Bronxektaziya xəstəliyi nədir?

Bronxektaziya xəstəliyi nədir?Bronxektaziya tənəffüs yollarına təsir göstərən xəstəlik növüdür. Ağciyərlər, tənəffüsü təmin edən təməl orqanlardan olub bronxlar adlanan hava kanallarından ibarətdir. Xaricdən alınan hava, bronxlar yolu ilə ağciyərlərə daxil olur. Bronxlar, ağciyər içərisində bronxial adı verilən daha kiçik hissələrə ayrılırlar. Düzgün tənəffüs üçün bəhs edilən bütün quruluşların bir bütün halında çalışması lazımdır.

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Doktorinfo.az xəbər verir ki, təkrarlayan infeksiya krizləri isə daha çox mukus istehsalına və hava yollarının tıxanmasına səbəb olur. Bu pozuntular nəticəsində isə bronxların içi mukus ilə dolu olduğundan hava axını pozulur və tənəffüs çətinliyi ortaya çıxar. Bu problem bəzən bilinmədən, əlamət vermədən irəliləyə bilər.

Bronxoektaziyanin elametleri

Xronik öskürək

Bəlğəmin çox gəlməsi

Qanlı bəlğəm

Öskürək ilə qan gəlməsi

Teneffus cetinliyi

Nəfəs alıb-vermə əsnasında sinədə ağrı

Arıqlama

Halsızlıq

Bronxektaziya xəstəliyində müşahidə edilən xronik öskürək və bəlğəm simptomları, adətən aylar və ya illər ərzində mövcud olur. Şəxslər əksər zaman hər gün öskürdüklərini və bəlğəm qusduqlarını ifadə edərlər. Bəzən qanlı bəlğəm də çıxa bilər.

Akut bakterial qaynaqlı tənəffüs yolu infeksiyalarına əlavə olaraq meydana gələn bronxektaziyada görülən əlamətlər:
Bronxektaziya xəstəliyi nədir?Bəlğəm miqdarında artma

Tənəffüsdə çətinlik

Bəlğəmdən pis qoxunun gəlməsi

Halsızlıq

Bronxoektaziyanin sebebleri

Dəqiq bilinən səbəbi yoxdur. Ancaq bir çox faktorlar bu hala zəmin yarada bilər:

İnfeksiyalar

Kistik fibrosis

Aspirasyon

İmmun catismazligi

Anatomik təsirlər

Polikistik böyrək xəstəliyi

Otoimmun xəstəlikləri

Allergik aspergilloz

Bəzi infeksiyalar düzgün müalicə edilmədiyi zaman və ya yanlış müalicə zamanı bu problem üçün risk yaradırlar.

Bronxektaziya qaynağının dəyərləndirilməsində aşağıdakı üsullardan istifadə edilir:
Bronxektaziya xəstəliyi nədir?Bəlğəm analizi

Mikrobioloji testlər

Tomoqrafiya

Kistik fibrozis testi (genetik analiz)

Bronxektaziyanın müalicəsi

Mualicesinde bu usullardan istifade edilir:

Antibiotiklər

Nəfəs hərəkətləri

Bronx düz əzələlərini genişlədən dərmanlar

Kortikosteroid növü dərmanlar

Pəhriz tənzimlənməsi və qida əlavələri

Əməliyyat

Antibiotik müalicəsi xəstəliyin şiddətinə görə təyin edilir. 7-10 gün ərzində verilir. Nəfəs fizioterapiyası sayəsində krizlər azalır, əlamətlər yüngülləşir. Əməliyyat adətən antibiotiklər ilə istənilən nəticə alınmadığı zaman seçilir.

Bronxoektaziyanın qarşısını almaq üçün nələr edilə bilər?

Qeyd edək ki, bu hər zaman mümkün olmur. Ancaq xəstəliyin riskini azaltmaq mümkündür.
Bunun üçün:

Siqareti tərgidin - Siqaret vərdişi bronxektaziyaya yol aça biləcək ən vacib risk faktorlarından biridir.

Təkrarlayan infeksiyaların qarşısını alın - Əllərinizi tez-tez yumaq, qrip peyvəndi olmaq kimi tədbirlər alaraq soyuqdəymə və qrip kimi infeksiyaların qarşısını ala bilərsiniz.

Düzgün qidalanma - Bu, immun sisteminizin güclənməsinə və infeksiyalarla mübarizənizə kömək ola bilər.

Mütəmadi idmanla məşğul olmaq - Bu, ağciyərlərinizin sağlam qalmasına və nəfəs almağınızın asanlaşmasına kömək edə bilər.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 14 avqust 2024

Oxşar xəbərlər

Soyuqda əllərin göyərməsi, Siyanoz xəstəliyi nədir?

Göyərmə olaraq ifadə edilən siyanoz, qırmızı qandakı hemoqlabinə bağlı oksigen çatışmazlığı səbəbiylə dəri, dodaq, dırnaq yataqlarında yaranan mavi və ya göyə bənzər rəng dəyişimidir. Qanın, vücuddakı fərqli toxumalara çatma

Angina müalicəsi

Angina günümüzdə geniş yayılan, narahatçılıqlar yaradan badamcıqların iltihablanmasıdır. xəbr verir ki, görüntüsündən asılı olaraq qırmızı və ya ağ angina olaraq adlandırılır. Virus və ya bakteriyal qaynaqlı olur. Bunun dəqi

Cinsi orqanda göbələk xəstəliyinin müalicəsi

Kandida cinsindən olan göbələklər cinsi yolla yoluxa bilən xəstəlik törədicisidir. Kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. xəbər verir ki, bir neçə forması mövcuddur. Bes cinsiyyet yollarinda yaranan gobele

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Sinir xəstəlikləri əlamətləri

Sinir xəstəlikləri və ya nevroloji xəstəliklər, beyin, beyin sapı, ətraf sinir sistemi və əzələlərlə bağlı olan xəstəlikləri əhatə edir. Sinir sistemini əlaqələndirən bu xəstəliklərin cərrahi olmayan diaqnoz, müalicəsi nevroloqla

Sidiyə gedərkən yanma hissinin müalicəsi

Sidik yollarında və ya sidiyə gedərkən ağrı və yanma müxtəlif səbəblərdən qaynaqlanır. Ülser, məsanə iltihabı, prostat iltihabı, məsanə şişi, yumurtalıq iltihabı, apandisit düşünülə bilər. Bu səbəbdən müalicəyə keçmədən öncə

Sümük xərçənginin əlaməti

Xərçəng bir çox orqanda yarana bilən, ölümlə nəticələnən ağır xəstəlikdir. Erkən diaqnoz və müalicə bu xəstəlik zamanı həyati önəm kəsb edir. Hətta sümüklər, yumşaq toxumalarda belə yaranması mümkündür. xəbər verir ki, bəzə

Xroniki xəstəliklər hansılardır?

Xroniki xəstəliklər xüsusilə yaşlı insanlar arasında daha çox yayılıb. Hərəkətsiz yaşayış tərzi, yanlış qidalanmaq, tütün məhsullarından istifadə, genetik faktorlar xroniki xəstəliklər üçün zəmin yaradır. Xroniki xəstəliklə

Sümük iltihabı, osteomielit nədir?

Sümük iltihabı olaraq da bilinən osteomielit, bakterial qan dövranı infeksiyası nəticəsində yaranan və yumşaq toxuma olan sümük iliyində gerçəkləşən ağrılı olaraq görülən sağlamlıq problemidir. Həm uşaqlarda həm də böyüklərd


masaj yuxuda babasil mualicesi bogaz agrisi tecili yardim goz hekimi
masaj
is elanlari