Hepatit C xəstəliyi nədir?

Hepatit C xəstəliyi nədir?Hepatit C, bu virusun səbəb olduğu, qanla yoluxa bilən qaraciyər xəstəliyidir.
Dünya üzrə 70 milyon insanın mübarizə apardığı sağlamlıq problemidir. Çünki qaraciyərdə ciddi fəsadlar törədə bilər. Qaraciyər çatışmazlığına səbəb olması səbəbiylə vacib xəstəlik hesab edilən Hepatit C müasir zamanda müalicəyə tabe olan xəstəliklər sırasına daxil olub.

İnsan necə yoluxur?

İnfeksiya riskləri cəhətdən diqqətli düşünülməmiş qan nəqli, üzərində hepatit C viruslu qan olan əşyaların digər insanlarla paylaşımı yoluxma ehtimalını artırır. Bura daxildir: diş fırçası, üz təmizləmə aləti və ya dırnaq qayçısı...
Doğru formada sterilizə edilməyən diş müalicə alətləri, steril olmayan kosmetika alətləri, damar üçün olan iynələrin birdən çox insanlar tərəfindən istifadəsi də birbaşa yoluxma faktorudur.

Hepatit C daşıyıcısı olan hamilələrdə virusun uşağa yoluxma riski 10 faizdən aşağıdır. Yoluxmanın hansı zamanda baş verəcəyinə dair dəqiq təsdiqini tapmış elmi araşdırma yoxdur.
Bu xəstəliyin daşıyıcısı olan ana uşağa süd verə bilər. Ancaq süd verərkən həmin nahiyənin təmiz olduğuna, qanaxmanın baş vermədiyinə əmin olmalıdır. Əks halda yaralanan, çatlayan və qan gələn sinədən uşağın süd içməsi risklidir.

Əlamətləri nələrdir?

Akut və xroniki ola bilər.
Akut xəstəlik aşağıdakı əlamətlərlə özünü göstərir:

Qripə bənzəyən simptomlar

Əzələ ağrıları, yüksək qızdırma

Qarın ağrısı

İştahsızlıq

Bulantı

Nadirən yaranan sarılıq
Hepatit C xəstəliyi nədir?Akut xəstəlik 6 aydan qısa davam etməklə bərabər, virus vücuddan təmizlənə bilər və ya akut qaraciyər çatışmazlığı inkişaf edə bilər.
Xroniki hal varsa bu zaman ilk əlamətlər yüngül yorğunluqla başlaya bilər. Bu əlamətlərdən sonra virus sirroz və daha sonra qaraciyər çatışmazlığına yol aça bilər.

Diaqnozu necə qoyulur?

Adətən 2 qan testindən istifadə edilərək diaqnoz qoyula bilər. Antikor və PCR testi vacibdir.
Bununla yanaşı qan testləri də xəstəliyin irəliləməsi ilə bağlı dəqiq məlumatları əldə etməyə imkan verir.

Hepatit C xəstəliyi nədir?Müalicə üsulları:

Dərman preparatları ilə müalicəyə üstünlük verilir. Müasir zamanda Hepatit C artıq tamamilə sağalan xəstəlik siyahısına daxil olub. Mütəmadi həkim nəzarətində olaraq müalicə davam etdirilməlidir.

Hepatit C virusuna qarşı hələ təsdiqini tapmış peyvənd yoxdur. Bu xəstəliyə qarşı cəmiyyət maarifləndirilməlidir. Xüsusilə xanımlar getdikləri salonlarda istifadə edilən alətlərin steril olduğuna diqqət göstərməlidirlər.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 29 oktyabr 2023

Oxşar xəbərlər

Soyuqda əllərin göyərməsi, Siyanoz xəstəliyi nədir?

Göyərmə olaraq ifadə edilən siyanoz, qırmızı qandakı hemoqlabinə bağlı oksigen çatışmazlığı səbəbiylə dəri, dodaq, dırnaq yataqlarında yaranan mavi və ya göyə bənzər rəng dəyişimidir. Qanın, vücuddakı fərqli toxumalara çatma

Ayaq ağrılarının səbəbləri

Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər

Qulaq ağrısı

Qulaq ağrısı, insanı çox narahat edən, gündəlik həyata mənfi təsir göstərən ağrılardandır. Yanma, batma kimi fərqli ağrı növləri ilə ortaya çıxa bilər. Qulaq ağrıdığı zaman müşahidə edilən simptomlar, fərqli sağlamlıq xəstəliklər

Sinir xəstəlikləri əlamətləri

Sinir xəstəlikləri və ya nevroloji xəstəliklər, beyin, beyin sapı, ətraf sinir sistemi və əzələlərlə bağlı olan xəstəlikləri əhatə edir. Sinir sistemini əlaqələndirən bu xəstəliklərin cərrahi olmayan diaqnoz, müalicəsi nevroloqla

Sümük xərçənginin əlaməti

Xərçəng bir çox orqanda yarana bilən, ölümlə nəticələnən ağır xəstəlikdir. Erkən diaqnoz və müalicə bu xəstəlik zamanı həyati önəm kəsb edir. Hətta sümüklər, yumşaq toxumalarda belə yaranması mümkündür. xəbər verir ki, bəzə

Qaraciyərdə ləkə nədir?

Qaraciyərdə ləkə görüntülənmə üsullarıyla edilən müayinələrdə müəyyənləşən, qaraciyərin normal qismlərindən fərqli görünən sahələri ifadə edər. xəbər verir ki, bu ləkələr əksər zaman müəyyən səbəblərə bağlı olaraq ortay

Polipin təbii yolla müalicəsi mümkündür?

Poliplər, insan vücudunun müxtəlif nahiyələrində yaranan kiçik və böyük ölçüdə olan şişliklərdir. Əksər zaman xoşxassəli olurlar. Adətən dərhal hiss edilməz və görünməyi zaman alar. Bəzən isə başqa bir yoxlanış zamanı üz

Pişikdən insanlara keçən xəstəliklər

Ev heyvanlarının sağlam həyat yaşaması insanlıq borclarından biridir. Ev heyvanlarını mütəmadi həkimə aparmaq, peyvəndlərini vurdurmaq əsas şərtlərdəndir. Ancaq ev heyvanlarına qulluq zamanı bəzi tədbirləri əldən verməmə

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs


masaj yuxuda dis agrisi sekis bogaz agrisi goz hekimi
masaj
is elanlari