Qastritin müalicəsi

Qastritin müalicəsiQastrit mədənin daxili divarının iltihablanmasıdır.

Doktorinfo.az xəbər verir ki, mədə asidi həddindən çox istehsal olunduğu təqdirdə mədə divarının qoruyucu daxili təbəqəsi zərər görür və bu problem meydana çıxır. Akut və xroniki olmaqla iki yerə bölünür. Anidən meydana çıxarsa akut, daha uzun müddətdə yaranarsa xroniki qastrit adlanır. Akut qastrit mədədə və beldə şiddətli ağrı, bulantı, qusma, iştahsızlıq ilə xarakterizə edilir. Xroniki qastrit zamanı isə adətən hansısa əlamətlər üzə çıxmaz və ya sadəcə qarında narahatlıq hissi, həzmsizlik, şişkinlik yaşana bilər.

Qastritin sebebi nedir?

Ən çox qastriti yaradan Helicobacter pylori adı verilən bakteriyanın səbəb olduğu infeksiyadır. Digər səbəbləri isə aşağıdakılardır:

Siqaretdən istifadə

Spirtli içki qəbulu

Aspirin, ibuprofen kimi dərmanların uzunmüddətli istifadəsi

Fiziki stress

Zərərverici yaralanmalar, əməliyyatlar

Qida allergiyarı

Müxtəlif bakteriyalar

Qida zəhərlənməsi

İmmun sisteminin vücudun öz hüceyrələrinə hücum etməsi. Bu vəziyytdə yaranan problemə otoimmun ya da A tipi qastrit deyilir.

Qastritin elametleri nelerdir?

Hər şəxsdə müxtəlif formada meydana çıxa bilər. Bəzi xəstələrdə isə hansısa əlamətlər biruzə verməz.
Akut və xroniki qastrit qeyd etdiyimiz üzrə bir-birindən seçilir.

Akut qastritin digər əlamətləri:

Bulantı, qusma

Gəyirmə

Şişkinlik

Qanlı və ya bəlğəmli qusma

Mədə qıcqırması

Qarın ağrısı akut qastritdə əsas meydana çıxan əlamətdir.

Xronikdə isə şişkinlik, müəyyən qədər qıcqırma ola bilər. Akut qədər çoxsaylı və vacib narahatçılıqlar yaratmaz.

Qastritin müalicəsiDiaqnoz necə qoyulur?

İlk olaraq pasiyentin tibbi keçmişi, problemləri araşdırılır. Fiziki müayinə edilir. Qəbul etdiyi qidalar ətraflı öyrənilir və vəziyyətə uyğun daxili orqan olaraq mədəsi yoxlanılır. Endoskopiya vasitəsilə yaranan problemlər araşdırılır.

Qastritin mualicesi necə aparilir?

Qastrit zamanı adətən qida planında dəyişiklik edilir. Əgər bu kifayət etməzsə müxtəlif dərmanlar istifadə edilir.
Bu xəstəlikdə ilk olaraq qəhvə, siqaret, spirtli içki qəbulu tərgidilməlidir. Qida ilə yanaşı yaşayış tərzinə diqqət edilməlidir. Belə xəstələrin mütəmadi nəzarətdə olmaqları tövsiyə edilir.

Dəyişdirilməli olan qida vərdişləri:

Mədə asidi azaldılaraq mədə ağrısı minimuma endirilə bilər.

Yağ, duz və ədviyyatlı qidalardan uzaq durmaq lazımdır:

Yüksək miqdarda yağ, duz, ədviyyatlı qidaların istifadəsi qastriti artıran səbəblər ola bilər. Bu səbəbdən belə qidalardan uzaq durmaq lazımdır. Həmçinin isti qidalar yeməkdən qaçmaq lazımdır. Asidli qidalardan yan keçmək tövsiyə edilir.

Qastriti artıran qidalar:

Qəhvə

Pomidor

Hazır qidalar

Qızartmalar

Dadlandırıcı içkilər

Ədviyyatlı qidalar

Dondurulmuş qidalar

Qastritin müalicəsi


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 02 iyul 2024

Oxşar xəbərlər

Ağciyər ağrısının səbəbləri, müalicəsi

Ağciyər ağrılarına əksər zamanı ötəri baxılır. Buna diqqət edilmir. xəbər verir ki, əslində isə bir çox səbəbi ola bilər. Bes agciyer agrisinin sebebleri neler ola biler?. Astma. Ağciyərdə qan laxtası. Pnevmoniya. Qabırğ

Talassemiya xəstəliyi

Tibb dilində "Talassemiya" olaraq bilinən "Aralıq dənizi anemiyası" irsi qan xəstəliyidir. xəbər verir ki, doğulan uşağa, ana və atasından "Beta talassemiya" geninin keçməsi ilə yaranan qalıc

Polipin təbii yolla müalicəsi mümkündür?

Poliplər, insan vücudunun müxtəlif nahiyələrində yaranan kiçik və böyük ölçüdə olan şişliklərdir. Əksər zaman xoşxassəli olurlar. Adətən dərhal hiss edilməz və görünməyi zaman alar. Bəzən isə başqa bir yoxlanış zamanı üz

Sümük iltihabı, osteomielit nədir?

Sümük iltihabı olaraq da bilinən osteomielit, bakterial qan dövranı infeksiyası nəticəsində yaranan və yumşaq toxuma olan sümük iliyində gerçəkləşən ağrılı olaraq görülən sağlamlıq problemidir. Həm uşaqlarda həm də böyüklərd

Böyrək büzüşməsi (kiçilməsi) nədir?

Böyrək büzüşməsi, böyrəklərin ölçüsündə anormal formada olan kiçilmədir. Sağlam şəxslərin böyrəkləri 10-12 sm uzunluğunda, 5-6 sm genişliyində və 3-4 sm qalınlığındadır. Atrofik böyrək isə böyrəklərin nisbətən normal dəyərində

Skolioz nədir?

Skolioz onurğa sütununda yaranan əyilmədir. xəbər verir ki, uşaqlarda qamət pozğunluğu adətən boy artımı zamanı yaranır. Bu zaman digər orqanlarda da dəyişikliklər baş verir. Daha sonra isə orqanların funksional pozğunluğ

Viral infeksiyalar nədir?

Viral infeksiyalar, virus adı verilən mikroskopik orqanizmlərin vücuda yoluxması nəticəsində ortaya çıxan infeksiyalardır. Bu viruslar, hüceyrələrə zərər verərək çoxalır və müxtəlif xəstəliklərə səbəb ola bilirlər. xəbə

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Qulaq ağrısı

Qulaq ağrısı, insanı çox narahat edən, gündəlik həyata mənfi təsir göstərən ağrılardandır. Yanma, batma kimi fərqli ağrı növləri ilə ortaya çıxa bilər. Qulaq ağrıdığı zaman müşahidə edilən simptomlar, fərqli sağlamlıq xəstəliklər


masaj yuxuda tecili yardim mede agrisi tecili tibbi yardim cinsi xestelikler
masaj
is elanlari