Balıq dərisi, İktiyozis Vulgaris xəstəliyi nədir?

Balıq dərisi, İktiyozis Vulgaris xəstəliyi nədir?İktiyozis Vulgaris dəri xəstəliyidir. Genetik səbəblərlə ya da yaşanılan fərqli narahatlıqlara bağlı olaraq dərini nəm tutan qoruyucu bariyeri bu xüsusiyyətini itirə bilir. Eyni zamanda yeni dəri hüceyrələri çox sürətlə istehsal etməyə başlayarkən, köhnələn dəri hüceyrələri də çox yavaş məhv olur.

Doktorinfo.az xəbər verir ki, bu vəziyyət dəridə balıq görüntüsünü yaradır. Xəstələrin dərisində ortaya çıxan görüntü balıq dərisinə bənzədiyi üçün bu vəziyyət balıq dərisi xəstəliyi olaraq ifadə edilir.

Bu xəstəlik nadir görülür və adətən yüngül keçirilir. Ancaq şiddətli balıq dərisi xəstəliyi ciddi problemlərə yol aça bilər. Yüngül seyr edilən balıq dərisi xəstəliyi hədsiz quru dəri ilə qarışdırıla biləcəyi üçün diaqnozda bəzi gecikmələr ola bilər.
Balıq dərisi, İktiyozis Vulgaris xəstəliyi nədir?İktiyozis Vulgaris xesteliyinin elametleri nelerdir?

Quru və balıq dərisi forması xəstəliyin əsas əlamətlərindən geniş yayılanıdır. Bu dəri forması kürək, qarın, ayaqların ön qismləri kimi nahiyələrində görülür. Xüsusilə kiçik uşaqlarda üz və baş dərisi nahiyələrində çox ola bilər.

Yaranan pullanma ağ, qəhvəyi rəngdə ola bilər. Bu hal əksər hallarda çatlaqlar yarada bilər. Soyuq və quru havalarda quruluq və pullanma daha da artır.

Digər göstəricilər:

Deri qizariqligi

Dəridə qabarıqlıq, sərtlik

Qaşıntı

Ağrı
Balıq dərisi, İktiyozis Vulgaris xəstəliyi nədir?Hərəkət etməyi çətinləşdirən, qalınlaşmış dəri quruluşu balıq dərisi xəstəliyinin digər əlamətləri arasında yer alır.

İktiyozis Vulgaris xesteliyinin sebebleri:

Tiroid və ya paratiroid problemləri kimi endokrin vəzi xəstəlikləri. Tiroid vəzinin az çalışması balıq dərisi xəstəliyi riskini artıra bilir.

Böyrək xəstəlikləri

AİDS

Nikotinik asit, simetidin və klofazimin kimi bəzi dərmanların istifadəsi və s.
Balıq dərisi, İktiyozis Vulgaris xəstəliyi nədir?Balıq derisi xesteliyinin mualicesi necedir?

İstifadə ediləcək üsullar hansılardır?

Dəri kremləri: Quruyan dəri üçün xüsusi kremlərdən istifadə edilməlidir. Xüsusilə də duş qəbulundan sonra tətbiq edilməlidir.

Dərman müalicəsi gərəklidir. A vitamininin sintetik növləri olan sintetik retinoidlər istifadə edilə bilər. Hamilə qadınlar isə sadəcə həkim tövsiyəsi ilə dərman qəbul edə bilərlər.

Bundan əlavə tərkibi yağ olan, su bazlı məlhəmlərdən istifadə edilə bilər.

Səpgilər üçün olan müalicəvi kremlər də dərini bərpa edə bilər. Ancaq bunlar mütləq həkim təyinatı ilə tətbiq edilməlidir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 23 avqust 2024

Oxşar xəbərlər

Böyrək soyuqlaması nədir?

Böyrək soyuqlaması nedir?. Böyrək iltihabı geniş yayılmış problemlər sırasında yer alır. xəbər verir ki, bu hala böyrək soyuqlaması, soyuqdəyməsi kimi ifadələr də deyilir. Uşaqlar və böyüklərdə də yarana bilər. Bir sıra əlamətlərl

Qulaq ağrısı

Qulaq ağrısı, insanı çox narahat edən, gündəlik həyata mənfi təsir göstərən ağrılardandır. Yanma, batma kimi fərqli ağrı növləri ilə ortaya çıxa bilər. Qulaq ağrıdığı zaman müşahidə edilən simptomlar, fərqli sağlamlıq xəstəliklər

Enməmiş xaya, kriptorxizm nədir?

Oğlan uşaqlarında ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, bel nahiyəsində qoyulur. İnkişaf etdikcə xaya xayalığa doğru enməyə başlayır. 8-9-cu aylarda xayalığa enir. Doğulan zaman isə xaya xayalıqda olur. Bəzə

Polipin təbii yolla müalicəsi mümkündür?

Poliplər, insan vücudunun müxtəlif nahiyələrində yaranan kiçik və böyük ölçüdə olan şişliklərdir. Əksər zaman xoşxassəli olurlar. Adətən dərhal hiss edilməz və görünməyi zaman alar. Bəzən isə başqa bir yoxlanış zamanı üz

Ayaqda sinir ağrısı müalicəsi

Ayaq biləklərində yaranan ağrıların səbəblərindən biri ayaq biləyi ətrafındakı toxumanın ayaq biləyi hərəkətləri ilə sıxışmasından qaynaqlı ola bilər. Basketbolçular, futbolçular, rəqqaslar ayaq biləkləri sıx olaraq yuxar

Papilloma xəstəliyi

HPV, insanlar arasında olduqca yayğın olan, əksər insanda problemə yol açmasa da bəzi insanlarda genital ziyil və xərçəngə səbəb ola bilən virusun adıdır. Bu virus dəriyə təsir göstərir. xəbər verir ki, bir çox tipi ağız

Angina müalicəsi

Angina günümüzdə geniş yayılan, narahatçılıqlar yaradan badamcıqların iltihablanmasıdır. xəbr verir ki, görüntüsündən asılı olaraq qırmızı və ya ağ angina olaraq adlandırılır. Virus və ya bakteriyal qaynaqlı olur. Bunun dəqi

Appendisitin əlamətləri və müalicəsi

Appendisitin iltihablanması olaraq bilinən appendisit, alt qarında ağrıya səbəb olan, partlama vəziyyətində bağırsaqlardaki bakteriyaların qarın boşluğuna və oradan qan dövranına yayılması ilə nəticələnə bilən kritik mövzudur

Ayaqda göbələk xəstəliyi

Ayaqda göbələk problemi, ayaqlarda qaşıntı və parlaq qırmızı səpkilərə səbəbiyyət verən infeksiyadır. xəbər verir ki, bu infeksiya, soyulma, yanma hissi, qızarıqlıq, su toplama, qaşıntı və yaralara səbəb olur. Çox görülə


masaj yuxuda goz hekimi cinsi xestelikler mede agrisi tecili tibbi yardim
masaj
is elanlari