Qastroenterit nədir?
Mədə qripi olaraq da adlandırılan qastroenterit, adətən bakterial və ya virus bir mədə mikrobundan qaynaqlanan, mədə və bağırsaq iltihablanması ilə ishal, sancılar, mədə bulantısı, qusma ilə yanaşı hərarətə də səbəb olan bağırsaq infeksiyasıdır.
Doktorinfo.az xəbər verir ki, bu problemin ən geniş səbəbi daha öncədən yoluxmuş bri şəxslə təmas və ya kontaminə, virus yoluxmuş qida ya da suyu yemək içməkdir.
Əgər şəxsin başqa bir xəstəliyi yoxdursa əksər zaman bu vəziyyət bir iki gündə özlüyündən yaxşılaşır. Ancaq uşaqlar, yaşlılar və immun sistemi zəifləmiş şəxslər üçün viral qastroenterit (mədə soyuqlaması) ölümlərə səbəb ola bilər.
Qastroenteritin elametleri nelerdir?
Sulu, adətən qanlı olmayan ishal
Qarın sancıları və ağrıları
Mədə bulantısı, qusma və ya hər ikisi
Baş ağrısı
Aşağı dərəcəli hərarət
Bəzən iştahsızlıq, mədə problem, oynaq və baş ağrısı ola bilər.
Qastroenterit nə üçün olur?
Noroviruslar: Həm uşqlar, həm də böyüklərdə dünyada qida qaynaqlı xəstəliklərin ən sıx səbəblərindəndir. Əksər zaman virusu kontamine qida və ya sudan alırsınız, ancaq şəxsdən şəxsə yoluxma da mümkündür.
Rotavirus: Viral qastroenteritin ən çox yayılmış səbəblərindəndir. İnfeksiya uşaqlarda və kiçik uşaqlarda daha şiddətlidir. Rotavirus ilə yoluxmuş böyüklərin simptomları olmaya bilər, ancaq xəstəliyi yenə də yaya bilərlər.
Qastroenteritin diaqnozu necə qoyulur?
Xəstələrin xəstəlik hekayəsi araşdırılır. Qanda infeksiyanı göstərən CRP, qan sayı kimi dəyərlərə baxılmalı və əgər imkan varsa nəcis araşdırılır.
Qastroenterit nece mualice edilir?
Təsirli bir müalicəsi yoxdur, bu səbəbdən əsas məqsəd maneə olmaqdır. Çirkli qidalar və sudan qaçınmaqla yanaşı tez-tez əl yumaq bu problemdən qorunmaq üçün ən yaxşı üsuldur. Mədə soyuqlaması bilinən qrip ilə eyni bir problem deyil.
Mədə soyuqlamasının şikayətləri xəstə mikroba yoluxduqdan sonra 1-2 gün ərzində ortaya çıxar. Şikayətlər adətən 1 ya da 2 gün davam edər, ancaq bəzən 10 günə qədər davam edə bilər.
Xəstə tərləmə, qusma, ishal yoluyla çox sayda maye itirildiyi üçün maye qəbulu son dərəcədə vacibdir.
DOKTORINFO.AZ Ayaq ağrılarının səbəbləri
Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər
Xroniki xəstəliklər hansılardır?
Xroniki xəstəliklər xüsusilə yaşlı insanlar arasında daha çox yayılıb. Hərəkətsiz yaşayış tərzi, yanlış qidalanmaq, tütün məhsullarından istifadə, genetik faktorlar xroniki xəstəliklər üçün zəmin yaradır. Xroniki xəstəliklə
Bəlğəmin təmizlənməsi
Hər bir şəxs xəstələnən zaman öskürəklə birlikdə əksər zaman bəlğəm də çıxara bilərlər. xəbər verir ki, bəlğəm çıxartmaq, əslində vücud üçün faydalıdır. Ancaq buna baxmayaraq uşaqlar bəlğəm çıxaran zaman çətinlik çəkirlər
Skolioz nədir?
Skolioz onurğa sütununda yaranan əyilmədir. xəbər verir ki, uşaqlarda qamət pozğunluğu adətən boy artımı zamanı yaranır. Bu zaman digər orqanlarda da dəyişikliklər baş verir. Daha sonra isə orqanların funksional pozğunluğ
Appendisitin əlamətləri və müalicəsi
Appendisitin iltihablanması olaraq bilinən appendisit, alt qarında ağrıya səbəb olan, partlama vəziyyətində bağırsaqlardaki bakteriyaların qarın boşluğuna və oradan qan dövranına yayılması ilə nəticələnə bilən kritik mövzudur
Mədə yanması: Əlamətləri və müalicəsi
Mədə yanması, yemək yedikdən sonra mədə asidinin qida borusuna geri axışı sonrası iltihablanma və zədə yaradıb sinədə meydana gətirdiyi ağrılı yanma hissidir. xəbər verir ki, bir çox səbəbləri mövcud ola bilər. Bu zaman ə
Qalın bağırsaq iltihabı nədir?
Qalın bağırsağın vəzifəsi, qatı haldakı nəcisi peristaltik hərəkətlərlə (ritmik bağırsaq hərəkətləri) makata doğru itələyərkən nəcisdən duz ilə suyu sovurmaqdır. xəbər verir ki, qalın bağırsağı əhatə edən mukoza zərinin iltihabın
Mədə kiçiltmə əməliyyatı
Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin
Angina müalicəsi
Angina günümüzdə geniş yayılan, narahatçılıqlar yaradan badamcıqların iltihablanmasıdır. xəbr verir ki, görüntüsündən asılı olaraq qırmızı və ya ağ angina olaraq adlandırılır. Virus və ya bakteriyal qaynaqlı olur. Bunun dəqi