Böyrək ağrısının evdə müalicəsi
Böyrək ağrıları geniş yayılmış problemlərdən biridir. Bunun həm ötəri həm də ciddi səbəbləri ola bilər. Böyrək ağrılarının ciddi səbəbləri barədə ötən məqaləmizdə bəhs etmişdik.
Doktorinfo.az xəbər verir ki, böyrək ağrısı hər zaman ciddi səbəbdən qaynaqlanmaya bilər. Bu soyuqlama və ya keçirilən infeksiyanın əks təsiri olaraq da özünü göstərə bilər.
Bes bu nov boyrek agrilarinin evde mualicesini nece etmeliyik?
İlk olaraq çalışılmalıdır ki, böyrək sağlam qalsın. Bu istiqamətdə bəzi qidalar qəbul edilməlidir.
Böyrəklər üçün meyvə-tərəvəz, süd məhsulları, yarmaları, təbii şirələri faydalıdır. Gün ərzində 2 litr maye ehtiyacınızı ödəməlisiniz. Bu zaman böyrəklərin fəaliyyəti pozulmamış olur.
Soyuq hava, nəmlilik böyrəklər üçün əks göstərişdir.
Bəs hansı bitkilər faydalıdır?
İtburnu dəmləməsi – Bunun üçün itburnu meyvelerini əzin. 1 xörək qaşığı itburnunun üzərinə 1 stəkan qaynar su töküb dəmləyin. Gün ərzində 3-4 dəfə için. Müalicə kursunu 1 həftə davam etdirin. Daha sonra 1 həftə fasilə verin və yenə 1 həftə itburnu dəmləməsinə davam edin.
Dəfnə yarpağı sidikqovucudur. 3-4 defne yarpağı üzərinə 1 stəkan qaynar su əlavə edib dəmlənməyi üçün gözləyin. 1 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə davam edin.
Qarğıdalı saçağı böyrəyin əsas dərmanıdır desək yanılmarıq. Bunun üçün müəyyən qədər saçaqdan götürüb qaynar suda dəmləyin. Gün ərzində 3-4 dəfə qəbul edin.
Bu zaman təzyiqinizə diqqət edin. Saçaq və itburnu təzyiqinizi aşağı sala bilər. Bu səbəbdən ehtiyyatla çox olmadan içmək gərəklidir.
Quru nanə, ayıqulağı yarpağı, çobanyastığı, hər otdan 1 xörək qaşığı olmaqla qarışdırılır və 1 litr qaynar suda dəmlənilir. 1 saatdan sonra süzülür və gün ərzində içilir. 3 gün davam edin, 3 gün fasilə edin və yenə təkrarlayın.
Gicitkan dəmləməsi də ağrılarınızı müalicə edəcəkdir. Gicitkan həm də təbii sidikqovucudur. Sidik yollarınızdakı infeksiyanı aradan qaldırmağa kömək edəcəkdir. Gicitkanı bitki çayı kimi istifadə edərək, bitki mənşəli yollarla böyrək sağlamlığınızı yaxşılaşdıra bilərsiniz.
DOKTORINFO.AZ Qidanın həzm olunmaması və zəhərlənmə
Qida zəhərlənməsi (qida intoksikasiyası) – tərkibində bioloji və ya qeyri-bioloji toksinlər saxlayan ərzaqların qəbul edilməsi nəticəsində yaranan çox kəskin haldır. Zəhərlənmələrin müalicəsində xalq təbabəti məsləhətləri
Qliserinin nədir?
Adını tez-tez eşitdiyimiz, ancaq nə olduğunu, faydasını tam olaraq bilmədiyimiz Qliserin nədir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, qliserin oksigen, karbon, hidrogenin bir aray
Böyrəkləri təmizləyən reseptlər
Böyrək insan orqanizmi üçün vacib orqandır. Vücudu zərərli toksinlərdən təmizləyir. xəbər verir ki, böyrəkləri çox yükləmək də doğru deyil. Toksin və ziyanlı maddələri orqanizmdən temizlemek üçün təbii vasitələrdən də istifad
Çillərin təbii müalicəsi
Çillər bir çox insanın yaralı yeridir desək yanılmarıq. Üzdə çillər necə yaranır?. xəbər verir ki, həm üz həm də vücuddakı çillərin yaranmasında bir çox faktor təsirli olur. Çil yaranmasında təsirli faktorlar bunlardır:
Soğan qabığı çayının möcüzəvi faydaları
Təbiətdə elə tərəvəzlər yetişir ki, həm özü həm də qabığı olduqca faydalıdır. Belə nemətlərdən biri isə soğandır. xəbər verir ki, aparılan araşdırmalara görə, soğan qabığının bilinməyən bir çox faydaları müəyyən edilib. Bel
Yaşlılar üçün masajın 5 faydası
Yaş artdıqca bədənin hərəkətliliyi azalır, əzələ və oynaq ağrıları isə daha çox hiss olunmağa başlayır. Bu dövrdə fiziki və zehni rahatlıq təmin edən üsullar axtarılır. Masaj xidməti yaşlı insanların gündəlik həyat keyfiyyətin
Qaraciyəri sağaldan qarışım
Qaraciyər problemləri müşahidə edilən xəstəliklər sırasındadır. xəbər verir ki, xalq təbabəti üsulu ilə də qaraciyərinizin funksiyalarını normada saxlaya bilərsiniz. Çünki nəzarətsiz istifadə edilən hər qida qaraciyər orqanın
Qaşınmanın təbii yolla müalicəsi
Bədən qaşıntısı insanı narahat edən duyğulardan biridir. məlumat verir ki, qaşıntının birdən çox səbəbi ola bilər. Orqanizmdə bir neçə sinir ucluqları var və onların həyata keçirdikləri funksiyalar müxtəlifdir. Bəzi sini
Stomatit: Səbəb və təbii müalicəsi
Stomatit nədir?. Stomatit ağız boşluğunun selikli qişasının zədələnməsi nəticəsində yarana bilir. Stomatiti yaradan sebebler nelerdir?. təqdim edir:. Ağız boşluğunda yaranan yanıqlar. Breketlərin yanlış qoyulması. Yanaq