Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi

Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdiPəhriz kolaları, yoqurtlar, sorma konfetlər və saqqızlar kimi onlarla ümumi qidada olan süni dadlandırıcı aspartam uzun müddət təhlükəsiz hesab olunub. Ancaq bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fikrini dəyişib. Təşkilat aspartamı xərçəng riskini artıran potensial kanserogen elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Xərçəng Xəstəliyinin Öyrənilməsi üzrə Beynəlxalq Araşdırmalar Agentliyinin saytında xəbər verilib.
ÜST maddəni qadağan etməyib, lakin eyni zamanda ən təhlükəli dozanı – gündə 40 mq/kq təyin edib. Təşkilat həmçinin şirkətləri tərkibində dadlandırıcı olan məhsulların etiketində "ehtimal ki, kanserogen" sözləri yazmağa məcbur etmək istəyir.
Qeyd edək ki, təşkilat hələ may ayında süni dadlandırıcılar olan içkilərdən uzaq durmağa çağırmışdı. Açıqlanan tövsiyəyə görə, dadlandırıcılar nə böyüklər, nə də uşaqları arıqlamağa kömək etmir. Üstəlik, ekspertlər müəyyən ediblər ki, aspartam və digər dadlandırıcılardan istifadə ikinci tip şəkərli diabetə, ürək-damar xəstəliklərinə gətirib çıxarır və ümumiyyətlə, ölüm riskini artırır.
Belə məhsulların zərərləri
Məsələ ilə bağlı rusiyalı diyetoloq, nutrisioloq və fizioterapevt Antonina Leontiyeva danışıb. O, tərkibində aspartam olan qazlı şirələrin müəyyən üstünlüklərə malik olduğunu etiraf edib. Birincisi, bu içkilərdə həqiqətən demək olar ki, heç bir kalori olmur, bu da arıqlamaq istəyən insanları cəlb edir. İkincisi, qanda qlükoza səviyyəsini artırmır. Lakin ekspertin fikrincə, sintetik dadlandırıcıların mənfi təsiri istənilən faydanı faydasız edir. Onun sözlərinə görə, belə məhsulların müntəzəm istifadəsi bağırsaqlarda disbakterioza və onun işinin pozulmasına səbəb olur.
Şəkər əvəzedicilərinin digər təsiri sinir sistemi ilə bağlıdır. Məsələ burasındadır ki, ağıza aspartam və ya başqa bir dadlandırıcı əlavə etdikdə bu barədə siqnallar beyinə gedir. Sonra bütöv bir reaksiya kaskadı başlayır: orqanizmdə karbon mübadiləsi başlayır. Lakin mədəyə qlükoza daxil olmur. Nəticədə proses boşa gedir. Diyetoloq uzunmüddətli perspektivdə bunun pozuntulara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Bəs aspartamı nə ilə əvəz etmək olar?
Diyetoloq aspartamı əvəzləməməyi, ümumiyyətlə şəkərə alternativ tapmağa çalışmamağı, bu vərdişdən tamamilə qurtulmağa səy göstərməyi və ya şirniyyat istehlakını məqbul həddə məhdudlaşdırmağı tövsiyə edib. O qeyd edib ki, adətən desertlərə olan böyük həvəs bədənin insulinə ehtiyacı ilə deyil, psixoloji amillər, hormonal pozğunluqlar və ya dəmir kimi vacib maddələrin çatışmazlığı səbəbindəndir./Oxu.az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 15 iyul 2023

Oxşar xəbərlər

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim goz hekimi hamilelik testi
masaj
is elanlari