Epilepsiya xəstəliyi: Əlamətləri, müalicəsi

Epilepsiya xəstəliyi: Əlamətləri, müalicəsiEpilepsiya uzunmüddətli davam edən xroniki xəstəlikdir. Bu xəstəlik zamanı beyində mövcud olan neyronlar ani və nəzarətsiz formada genişlənərək boşalır. Nəticədə isə spazmlar, qıcolmalar, şüur dəyişkənliyi baş verir.

Doktorinfo.az xəbər verir ki, krizlər formasında təzahür edən xəstəlikdir. Dünyada təxminən 65 milyona yaxın epilepsiya xəstəsi vardır. Problemi birdəfəlik aradan qaldıran hansısa dərman mövcud olmasa da, krizlərin qarşısını almaq və ya nəzarətdə saxlamaq mümkündür.

Epilepsiya krizi nece bas verir?

Anidən ortaya çıxar və beyinin müəyyən hissəsinə yayılır. Krizlərin formaları spazmın beyinin hansı nahiyəsində başlamasından asılıdır. Bəzi insanlarda şüur itkisi baş versə də bəzilərində əlamətlər kəskin xarakter daşımaz.

Əksər zaman krizlər 30 saniyə ilə 2 dəqiqə arasında davam edər. 5 dəqiqədən daha artıq davam edən kriz varsa təcili tibbi yardım göstərilməlidir.

Epilepsiya krizi zamanı yaranan elametler:

Halsızlıq, danışığın azalması, hərəkətlərin sürətinin aşağıya enməsi və s.
Əksər xəstələr kiriz zamanı baş verənləri qismən də olsa xatırlayır.

Epilepsiya neden yaranir?

Səbəbi dəqiq müəyyənləşdirilməsə də bir neçə faktorun təsir etdiyi bildirilir. Keçirilən travmalar, infeksiyalar, şişlər, bədbəxt hadisələr bu xəstəliyə zəmin yarada bilər. Həmçinin genetik faktorlar da mühüm əhəmiyyət kəsb edir.

Epilepsiyanın bir çox tutma tipi vardır. Gözdə baxışın itməsi absans tutmalar adlandırılır. Və ya vücudun hər hansı bir hissəsində qıcolma formasında krizlər yaranırsa, bunlar fokal tutmalar adlandırılır. Tutma keçirərkən bütün bədən boyu spazmlar meydana gələ bilər, həmçinin xəstə sidiyini qaçıra bilər. Əgər ağız da köpüklənirsə, buna adətən yayğın tutmalar deyilir. Yayğın tutmalar zamanı beyinin əksər hissəsindəki neyronlarda boşalma hadisəsi baş verir. Bunlarla yanaşı digər növ epilepsiya tutmaları da mövcuddur.

Epilepsiya xəstəliyi: Əlamətləri, müalicəsiEpilepsiyanın əlamətləri nələrdir?

Epilepsiya növlərindən asılı olaraq şəxsdə müəyyən əlamətlər yaranır. Əlamətlər, bir neçə saniyə ilə 15 dəqiqə arasında meydana çıxır.
Bəzi əlamətlər epilepsiya krizindən öncə baş verə bilər, bu isə böyük həyati əhəmiyyət daşıyır.

Bəs bunlar hansılardır?

Ani olara ortaya çıxan kəskin qoxu və ya qorxu, narahatlıq hissi

Mədə bulantısı

Şüurun yavaş-yavaş itkisi

Əl və ayaqlarda hərəkətin qismən də olsa azalması

Güclü baş ağrısı

Ani ruh dəyişkənliyi

Bu və digər əlamətlər epilepsiya tutmasının xəbərçisi ola bilər.
Tutma zamanı isə hərəkətin tamam itməsi, diş qıcama, hərəkətlərin nizamsız olması, baxışların itməsi, dilin dişlənilməsi, əzələ qıcolmaları yaşana bilir.

Epilepsiyanın diaqnozu necə qoyulur?

Diaqnoz qoymaq üçün tutmaların dəqiq təsviri izah edilməli və buna uyğun olaraq müəyyən edilməlidir. Bu səbəbdən xəstə müayinəsi zamanı tutmaları müşahidə edən şəxslərin verdiyi məlumatlar da önəmlidir. Xəstəlik, nevropatoloq tərəfindən təyin edilir və nəzarətə alınır. Diaqnozu təsdiqləmək üçün EEQ, MRT, Kompyuter tomoqrafiyası kimi əlavə diaqnostik üsullardan da istifadə oluna bilər.

Epilepsiya xroniki xestelikdir?

Epilepsiya xroniki xəstəlik olaraq adlandırılır. Bu halla qarşılaşan insanlar sağlamlığının vacib olduğunu bilməli və xəstəliyə uyğun olaraq yaşamalıdırlar. Çünki xroniki xəstəliklərin müalicə ilə birdəfəlik sağalma ehtimalı yoxdur. Epilepsiya tutmaları şəxsin bütün yaşayışına mənfi təsir göstərə bilər. Bu isə depressiyaya yol aça bilər.
Epilepsiya xəstəliyi: Əlamətləri, müalicəsiBunun üçün xəstə aşağıdakılara diqqət göstərməlidir:

Əsəb hissi cilovlanmalıdır. Çünki stress vücudun gərginləşməyi üçün kifayətdir. Bu səbəbdən vücud həyəcan, qorxudan nə qədər uzaq gəzərdə sağlamlığını o qədər qorumuş olur.

Spirtli içkilərdən istifadə azaldılmalıdır.

