Qidanın həzm olunmaması və zəhərlənmə

Qidanın həzm olunmaması və zəhərlənməQida zəhərlənməsi (qida intoksikasiyası) – tərkibində bioloji və ya qeyri-bioloji toksinlər saxlayan ərzaqların qəbul edilməsi nəticəsində yaranan çox kəskin haldır.

Zəhərlənmələrin müalicəsində xalq təbabəti məsləhətləri

Doktorinfo.az xəbər verir ki, zəhərlənmə zamanı çox miqdarda süd içmək lazımdır. Südün həm toksiki maddələri özünə hopdurmaq və zərərsizləşdirmək xüsusiyyəti var, həm çox miqdarda içildikdə qusmaya səbəb olur və zəhərlərin mədədən sovrulmasının qarşısı alınır. Eyni məqsədlə xəstəyə ayran da içirtmək olar.

Yüngül zəhərlənmələr zamanı ballı şüyüd dəmləməsi yaxşı təsir göstərir. Hazırlamaq üçün bir xörək qaşığı bostan şüyüdünün otu və ya yarım çay qaşığı şüyüd toxumları bir stəkan qaynar suda dəmlənir, bir qədər soyuduqdan sonra dəmləməyə bir xörək qaçığı bal əlavə olunur.

Müxtəlif zəhərlənmələr zamanı çəhrayı rodiolanın spirtli çıxarışı çox yaxşı kömək edir. 5-10 damcı ekstraktı az miqdarda suda həll edib, gündə 2-3 dəfə içmək lazımdır. Sonuncu qəbul axşam saat 19.00-dan gec olmamalıdır. Ekstraktla birlikdə ballı su qəbul etmək olar.
Qidanın həzm olunmaması və zəhərlənmə2 xörək qaşığı çöl qatırquyruğu otu bir litr qaynar suda dəmlənir və gündə 6 dəfə 1/2 stəkandan qəbul edilir.

Cirə toxumlarının bişirməsi də zəhərlənmə zamanı faydalıdır. 10-15 ədəd cirə toxumu 350 ml qaynar suda 15 dəqiqə qaynadılır. Alınan bişirmə birdəfəyə içildikdən sonra xəstəni qusdurmaq məsləhətdir. Daha sonra eyni qədərdə təzə bişirmə qəbul edilir.

Zəhərli göbələklər, mis və qurğuşun duzları ilə zəhərlənmə zamanı belə dəmləmə hazırlamaq olar. Hərəsindən 5 xörək qaşığı çöl qatırquyruğu otu və üçyarpaq yonca çiçəkləri, 2 xörək qaşığı palıd qabıqları ilə qarışdırılır. Alınan qarışımdan 3 xörək qaşığı bir litr qaynar suda dəmlənir. Gündə 7 dəfə, hər dəfə 1/2 stəkan daxilə qəbul edilir.

10-12 ədəd xırdalanmış biyan köklərinin üzərinə 3 stəkan su tökülür və bir stəkan qalana qədər bişirilir. Zəhərlənmiş xəstəyə tez-tez içirdilir.

Bir çay qaşığı xırdalanmış pişikotu kökləri 0,5 litr qaynar suda 5 dəqiqə qaynadılır. Soyuduqdan sonra süzülür. Hər saatdan bir ½ stəkan daxilə qəbul edilir.

Dazı otu, istiotlu nanə yarpaqları, aptek çobanyastığı çiçəkləri və bağayarpağı yarpaqlarından eyni miqdarda götürülür. Alınan yığıntıdan bir xörək qaşığı 0,5 litr qaynar suda 30 dəqiqə dəmlənir. Hər saatdan bir 1/3 stəkan qəbul edilir.

Dr. Elnur Eldaroğlu


DOKTORINFO.AZ
Xalq Təbabəti       Tarix: 12 oktyabr 2024

Oxşar xəbərlər

Tutulmuş səsi necə açmaq olar? - Təbii çarələr

Səs tutulması hər kəsin qarşılaşa biləcəyi vəziyyətdir. Bəzən yüksək səslə danışıq, bəzən qışqırmaq, xəstəliklər səs kəsintisinə yol aça bilər. səs kəsintisinə yol açan faktorları təqdim edir:. Heddinden çox danışmaq. Qışqırmaq

Böyrək ağrısının evdə müalicəsi

Böyrək ağrıları geniş yayılmış problemlərdən biridir. Bunun həm ötəri həm də ciddi səbəbləri ola bilər. Böyrək ağrılarının ciddi səbəbləri barədə ötən məqaləmizdə bəhs etmişdik. xəbər verir ki, böyrək ağrısı hər zaman cidd

Stomatit: Səbəb və təbii müalicəsi

Stomatit nədir?. Stomatit ağız boşluğunun selikli qişasının zədələnməsi nəticəsində yarana bilir. Stomatiti yaradan sebebler nelerdir?. təqdim edir:. Ağız boşluğunda yaranan yanıqlar. Breketlərin yanlış qoyulması. Yanaq

Qış çayı ilə xəstəliklərdən necə qorunmalı?

Soyuq qış günlərində içilən isti içkilər arasında yer alan xüsusi çay növüdür. Adətən bitki çayları, ədviyyatlar, maye parçaları və digər təbii qidaların qarışımından əldə edilir. xəbər verir ki, qıs caylari, isti içki növün

Böyrəkləri təmizləyən reseptlər

Böyrək insan orqanizmi üçün vacib orqandır. Vücudu zərərli toksinlərdən təmizləyir. xəbər verir ki, böyrəkləri çox yükləmək də doğru deyil. Toksin və ziyanlı maddələri orqanizmdən temizlemek üçün təbii vasitələrdən də istifad

Kürək ağrısının səbəbləri və təbii müalicəsi

Bel ağrısı nədən qaynaqlanır?. Kürək ağrısına nə yaxşı təsir göstərir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bel agrisinin sebebleri:. təqdim edir:. Duruş pozğunluqları. Uzun müddətdə masa arxasınd

Çaytikanının faydaları və zərərləri

Çaytikanı yağı müalicəvi vasitələrdən biridir. xəbər verir ki, bir çox sahələrdə həm kosmetik həm tibbi vasitə kimi istifadə edilir. Çaytikanının tərkibində var:. Sink. Fosfor. Kükürd. Vitamin C, E, P, B qrupu. Dəmir. Kükür

Alma sirkəsinin hazırlanması

Sirkə istifadə edilən faydalı təbii içkilərdən hesab edilir. İstər təmizlik üçün istərsə də orqanizm üçün olduqca xeyirlidir. xəbər verir ki, sirkə vücudda olan bakteriya və virusları məhv edən içkilərdəndir. Mütəxəssislə

Daban ağrısının təbii müalicəsi

Daban ağrısı, yeriyişə, duruşa, vücudun hərəkətlərinə təsir göstərən problemdir. Ayaq əzələlərində, oynaqlarda və sümüklərdə meydana çıxan problemlər səbəbilə ayaq dabanında ağrı yarana bilər. məlumat verir ki, ayaq dabanınd


masaj yuxuda tecili yardim cinsi xestelikler tecili tibbi yardim dis agrisi
masaj
is elanlari