Qapalı məkan qorxusu olan Klaustrofobiya nədir?

Qapalı məkan qorxusu olan Klaustrofobiya nədir?Bir çox insanlar qapalı məkanlarda qala bilmirlər. Bu qorxu Klaustrofoiya adlanır. Belə insanlar qapalı məkanlarda qaldıqda sürətli ürək döyüntüsü, nəfəs almaqda çətinlik, titrəmə, boğulma qorxusundan əziyyət çəkirlər.

Bu hal şəxslərin yaşayış tərzinə mənfi təsir göstərir. Bu vəziyyətdən əziyyət çəkən insanlar, lift, təyyarə, pəncərəsiz otaqlar, qatar, maşın kimi bağlı məkanlara daxil olmaq istəməzlər.
Klaustrofobiklərdən bir məkanda qalmağı israrla istəsəniz, boğulma qorxuları yaşayarlar, hava əksikliyinin ola biləcəyini zənn edərlər.

Əsas əlamətləri nələrdir?

Sürətli ürək döyüntüsü

Titrəmə

Nəfəs darlığı

Panik atak

Tərləmə

Boğulma hissi

Ağız quruması

Öz üzərində nəzarəti itirmə

Ölmə qorxusu

İnsandan insana fərqli əlamətlərlə üzə çıxa bilər.
Qapalı məkan qorxusu olan Klaustrofobiya nədir?Səbəbləri nələrdir?

Uşaqlıq travması: Kiçikkən cəza olaraq otağa salınıb üzünə qapı bağlanan uşaqlarda bu fobiya yarana bilər. Bundan əlavə olaraq evdə tək olarkən bədbəxt hadisə yaşayan insanlarda da bu qorxuya çox rast gəlinir. Onlar, qapalı məkanda qalacağı təqdirdə belə hadisənin baş verəcəyini zənn edərlər.

Genetik: Buna yol açan digər bir səbəb isə genetikadır. 2013-cü ildə aparılan araşdırmalar zamanı bu fobiyadan əziyyət çəkən insanların genində mutasiya aşkar edilmişdi.

Nə zaman həkimə müraciət etməlidirlər?

Əgər yaşanılan hallar insanın həyat tərzinə mənfi təsir göstərərsə həkimə müraciət etmək tövsiyə edilir.

Necə müalicə edilir?
Üsulları təqdim edirik:

Psixoterapiya

Dərman müalicəsi

Bununla yanaşı alternativ terapiyalar da mövcuddur.
Bu fobiya, səbəb olan faktorların üzərinə gedərək həll oluna bilən vəziyyət deyildir. Şəxs, qapalı məkanlarda tək buraxılaraq fobiyadan xilas ola bilməz. Əksinə vəziyyəti daha da dərinləşdirərək pisləşdirəcəkdir.

Bu fobiyanı necə idarə etmək lazımdır?

Nəfəs hərəkətləri

7 saniyə ilə çoxalan, azalan formada saymaq

Qapalı məkan qorxusu olan Klaustrofobiya nədir?Klaustrofobiyaya hansı məkanlar zəmin yarada bilər?

Lift, tunellər, dönən qapılar, mağazada qurulan paltar dəyişdirmə otağı, pəncərəsi olmayan otaqlar. Hətta belə insanlar müayinə üçün belə qorxarlar. Qapalı tibbi avadanlıqlarda müayinədən keçə bilməzlər.

Əgər şiddətli klaustrofobiyanız varsa, aşağıdakı psixoloji əlamətlərlə qaşılaşa bilərsiniz:

Nəzarəti itirmə qorxusu

Ürəkgetmə narahatçılığı

Digər növ qorxular

Ölmə, intihar hissi

Bu fobiya zamanı panik atak da baş verə bilər. Bu zaman olduğunuz yerdə qalın. Bir saat qədər davam edə bilər. Daha sonra güvəndiyiniz məkana yaxınlaşa bilərsiniz. Bunun qorxulu hal olmadığını, keçəcəyini özünüzə xatırladın. Panik atak əlamətləri ilk 10 dəq ərzində ən yüksək zirvəyə çatar, daha sonra isə sakitləşmə baş verəcək.
Qeyd edək ki, bu problem həmin məkanlardan qaçaraq və ya müalicəsiz keçə bilən hal deyil.
İşinin mütəxəssisi, doğru üsullarla fobiyanın öhdəsindən gəlməyə kömək edəcəkdir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 24 oktyabr 2023

Oxşar xəbərlər

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may


masaj yuxuda cinsi xestelikler babasil mualicesi dis agrisi boyrek agrisi
masaj
is elanlari