Qadınların ortaq problemi fibroadenomalar xərçəngə çevirə bilərmi?

Qadınların ortaq problemi fibroadenomalar xərçəngə çevirə bilərmi?Fibroadenoma, süd vəzisinin tez-tez rast gəlinən xoşxassəli şişidir. Xüsusilə qadınlar arasında çox müşahidə edilir. Belə şişlər adətən xərçəngə çevrilmir. 15-35 yaş arası şəxslərdə daha çox yayılıb. Bu növ şişlərin quruluşu sərt, üzəri təmiz, sərhədi genişlənmir. Müayinə zamanı dəri altında rahatlıqla hiss edilir. Fərqli böyüklüklərdə olur. Özlüyündə böyüyüb-kiçilə bilər. Sayca birdən də artıq olması mümkündür. Hamiləlik və ya hormon müalicəsi zamanı adətən böyümə baş verə bilir.
Müxtəlif növləri mövcuddur. Belə ki, məsələn "bəsit" adlanan fibroadenoma süd vəzi xərçəng riskini artırmır.

Kompleks adlanan fibroadenomaları meydana çıxaran hüceyrələr sürətlə bölünə bilir və bununla da sərhədi genişlənə bilir. Adətən yaşlı qadınlarda görülür.

"İri" fibroadenomaların böyüklüyü 5 sm-dən daha böyük ola bilər. Süd vəzi toxumasına təzyiq göstərdiyi üçün cərrahi müdaxiləyə ehtiyac duyula bilər.

Tam dəqiq təsdiqini tapmasa da bəzi alimlər belə şişlərin bəzilərinin xərçəngə çevirmək ehtimalının olduğunu qeyd edirlər.
Qadınların ortaq problemi fibroadenomalar xərçəngə çevirə bilərmi?Bəs əlamətləri nələrdir?

Yumrudur

Rahatlıqla hərəkət edə bilir

Bərk formadadır

Bir və ya hər iki süd vəzində mövcud ola bilər.

Əgər özünüz yoxlayan zaman əlinizə yumru şiş gəlirsə vaxt itirmədən həkimə müraciət etməlisiniz.

Qadınların ortaq problemi fibroadenomalar xərçəngə çevirə bilərmi?Diaqnoz necə qoyulur?

İlk olaraq süd vəzi yoxlanılır. Həkim baş verən dəyişiklikləri müayinə edir. Çünki bəzi fibroadenomalar əllə hiss edilməyəcək dərəcədə kiçik olurlar.
Süd vəzi şişini yoxlamaq üçün mammoqrafiya üsulundan istifadə edilir. Bu, şübhəli toxumaları dərindən izləməyə imkan verir.

Bu şikayətlə müraciət edən 35 yaşdan kiçik qadınlarda ilk yoxlanış USM vasitəsilə olur. Şübhəli vəziyyət yaranarsa digər müayinə üsullarında izlənilir.
Əslində tam dəqiq diaqnoz üçün biopsiya ilə nümunə götürüb analiz edilməlidir. Düzgün diaqnoz üçün isə "üçlü test"lərdən istifadə edilir. Çünki radioloji müayinə ilə bunu söyləmək olur ancaq biopsiya bu barədə olan suallara son nöqtəni qoyacaqdır.

Müalicə necə edilir?

Adətən müalicəyə ehtiyac duyulmur.
Əgər xanım 35 yaşından kiçikdirsə, şiş elə də təhlükəli görüntüdə deyilsə adətən müəyyən aralıqlarla davamlı nəzarət altında USM gərəkli ola bilər. Yox əgər yaşı çoxdursa adətən cərrahi müdaxilə ilə götürülməsi tövsiyə edilir.

Qadınların ortaq problemi fibroadenomalar xərçəngə çevirə bilərmi?Bəs nə zaman fibroadenomaları əməliyyat etmək lazımdır?

Yaşı 35-dən yuxarı olan qadınlardakı fibroadenomalar

2 sm-dən böyük olarlarsa

USM ilə müayinə zamanı quruluşunda, böyüklüyündə dəyişiklik görünərsə

Ailədə xərçəng xəstəsi olanlar.

Əks halda mütəmadi yoxlanış tövsiyə edilir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 17 dekabr 2023

Oxşar xəbərlər

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur


masaj yuxuda cinsi xestelikler tecili yardim qarin agrisi tecili tibbi yardim
masaj
is elanlari