Cinsi münasibətin əksikliyi zamanı vücudda nələr baş verir?

Cinsi münasibətin əksikliyi zamanı vücudda nələr baş verir?Mütəxəssislər, uzunmüddət ərzində cinsi münasibətə girməməyin vücudda çox böyük zərərlər yarada biləcəyini qeyd edirlər. Həyatınızın müəyyən mərhələlərində yaşadığınız stress, çətin günlər səbəbilə yaşamadığınız cinsi münasibət sağlamlığınız üzərində mənfi təsirlər yaradır.

Bəs bu əks təsirlər nələrdir?

Cinsi istəksizlik başlayır – Uzunmüddət cinsi münasibətə girməyəndə istəksizlik başlayır və nəticədə münasibət uğursuz nəticələnir.

İmmunitet sistemi zəifləyir - Aparılan araşdırmalara görə, cinsi münasibət immunitet sistemini gücləndirir. İmmunitet sisteminin güclənməsi ilə infeksiyaya yoluxma, xəstə olma riskiniz azalır.
Cinsi münasibətin əksikliyi zamanı vücudda nələr baş verir?Hormonların istehsal müddəti yavaşlayır – Vücudunuzda yaranan estrogen hormon miqdarı azalmağa başlayır. Aparılan araşdırmalarda 20-30 yaş aralığındakı qadınlarla 60 yaşlarındakı qadınların estrogen miqdarı müqayisə edilib və cinsi həyatı olmayan 60-lı yaşlarındakı qadınların vücudundakı estrogen miqdarının yox deyiləcək qədər az olduğuna rastlanılıb.

Ürək xəstəliklərinə yoluxa bilərsiniz – Sağlam və aktiv cinsi münasibətin olmaması sağlamlığa göstərdiyi mənfi təsir araşdırmalarla təsdiq edilib. Mütəmadi cinsi münasibətin olması nəticəsində hormonal artışlar çoxalır, həmçinin ürək sağlamlığı üçün faydalı təsiri mövcud olur.

Depressiyaya səbəb olur – Sevdiyiniz biri ilə münasibət yaşadığınız zaman vücudda oksitosin hormonu istehsal olunur. Bunun sayəsində özünüzü enerjili, xoşbəxt hiss edərsiniz. Amma bu hormonun əksikliyi zamanı kefiniz düşər və hətta depressiya yaşaya bilərsiniz.

Menstruasiya daha ağrılı keçir – Mütəmadi cinsi həyatı olanların menstruasiya ağrılarında azalma müşahidə edilib. Bunun bir səbəbi də uterusun bir əzələ olması, əzələlərin çalışması ilə birlikdə qanın vücuddan atılmasının daha asan olmasıdır.
Cinsi münasibətin əksikliyi zamanı vücudda nələr baş verir?Sidik yolu iltihabı olma riskiniz bu formada azalır – Düzgün cinsi həyatın olmamasının mənfi tərəfləri kimi müsbət tərəfləri də vardır. Bu hal sidik yolu infeksiyaları riskini aşağı salır. Mütəxəssislərin sözlərinə görə, ən çox sidik yolu infeksiyaları cinsi münasibət əsnasında keçir.

Vagina divarları incəlir – Həyatınızdakı münasibət əksikliyi zamanla vagina divarlarınızın incəlməyinə səbəb ola bilər.
Cinsi münasibətin olmamasının səbəbi psixoloji və ya hansısa xəstəlikdən qaynaqlana bilər. Bu səbəbdən mütəxəssis müayinəsi tövsiyə edilir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 23 sentyabr 2023

Oxşar xəbərlər

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari