir. Cərrahinin tətbiq olunmadığı bəzi vəziyyətlərdə isə radioterapiya və kimyaterapiya birlikde tətbiq edilərək orqan qoruma protokolu formasında müalicə modeli tətbiq olunur.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 21 avqust 2024

Oxşar xəbərlər

Ağciyər ağrısının səbəbləri, müalicəsi

Ağciyər ağrılarına əksər zamanı ötəri baxılır. Buna diqqət edilmir. xəbər verir ki, əslində isə bir çox səbəbi ola bilər. Bes agciyer agrisinin sebebleri neler ola biler?. Astma. Ağciyərdə qan laxtası. Pnevmoniya. Qabırğ

Ayaq dırnağı xəstəlikləri

Dırnaq problemləri son zamanlar geniş formada yayılıb. məlumat verir ki, bunun bir çox səbəbləri mövcuddur. Bes ayaq dirnaq xestelikleri nelerdir?. Dırnaqların batması – Çox görülən problemlərdən biridir. Buna, dırnaqlar

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Viral infeksiyalar nədir?

Viral infeksiyalar, virus adı verilən mikroskopik orqanizmlərin vücuda yoluxması nəticəsində ortaya çıxan infeksiyalardır. Bu viruslar, hüceyrələrə zərər verərək çoxalır və müxtəlif xəstəliklərə səbəb ola bilirlər. xəbə

Aritmiya nədir?

Ürək problemi olanlar, bəzən də sağlam insanlar bu problemdən əziyyət çəkirlər. Sürətli, yavaş ya da nizamsız ürək döyüntüləri ilə özünü biruzə verir. xəbər verir ki, aritmiya və ya ritm pozuntuları ürək döyüntülərinin anorma

Sümük xərçənginin əlaməti

Xərçəng bir çox orqanda yarana bilən, ölümlə nəticələnən ağır xəstəlikdir. Erkən diaqnoz və müalicə bu xəstəlik zamanı həyati önəm kəsb edir. Hətta sümüklər, yumşaq toxumalarda belə yaranması mümkündür. xəbər verir ki, bəzə

Böyrək büzüşməsi (kiçilməsi) nədir?

Böyrək büzüşməsi, böyrəklərin ölçüsündə anormal formada olan kiçilmədir. Sağlam şəxslərin böyrəkləri 10-12 sm uzunluğunda, 5-6 sm genişliyində və 3-4 sm qalınlığındadır. Atrofik böyrək isə böyrəklərin nisbətən normal dəyərində

Herpesin müalicəsi

Herpes virusu insanlarda tez-tez görülən və adətən ağrılı lezyonlara yol açan bir virus ailəsinin üzvlərini əhatə edən termindir. Bu virus ailəsi xüsusilə herpes simpleks virusu 1 və herpes simpleks virusu 2 olmaq üzrə ik

Soyuqda əllərin göyərməsi, Siyanoz xəstəliyi nədir?

Göyərmə olaraq ifadə edilən siyanoz, qırmızı qandakı hemoqlabinə bağlı oksigen çatışmazlığı səbəbiylə dəri, dodaq, dırnaq yataqlarında yaranan mavi və ya göyə bənzər rəng dəyişimidir. Qanın, vücuddakı fərqli toxumalara çatma


masaj yuxuda boyrek agrisi babasil mualicesi bogaz agrisi cinsi xestelikler
masaj
is elanlari