Böyrək daşı xəstəliyi

Böyrək daşı xəstəliyiBöyrək daşı kişilərdə qadınlarla müqayisədə 3-5 qat daha çox görülür.

Doktorinfo.az xəbər verir ki, hər il, min nəfərdən 1 və ya 2 şəxsdə daşla bağlı böyrək sancısı akut renal kolik meydana gəlir. Bunun ən vacib səbəbləri arasında genetik faktor, kifayət qədər su içməmək, qidalanma problemləri, sidik yolu infeksiyaları mövcuddur. Bunlar böyrək daşının yaranma riskini artırır. Böyrək daşı müalicə edilmədiyi müddətcə böyrək itkisinə səbəb ola bilər. Böyrək daşının zamanında diaqnozu və müalicəsi bir çox xəstəliyin yaranmasının qarşısını alır.

Böyrək daşı insan onurğasının hər iki tərəfində yer alır. Vücuddakı artıq məhsulların qandan təmizlənməsi vəzifəsini daşıyır. Qanın təmizlənərkən orada mineral və duzlardan yaranan birləşmələr, zaman daxilində böyrəklərdə daşa səbəb olur.

Boyrek dasi probleminin elametleri nelerdir?
Böyrək daşı xəstəliyiBöyrək daşı adətən ilk ağrılarla özünü bəlli edir. Böyrək daşı ağrısının yaranması üçün daşların sidik yolunu bağlaması lazımdır. Böyrək daşları adətən sidik yoluna daxil olduqları zaman əlamət verir.

Əlamətləri təqdim edirik:

Şəxsdə mədə bulantısı və ya bununla bağlı yaranan qusma

Sidiyə gedərkən yaranan ağrı

Sidik rəngi bulanıq və tünddürsə böyrək daşı infeksiyaya səbəb olmuş ola bilir.
Böyrək daşı xəstəliyiBöyrək daşı şəxsdə yüksək qızdırma yaradır.

Şəxsdə ani üşümə və titrəməyə səbəb ola bilər.

Tualetə tez-tez gedilsə də tamamilə ehtiyacını ödəyə bilməz.

Böyrək daşı sidik yollarını bağlayan və şəxsdə yuxarıda sadalanan əlamətlərə səbəb olan vəziyyətdir. Müalicə edilmədiyi təqdirdə böyrəklər funksiyalarını itirər və bu vəziyyət hər iki böyrəkdə də varsa böyrək çatışmazlığı ola bilər.

Böyrək daşının səbəbləri nələrdir?

Böyrək daşının yaranmasına səbəb olan faktorları bu formada sıralaya bilərik:

Ailənin sağlamlıq keçmişi

Uzunmüddət pəhriz etmək

Az miqdarda maye istifadə etmək

Piylənmə

Fərqli böyrək xəstəlikləri

Arıqlamaq üçün keçirilən əməliyyatlar

Yüksək miqdarda duz və şəkər istifadə

Bəzi vitamin əlavələri

Sidik yolu xəstəlikləri

Böyrək daşı necə düşə bilər?
Böyrək daşı xəstəliyiBöyrək daşının düşməsi üçün ölçüsü çox önəmlidir. Böyrək daşının ölçüsü əgər 5 mm-in üzərindədirsə müdaxiləyə ehtiyac vardır. Ancaq böyrək daşı 5 mm-nin altındadırsa özlüyündən düşmə ehtimalı vardır. Bunun üçün bol su içmək və hərəkət etmək daşların düşməsinə yardım edir. 5 mm-dən böyükdürsə əməliyyata ehtiyac vardır.

Böyrək daşının yaranmaması üçün şəxs qidalanma formasına və həyat yaşayış tərzinə diqqət etməlidirlər.

Ən böyük daşın ölçüsü 5 mm-dən böyükdürsə müxtəlif cərrahi üsullar tətbiq oluna bilər. Xüsusi cihaz (litotriptor) vasitəsilə elektromaqnit şüaları böyrəklərdə olan daşları xırdalayır. Daha sonra xırdalanmış daşlar sidiyin axarı ilə xaric olunur. Bu üsul daşların ölçüləri 2 sm-dən böyük olmadıqda istifadə oluna bilər. Prosedur damar daxili anesteziya istifadəsi ilə keçirilir. Prosedurdan sonra xəstə klinikada 1-2 gün qaldıqdan sonra evə yazılır. Daş böyük olduqda və ya litotripsiya lazım olan effekt vermədikdə cərrahi əməliyyat təyin olunur. Bu əməliyyatlar müasir endoskopik üsullarla keçirilir.
Belə ki, uretradan və sidik kisəsindən böyrəyə və ya sidik kanalına kiçik videokamerası ilə təchiz olunmuş xüsusi cihaz - uretroskop (nazık borucuq) daxil edilir. Daş lazerin köməyi ilə xirdalanır və ya uretradan çıxarılır.

Böyrək daşı aşağıda qeyd edilən formada düşə bilər:

Bol su içmək

Hərəkətli yaşayış tərzi

B6 vitamini tərkibli qidalar istifadə etmək (üzüm, nar, qarpız və s.)

Bəzi vəziyyətlərdə həkimlər daşın düşməsinə köməklik edə bilər, ancaq dərmanlar da tövsiyə edilir. Vücudda ürik asit artıqlığı olduğunda isə azaltmaq üçün də dərman müalicəsi tövsiyə edilə bilər.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 21 oktyabr 2024

Oxşar xəbərlər

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Cinsi orqanda göbələk xəstəliyinin müalicəsi

Kandida cinsindən olan göbələklər cinsi yolla yoluxa bilən xəstəlik törədicisidir. Kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. xəbər verir ki, bir neçə forması mövcuddur. Bes cinsiyyet yollarinda yaranan gobele

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Ürək ağrısının əlamətləri

Ürək-damar xəstəlikləri hər il ölümlərin ən geniş yayılan səbəblərindəndir. Bu xəstəliklərə yol açan faktorlar mövcuddur. Urek-damar xesteliklerinin sebebleri. təqdim edir:. Duzlu və şəkərli, həddindən çox yağlı qidaları

Pnevmoniya (Sətəlcəm) müalicəsi

Pnevmoniya - xalq arasında bilinən sətəlcəm, ağciyərin iltihablanmasıdır. xəbər verir ki, müxtəlif mikroorqanizmlərlə əlaqəli olaraq meydana gəlir. Bəzi pnevmoniya növlərində xəstə şəxsdən sağlam insana yoluxma riski vardır

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari