Saç niyə yağlanır? – Təbii vasitələrlə çarəsi

Saç niyə yağlanır? – Təbii vasitələrlə çarəsiBir çox insan saç yağlanmasından əziyyət çəkir. Bəzən bu ötəri səbəbdən qaynaqlanır, bəzən isə dermatoloji səbəb olur.

doktorinfo.az saçların tez yağlanmasına səbəb olan faktorları təqdim edir:

Saçları çox isti su ilə yumaq

Saç tipinə uyğun şampunlardan istifadə etməmək
Saç niyə yağlanır? – Təbii vasitələrlə çarəsiSaçları yaxşı durulamamaq

Saç diblərinə saç kremi ya da yağlı saç maskaları tətbiq etmək

Gün ərzində tez-tez saçlara toxunmaq, saçlarla oynamaq

Gərəkdiyindən artıq yumaq

Qurulayan dəsmalın təmiz olmaması

Jele kimi məhsulların yanlış istifadəsi

Yağlı saçlar üçün istifadə edilən şampunların tərkibində kimyəvi maddələr olduğu üçün bəziləri bu növ qatqılı şampunlardan istifadə etmək istəmirlər. Şampun və serumlarla yanaşı bu problemi təbii üsullarla həll etmək mümkündür.

Saç niyə yağlanır? – Təbii vasitələrlə çarəsiBəs təbii vasitələrlə bu problemi necə həll etmək mümkündür?

Alma sirkəsi – Sirkələrin içində mövcud olan və sirkəyə həm kəskin dadını həm də qoxusunu verən asetik asit, saç dərisindəki pH tarazlığının təmin olunmasında vacib rol oynayır. Saça tətbiq olunan tonik kimi su ilə qarışdıraraq saçınıza tətbiq olduğunda həm yağlanmadan xilas olacaqsınız, həm də yumşaq və parlaq saçlara sahib olacaqsınız.
Alma sirkəsi əvəzinə üzüm sirkəsindən də istifadə edə bilərsiniz.

Lavanda – Sirkənin qoxusu sizi narahat edirsə ya da saçlarınızın üzərində gözlənilmədik təsiri yaradıbsa, daha qoxulu alternativ üsul lavandadır. Bunun üçün qurudulmuş lavanda yarpaqlarını alın, təxminən 2-3 stəkan suyun içinə bir tutam atın və 10 dəqiqə qaynadın. Əldə etdiyiniz suyun ilıqlaşmasını gözləyin. Soyuğa yaxın haldaykən quru saçlarınıza dibdən uca çəkib 30 dəqiqə gözlədin. Ardından hər zamanki kimi saçlarınızı yuyub yaxşı durulayın. Bunu həftədə 1 dəfə, probleminizdən xilas olanadək edin.

Qara çay – Çayın içində mövcud olan maddələr saçların tez yağlanmasının önünə keçir. Təxminən 1 su stəkanı qədər dəmlənmiş qara çayı saçlarınıza dibdən uca tətbiq edin və təxminən 10-15 dəqiqə saçınızda gözlətdikdən sonra durulayın.

Nanə - İçərisindəki yararlı maddələr sayəsində həm saç dərinizin pH tarazlığını qurmağınızda həm də fərahlanmasında təsirli olan bitkilərdən biridir. Təzə halda tapmasanız qurudulmuş nanələri təmin edərək işə başlayın. 1 ovuc qurudulmuş nanəni 1 litr suyun içində qaynamağa qoyun. Ardından süzüb əldə etdiyiniz suyun ilıqlanmasını gözləyin. Sprey şüşəsinə töküb saçlarınıza tətbiq edin. 10-15 dəqiqə gözlədib durulayın.
Saç niyə yağlanır? – Təbii vasitələrlə çarəsiPomidor – Limon kimi pomidor da asidik quruluşda olduğu üçün saçlardakı yağlanma probleminin azalmasında təsirli adlardan biridir. 1 böyük pomidoru alıb qabıqlarını soyun və rəndədən keçirin. Ardından incə süzgəcdən keçirərək suyunun çıxmasını təmin edin. Əldə etdiyiniz bu pomidor suyunu saç dərinizə tətbiq edib 25-30 dəqiqə qədər gözlədin və saçlarınızı gözəlcə yuyub durulayın.