Dərmanlar müntəzəm və doğru şəkildə qəbul edilməlidir.

Yuxu rejiminə nəzarət edilməlidir.

Yuxusuzluq tutmaların sayını artıra bilər.

Epilepsiyanin mualicesi nece aparilir?

Epilepsiya xəstəliyi adətən dərmanlarla müalicə olunur. Dərman müalicəsi tutmaları 70% nisbətdə azalda bilir. Ancaq dərman müalicəsinə reaksiya verməyən xəstə qrupları da vardır. Epilepsiyanın ömür boyu davam edən formaları mövcud olsa da bəzi xəstələrdə sağlamlığına müntəzəm diqqət göstərdiyi zaman krizlərin tutmaması və ya nadir baş vermə halları da mümkündür.

Qeyd edək ki, dərman müalicəsinə cavab verməyən xəstələrdə cərrahi müalicə forması tətbiq oluna bilər.

Epilepsiya xəstəliyi: Əlamətləri, müalicəsiBəs epilepsiya tutması zamanı ilkin müdaxilə necə olmalıdır?

Bu zaman şəxsi ehtiyyatla yerə uzatmaq lazımdır. İlk olaraq sakit qalmalısınız.

Şəxsə zərər verə biləcək əşyaları ətrafından uzaqlaşdırın.

Başının altına yumşaq nəisə qoyun.

Sol tərəfə çevirin və rahat nəfəs almasını asanlaşdırın.

Sinə düyməsini açın və boğaz nahiyəsi açıq, sıxılmamış formada qalmalıdır.

İnsanlar adətən kömək məqsədilə bəzi hərəkətlər edirlər ki, əslində bu, kriz keçirən insana köməkdən çox zərər verir.
Epilepsiya xəstəliyi: Əlamətləri, müalicəsiBunlar hansılardır?

Spazmları dayandırmağa çalışmayın, özünün vaxtı var.

Ağzına bir şey salmayın, bu çənə və dişlərdə zədələnmələrə yol aça bilər.

Süni tənəffüs etməyə çalışmayın, tutmalar bitən zaman tənəffüs geri gəlir.

Özünə tam gələnə qədər su və ya qida verməyin. Şüuru yerində olmayan zaman verəcəyiniz qida ağciyərlərə keçə bilər.

Qeyd edək ki:

- Tutma keçirən xəstənin hərəkətlərinə mane olmaq olmaz.

- Xəstənin çənəsi yığılıbsa, bunu hansısa vasitələrlə, yəni qaşıqla ya digər əşyalarla açmağa çalışmaq lazım deyil. Əks halda bu müdaxilələr krizin müddətini uzada bilər, hətta xəstə zədələnə bilər.

- Xəstəni ehtiyyatla yan yatırın, tənəffüs yollarını açıq tutmağa diqqət göstərin.

- Həmçinin xəstəni əlavə yaralanmalardan, zərbələrdən qorumaq üçün kəsici, deşici, iti alətləri kənarlaşdırmaq lazımdır.

- Tutma bitsə belə vücudun halsız olacağını unutmayın. Bunun üçün də xəstənin dərhal qalxmasına icazə vermək düzgün addım hesab edilmir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 05 iyul 2024

Oxşar xəbərlər

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Ayaq ağrılarının səbəbləri

Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər

Böyrək büzüşməsi (kiçilməsi) nədir?

Böyrək büzüşməsi, böyrəklərin ölçüsündə anormal formada olan kiçilmədir. Sağlam şəxslərin böyrəkləri 10-12 sm uzunluğunda, 5-6 sm genişliyində və 3-4 sm qalınlığındadır. Atrofik böyrək isə böyrəklərin nisbətən normal dəyərində

Ayaqda sinir ağrısı müalicəsi

Ayaq biləklərində yaranan ağrıların səbəblərindən biri ayaq biləyi ətrafındakı toxumanın ayaq biləyi hərəkətləri ilə sıxışmasından qaynaqlı ola bilər. Basketbolçular, futbolçular, rəqqaslar ayaq biləkləri sıx olaraq yuxar

Boğaz ağrısı dərmanı

Boğaz ağrısı, boğaz nahiyəsində hiss edilən yanma, quruluq, udqunma ilə pisləşən, boğaz içində zədələnmə formasında hiss edilən və müxtəlif tibbi vəziyyətlərdən qaynaqlanan hallara verilən addır. xəbər verir ki, bogaz agris

Ürək ağrısının əlamətləri

Ürək-damar xəstəlikləri hər il ölümlərin ən geniş yayılan səbəblərindəndir. Bu xəstəliklərə yol açan faktorlar mövcuddur. Urek-damar xesteliklerinin sebebleri. təqdim edir:. Duzlu və şəkərli, həddindən çox yağlı qidaları

Sümük iltihabı, osteomielit nədir?

Sümük iltihabı olaraq da bilinən osteomielit, bakterial qan dövranı infeksiyası nəticəsində yaranan və yumşaq toxuma olan sümük iliyində gerçəkləşən ağrılı olaraq görülən sağlamlıq problemidir. Həm uşaqlarda həm də böyüklərd

Kor bağırsaq ağrısı əlamətləri

Apendisit(Kor bağırsaq), təxminən 9 sm uzunluğunda olan kiçik, incə kisədir. Gövdənin sağ alt tərəfində yer alır. xəbər verir ki, apendisitin vücudda hansı funksiyanı yerinə yetirdiyi dəqiq bilinməsə də immunitet sistemiyl

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs


masaj yuxuda qarin agrisi sekis babasil mualicesi dis agrisi
masaj