Qəbizlik insanı kökəldir?

Qəbizlik insanı kökəldir?Qəbizlik hər kəsin həyatında bir dəfə də olsa yaşadığı geniş yayılan həzm problemidir. Hormon dəyişikliyinin yaşandığı hamiləlikdə qəbizlik görülə bilər, əlavə qidaya keçən uşaqlarda qəbizlik görülə bilər, stres altında ya da depressiya vəziyyətində də qəbizlik görülə bilər. Buna əlavə olaraq qidalanma proqramında qəbiz edən qidalar heddinden çox istifadə edilibsə bu vəziyyətdə qəbizliyə yol aça bilər.

Qəbizlik tək başına bir xəstəlik olaraq dəyərləndirilmir. Bağırsaq florasında müəyyən bir tarazlıq içində yaşayan mənfi və ya müsbət bakteriyalarda bir natarazlıq olduğu zaman qəbizlik problemi ortaya çıxa bilir. Qebizlik çəki artışı ilə birlikdə seyr edilirsə mikrobiotada dəyişimə və yağ toplama ilə yağ əritmə formasında bir dəyişikliyə işarət edə bilər.

Qəbizlik çəki artırırmı?

Doktorinfo.az xəbər verir ki, xronik qebizlik çəkənlərin ən çox maraqlandığı mövzulardan biri "Qəbizlik çəki aldırırmı?" sualıdır. Adətən qəbizlikdə vücudun su tutması səbəbiylə şişkinlik və ödəm yaranır. Qəbizlik, həftədə 3 dəfədən az olmaq şərtiylə quru, sərt nəcisin olmasıdır. Bu zaman ağrı hiss edilə bilər. Qəbiz olduğunuzda böyük ehtimal şişkinlik və qaz hissinə sahib olursunuz. Bir çox şəxs qəbiz olduğunda bu şişkinlik və qaz hissi səbəbiylə çəki aldığını düşünür. Ancaq şişkinlik, bağırsaqda toplanan qazın sıxışaraq qarın içinə təzyiq etməsi nəticəsində yaranır. Vücud su tutar və ödəm yaranır, bu səbəblə tərəzidə bir neçə çəki artıq görülə bilər. Ancaq bu çəki artıqlığı vücudun yağ kütləsindəki artış deyildir. Qəbizlik ortadan qalxdığında vücud artıq suyu vücuddan atar, bağırsaqlarda sıxışan qaz gedər və şişkinlik hissi itər. Ancaq bu vəziyyət zəiflədiyiniz və yağ itirdiyiniz mənasına gəlməz. Sadəcə vücudunuz qəbizlik müddətində meydana gələn ödəmi attığı üçün normal çəkiyə dönər.

"Qəbizlik çəki artırırmı?" sualına mütəxəssislər "yox" cavabını verirlər.

Qəbizlik çəki verməyə maneə ola bilərmi?

Qəbizlik çəki verməyə maneə olmaz, ancaq çəki vermə müddətinin çox daha yavaş işləməsinə səbəb olur. Qəbizliyə səbəb olan bir çox faktor olsa da fiziki mənada qəbizliyin keyfiyyətsiz qidalanma və fiziki hərəkət azlığı olmaq üzrə ən vacib iki səbəbi vardır.

Qəbizliyə səbəb olan faktorlar eyni zamanda çəki artışına da yol açır. Kifayət qədər su içməmək, lif cəhətdən zəif qidalanma, fiziki hərəkət əksikliyi həm çəki artışına həm də qəbizliyə səbəb ola bilir. Bütün bu faktorlar maddələr mübadiləsini yavaşlada bilər və gündəlik kkalorini azaldaraq yağ toplama bacarığınızı artıra bilər.
Qəbizlik insanı kökəldir?Bənzər şəkildə yavaşlayan maddələr mübadiləsi həzm sistemi də daxil olmaq üzrə bütün vucud sistemlərini yavaşlada bilər. Həzmin yavaşlaması mədənin qidaları həzm etmək üçün artıq zaman xərcləməsinə və bağırsaqların da eyni şəkildə sovrulması sırasında daha çox zaman sərf edərək bağırsaq hərəkətlərinin yavaşlamasına səbəb olur. Bağırsaq hərəkətlərindəki yavaşlama necisin daha uzun müddət bağırsaqlarda gözləyərək su itirməsinə və nəticədə qəbizliyə yol aça bilər.

