Parasetamol tablet
Xəstəliklər, xüsusilə də soyuqdəymələr zamanı istifadə edilən dərmanlardan biri də parasetamoldur.
Doktorinfo.az xəbər verir ki, bu dərman tablet və sirop formasında buraxılır. Tablet böyüklər, suspenziya ilə uşaqlar üçün nəzərdə tutulub. Uzun müddət istifadəsi tövsiyə edilməsə də qısa müddətdə hərarət və ağrılar zamanı effektli dərmanlar sırasında yer alır.
Parasetamol haqqında daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.
Parasetamolun tərkibi
Parasetamol
Təsir gücü
Qızdırmasalıcı, ağrıkəsici
İstehsal edən ölkə
Belçika, Bolqarıstan, Rusiya
Tərkibindəki maddə miqdarı
Parasetamol 200 mq, 500 mq
Parasetamol istifadəsində əks göstəriş
Uzun müddət istifadəsi tövsiyə edilmir. Bu zaman antikoaqulyantların (varfarin və digər kumarinlər) effekti güclənir ki, bu da, qanaxma riskini artırır.
Həmçinin böyrəklərin və ya sidik kisəsinin xərçəngi riskini yüksəldir.
Alkoqolik, immun çatışmazlığından əziyyət çəkənlər, vərəm əleyhinə müalicə olunanlar istifadə zamanı ehtiyyatlı olmalı və həkim nəzarətində qəbul etməlidirlər.
Parasetamolun istifadə qaydası
Sutkalıq dozası 4 qr-dan çox olmamalıdır.
Parasetamolu ağrılı vəziyyətlərdə 10 gün, uşaqlarda 5 gün, qızdırmalı zamanı isə 3 gündən çox istifadəsi tövsiyə edilmir.
Parasetamolun uşaqlarda istifadəsi
6-12 yaşlı uşaqlarda parasetamolun dozası yaşdan və bədən kütləsindən asılı olaraq hesablanır.
Birdəfəlik doza bədən kütləsinə görə 10-15 mq/kq, maksimal sutkalıq doza bədən kütləsinə görə 60 mq/kq təşkil edir. Parasetamolun maksimal dozasını sutkada 2,5 q-dan artıq aşmaq məsləhət görülmür (500 mq 5 tablet və ya 12 tablet 200 mq).
Yaşdan asılı olaraq preparat aşağıdakı kimi təyin oluna bilər:
1 aylıqdan 3 aylığa qədər – 2 ml-ə yaxın suspenziya (50 mq-a yaxın parasetamol),
3 aylıqdan 1 yaşa qədər – 2.5-5 ml suspenziya (60-120 mq parasetamol),
1 yaşdan 6 yaşa qədər – 5-10 ml suspenziya (120-240 mq parasetamol),
6-12 yaşlı uşaqlarda parasetamolun dozası yaşdan və bədən kütləsindən asılı olaraq hesablanır.
Qeyd edək ki, uşaqlarda istifadədən öncə mütləq həkimlə məsləhətləşilməlidir.
Parasetamol qiyməti
Qiyməti apteklər üzrə fərqlilik göstərə bilər. Bu qiymət 1.6 AZN
DOKTORINFO.AZ