Göz səyirməsi (atması) təhlükəli haldır?

Göz səyirməsi (atması) təhlükəli haldır?Miyokimi olaraq da adlandırılan göz atması, səyirməsi, göz qapağında yer alan əzələlərin ani, təkrarlayıcı spazmları formasında gerçəkləşir. Bu hal adətən üst göz qapağında görülməklə yanaşı bəzi vəziyyətlərdə hər iki göz qapağında və ya ancaq alt qapaqda gerçəkləşə bilər. Göz səyirməsi olaraq adlandırılan spazmların çoxu yüngül dərəcəli baş verir və göz apağının çox yumşaq formada çəkilməsi kimi hiss edilir. Bəzi zamanlarda gün ərzində dəfələrlə səyirmələr ortaya çıxa biləcəyi kimi bəzən isə həftələr və ya aylar ərzində hansısa səyirmə olmaya bilər.

Doktorinfo.az məlumat verir ki, gözün atması başladığı zaman isə təxminən bir neçə saniyə davam edər. Nadir olaraq bəzi şəxslərdə hər iki göz qapağının birdən siddetli formada daralması və gözün bağlanmasına yol aça bilər. Bu vəziyyət göz səyirməsinin daha ciddi bir halı olan blefarospazm olaraq adlandırılır.

Gözlərdə səyirmənin hansı aralıqlarla ortaya çıxdığı məlum deyil. Bu hal xroniki hal aldığı zaman mütəxəssisə müraciət edilməlidir.

Göz səyirməsi nə üçün olur?

Səbəb olan bezi faktorlar mövcuddur:

Yorğunluq

Yuxusuzluq və ya yuxu rejiminin olmaması

Stress

Göz quruluğu

Göz allergiyası

Göz infeksiyaları
Göz səyirməsi (atması) təhlükəli haldır?Çox parlaq işıqların olduğu məkanlarda olmaq, günəş, kulek və kirli hava

Göz qapağında gərginlik

Gözün çox ovuşdurulması

Kafein, spirtli içki, fiziki zerbeler

Bəzi dərmanların əks təsirləri

Göz səyirməsinin diaqnozu necə qoyulur?

Göz atması, fiziki müayinə, xəstənin simptomlarının ətraflı formada dəyərləndirilməsi ilə dəqiqləşir. Adətən ciddi tibbi müdaxiləyə ehtiyac olmur. Ancaq səyirmənin səbəbi az olan zaman bilinmir və uzunmüddət şiddətli formada davam edərsə həkimə müraciət edilməlidir.

Göz səyirməsi zamanı bu hallar yaşanarsa həkimə müraciət edin:

Gözlərdə həddindən çox iltihabın olması
Göz səyirməsi (atması) təhlükəli haldır?Səyirmənin göz xaricində vücudun fərqli hissələrində ortaya çıxması

Spazmlar sırasında göz qapağının tamamilə bağlanması və gozun yenidən açılması sırasında çətinlik çəkilməsi

Gözlədə qızarıqlıq, şişlik, axıntıların görülməsi

Mütəxəssis vəziyyətə uyğun lazımi tədbiri görəcəkdir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 08 dekabr 2023

Oxşar xəbərlər

Qaraciyərdə ləkə nədir?

Qaraciyərdə ləkə görüntülənmə üsullarıyla edilən müayinələrdə müəyyənləşən, qaraciyərin normal qismlərindən fərqli görünən sahələri ifadə edər. xəbər verir ki, bu ləkələr əksər zaman müəyyən səbəblərə bağlı olaraq ortay

Sinir xəstəlikləri əlamətləri

Sinir xəstəlikləri və ya nevroloji xəstəliklər, beyin, beyin sapı, ətraf sinir sistemi və əzələlərlə bağlı olan xəstəlikləri əhatə edir. Sinir sistemini əlaqələndirən bu xəstəliklərin cərrahi olmayan diaqnoz, müalicəsi nevroloqla

Talassemiya daşıyıcılığı nədir?

İnsanlarda bir xüsusiyyətə aid genlərdən iki ədəd mövcud olur. Biri anadan, digəri atadan keçər. xəbər verir ki, Beta talassemiya üçün ana və atadan keçən qlobin geni normaldırsa uşaq normal, biri dəyişikliyə məruz qalırs

Papilloma xəstəliyi

HPV, insanlar arasında olduqca yayğın olan, əksər insanda problemə yol açmasa da bəzi insanlarda genital ziyil və xərçəngə səbəb ola bilən virusun adıdır. Bu virus dəriyə təsir göstərir. xəbər verir ki, bir çox tipi ağız

Böyrək büzüşməsi (kiçilməsi) nədir?

Böyrək büzüşməsi, böyrəklərin ölçüsündə anormal formada olan kiçilmədir. Sağlam şəxslərin böyrəkləri 10-12 sm uzunluğunda, 5-6 sm genişliyində və 3-4 sm qalınlığındadır. Atrofik böyrək isə böyrəklərin nisbətən normal dəyərində

Kor bağırsaq ağrısı əlamətləri

Apendisit(Kor bağırsaq), təxminən 9 sm uzunluğunda olan kiçik, incə kisədir. Gövdənin sağ alt tərəfində yer alır. xəbər verir ki, apendisitin vücudda hansı funksiyanı yerinə yetirdiyi dəqiq bilinməsə də immunitet sistemiyl

Qaraciyər ağrılarının əlamətləri

Qaraciyər bir çox insanın ortaq problemidir. Hər bir ağrı özünü müxtəlif əlamətlərlə biruzə verir. Qaraciyer agrilarinin elametleri nelerdir?. Küt ağrı. Qılınc batmış hissi. Bəzən nəfəs darlığı. Kürək nahiyəsinə yayılan ağr

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Pişikdən insanlara keçən xəstəliklər

Ev heyvanlarının sağlam həyat yaşaması insanlıq borclarından biridir. Ev heyvanlarını mütəmadi həkimə aparmaq, peyvəndlərini vurdurmaq əsas şərtlərdəndir. Ancaq ev heyvanlarına qulluq zamanı bəzi tədbirləri əldən verməmə


masaj yuxuda bogaz agrisi cinsi xestelikler boyrek agrisi tecili yardim
masaj
is elanlari