Qəbizlik səbəbləri də adətən çəki almağa da yol aça bilər.

Əgər bağırsaq mikrobiyotasında yaxşı və mənfi bakteriyaların tarazlığı pozularsa, yəni zərərli bakteriyaların sayında artış olarsa bağırsaq hereketlerini təmin edən maddələrin istehsalı azala bilər. Bu vəziyyət də qəbizliyə səbəb ola billər. Bağırsaq florasında yaxşı bakteriya sayısındakı azalma, lifləri həzm edərək insulin səviyyələrini tarazlayan və bağırsaq üçün faydalı olan maddələrin sintezlənməsini də azalda bilər.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 27 dekabr 2023

Oxşar xəbərlər

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Mədə yırtığı

Mədə yırtığı, mədənin üst qismi diafraqmadakı bir açıqlıqdan sinəyə doğru yaranan şişkinlikdir. Mədə yırtığı haqqında ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, diafraqma, qarın boşluğunu döş qəfəsi boşluğunda

Talassemiya daşıyıcılığı nədir?

İnsanlarda bir xüsusiyyətə aid genlərdən iki ədəd mövcud olur. Biri anadan, digəri atadan keçər. xəbər verir ki, Beta talassemiya üçün ana və atadan keçən qlobin geni normaldırsa uşaq normal, biri dəyişikliyə məruz qalırs

Osteoxondrozun təbii yolla müalicəsi

Bu gün dünyanın bütün ölkələrində, hər insan onurğa problemləriylə qarşılaşır. məlumat verir ki, ən geniş yayılan xəstəliklərindən biri osteoxondrozdur. Statistikaya görə, dünyanın bütün sakinlərinin 80 aizi bu xəstəlikdə

Qaraciyər ağrılarının əlamətləri

Qaraciyər bir çox insanın ortaq problemidir. Hər bir ağrı özünü müxtəlif əlamətlərlə biruzə verir. Qaraciyer agrilarinin elametleri nelerdir?. Küt ağrı. Qılınc batmış hissi. Bəzən nəfəs darlığı. Kürək nahiyəsinə yayılan ağr

Ayaq ağrılarının səbəbləri

Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər

Mədə yanması: Əlamətləri və müalicəsi

Mədə yanması, yemək yedikdən sonra mədə asidinin qida borusuna geri axışı sonrası iltihablanma və zədə yaradıb sinədə meydana gətirdiyi ağrılı yanma hissidir. xəbər verir ki, bir çox səbəbləri mövcud ola bilər. Bu zaman ə

Aritmiya nədir?

Ürək problemi olanlar, bəzən də sağlam insanlar bu problemdən əziyyət çəkirlər. Sürətli, yavaş ya da nizamsız ürək döyüntüləri ilə özünü biruzə verir. xəbər verir ki, aritmiya və ya ritm pozuntuları ürək döyüntülərinin anorma

Ayaqda sinir ağrısı müalicəsi

Ayaq biləklərində yaranan ağrıların səbəblərindən biri ayaq biləyi ətrafındakı toxumanın ayaq biləyi hərəkətləri ilə sıxışmasından qaynaqlı ola bilər. Basketbolçular, futbolçular, rəqqaslar ayaq biləkləri sıx olaraq yuxar


masaj yuxuda hamilelik testi mede agrisi boyrek agrisi babasil mualicesi
masaj
is elanlari