İmmuniteti necə gücləndirə bilərik?

İmmuniteti necə gücləndirə bilərik?İmmunitet sistemi və ya immun sistemi, vücudu xarici təhdidlərə və zərərli mikroorqanizmlərə qarşı qoruyan təməl mexanizmdir. Bu cür qorunma mexanizmi olaraq da bilinən bu sistemin güclü tutulması, infeksiyalara və xəstəliklərə yoluxmaq riskini də azaldır. İmmun sisteminin normal şəkildə çalışa bilməsi üçün düzgün qidalanmaqla yanaşı immun sistemini gücləndirəcək qidalardan istifadə edilməlidir.

İmmun sistemini gücləndirən qidalar hansılardır?

Hərəkətsiz yaşayış və düzgün olmayan qidalanma vərdişi, şəkər, ürək-damar xəstəlikləri kimi bir çox problemlərə zəmin yaradar. Bu səbəblə düzgün qidalanaraq vücudu qorumaq mümkündür. Orqanizmi gücləndirən bir çox qida növü mövcuddur, onlardan bəzilərini təqdim edirik:

Narıncıgillər – Əksər insan qrip olduqdan sonra C vitamininə müraciət edir. Qreypfurt, portağal, naringi, limon kimi meyvələr C vitamini baxımından güclü qidalar olaraq bilinir. Mütəxəssislər gündəlik kifayət qədər C vitamini qəbul etməyi tövsiyə edirlər.

Qatıq- İçərisində yer alan faydalı mikroorqanimzlər nəticəsində bağırsaq florasını tənzimləyər və xəstəliklərə qarşı immuniteti gücləndirər. Bu növ bakteriyalardan yararlanmaq üçün təbii mayalı növlərdən istifadə edilməlidir.

Tumlar – Tərkibi E, B6 və D vitamini ilə zəngin olan tumlar, fosfor, maqnezium, sink kimi minerallar ilə də sağlamlıq baxımından müxtəlif faydalara sahibdir.

Sarımsaq – İnfeksiyalara və müxtəlif xəstəliklərə qarşı qoruyucu xüsusiyyəti olan sarımsaq immun hüceyrələri aktiv hala gətirərək immuniteti artırır və qorunma mexanizmini gücləndirir. Araşdırmalar, sarımsağın bir çox bakteriyalara və viruslara qarşı vücud gücünü artırdığını sübut edib.

Brokoli – A, C, E vitaminləri ilə yanaşı lif və antioksidant xüsusiyyəti də mövcud olan brokolini müntəzəm yemək düzgün qidalanmaq baxımından vacibdir.

İspanaq – C vitamini baxımından zəngindir. Həmçinin immunitet sistemini infeksiyalara qarşı qoruyur. Antioksidant və karoten xüsusiyyəti daşıyır.

İmmunitet sistemini gücləndirən əlavələr nələrdir?

Gərəkli zamanlarda, lazımi miqdarda vitamin əlavələri qəbul edilə bilər. Bu vücudda əksik olan vitamini bərpa edər və orqanizmi gücləndirər.
İmmuniteti necə gücləndirə bilərik?Bunlar hansılardır?

C vitamini: C vitamini, immun sistem sağlamlığı cəhətdən vacib rol oynayır. İnfeksiya və müxtəlif xəstəliklərə qarşı vücudu qoruyur. Bunlarla yanaşı hüceyrələri yeniləyir.

D vitamini – vücudun ehtiyacı olan birləşmədir. İmmun sisteminin vacib hissəsidir. İltihabları azaldaraq immun sistemini gücləndirməyə kömək edir.

B6 vitamini – İmmun sistemindəki biokimyəvi reaksiyaları dəstəkləmək üçün vacibdir. Başlıca vəzifələrindən biri bəyaz qan hüceyrələri və T hüceyrələri istehsal etməkdir. Bunlar vücuddakı virus və bakteriyalara qarşı mübarizəyə cavab verən hüceyrələr olaraq bilinir.

E vitamini: Vücudu infeksiyalara qarşı qoruyan güclü antioksidantdır.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 14 oktyabr 2023

Oxşar xəbərlər

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Diqqət dağınıqlığı əlamətləri

Diqqət dağınıqlığı həm uşaqlarda həm də böyüklərdə görülür. Bir mövzuda diqqət cəmləşdirə bilməmək, uzun müddət çalışa bilməmək vəziyyəti diqqət dağınıqlığıdır. xəbər verir ki, diqqət dağınıqlığı olan şəxslər qarşısındak

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind


masaj yuxuda tecili tibbi yardim boyrek agrisi goz hekimi hamilelik testi
masaj
is elanlari