Limon - 1 su stəkanı suyun içinə 1 ədəd yeni sıxılmış limonun suyunu əlavə edib qarışdırın. Sprey şüşəsinə qarışımı saç diblərinə tətbiq edib 10 dəqiqə gözlədin. Bu zaman yüngül qaşıntılar ola bilər. Saçlarınızı dərhal ardından yaxşı yuyub durulayın. Əgər saç dəriniz həssasdırsa bu qarışıma 1 şirniyyat qaşığı qədər bal da əlavə edə bilərsiniz.


DOKTORINFO.AZ
Xalq Təbabəti       Tarix: 29 noyabr 2023

Oxşar xəbərlər

Mazolun müalicəsi

Ayaq mazollarının yaranması ən geniş yayılan problemlərdən biridir. Mazollar ayaq dərisinin uzun müddət ərzində sıxılması nəticəsində yaranır. xəbər verir ki, düzgün seçilməmiş ayaqqabılar, dar corablar bu hala zəmin yaradır

Sümük əriməsinin təbii müalicəsi

Osteoporoz bir çox insanda, əsas da yaşlılarda görülən sağlamlıq problemidir. xəbər verir ki, aparılan araşdırmalar bu problemə çarə olacaq təbii üsulu təqdim edirlər. Belə ki, gavalı sümük sağlamlığını dəstəkləyən meyv

Qaraciyəri sağaldan qarışım

Qaraciyər problemləri müşahidə edilən xəstəliklər sırasındadır. xəbər verir ki, xalq təbabəti üsulu ilə də qaraciyərinizin funksiyalarını normada saxlaya bilərsiniz. Çünki nəzarətsiz istifadə edilən hər qida qaraciyər orqanın

Böyrək ağrısının evdə müalicəsi

Böyrək ağrıları geniş yayılmış problemlərdən biridir. Bunun həm ötəri həm də ciddi səbəbləri ola bilər. Böyrək ağrılarının ciddi səbəbləri barədə ötən məqaləmizdə bəhs etmişdik. xəbər verir ki, böyrək ağrısı hər zaman cidd

Öskürəyi tez kəsən dərman

Öskürək bir çox viral və bakterial xəstəliklər zamanı baş verir. Həkimlər hər yaranan öskürək üçün dərhal edilən müdaxiləni doğru hesab etmirlər. məlumat verir ki, öskürək hansısa problemin göstəricisi olaraq üzə çıxır. Bunu

Cinsi zəifliyi aradan qaldıran vasitələr

Cinsi zəifliyi səbəbindən asılı olaraq təbii və tibbi üsullarla müalicə edərək aradan qaldırmaq mümkündür. -ın təqdim etdiyi türkə çarə vasitələrlə mövcud problemi aradan qaldıra bilərsiniz. Həmçinin bu üsulların vücudunuz

Öskürək, boğaz ağrısı... Naringi qabıqlarının möcüzəvi təsiri nədir?

Qış mövsümü bir çox xəstəliklərin kəskinləşdiyi dövrdür. Xüsusilə də öskürək, burun axıntısı, baş ağrısı kimi əlamətlər daha uzun və şiddətli davam edir. Bu zaman tibbi müdaxilə ilə yanaşı xalq təbabəti də xüsusi əhəmiyyə

Rozmarinin (Bibəriyyə) faydaları nələrdir?

Tərkibində önəmli maddələr mövcud olan bitkilərdən biri rozmarindir. Xalq arasında akpüren, bibəriyyə kimi fərqli adlarla da bilinən bu bitkinin çox illik tarixi vardır. xəbər verir ki, mavi rəngdə çiçəkləri mövcud olan bibəriyy

Dəfnə yarpağının şəfalı möcüzələri

Dəfnə yarpağı qədimdən şəfalı, gözəl qoxulu bitki kimi bilinir. Bu bitkidən həm turşularda, həm yeməklərdə, alternativ tibdə istifadə edilir. Bes faydalari nelerdir?. Bəzən bərəkət bitkisi kimi də adlandırılan defne yarpağını


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari