Almaniyada 20 min avro alan həkim Şirvanda çalışacaq - TƏBİB açıqladı
"İbrahimov Nicat Xalid oğlu 13 oktyabr tarixindən etibarən TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasında rəsmi olaraq fəaliyyətə başlayacaq. Hazırda Azərbaycandadır və xəstəxanadadır".
KONKRET.az xəbər verir ki, bu barədə bir neçə gündür müzakirəsi gedən məsələ ilə bağlı TƏBİB açıqlama verib.
Mətbuat katibi Zamirə Adilova deyib ki, doktor Nicat İbrahimov TƏBİB tərəfindən dəvət olunub.
Açıqlamada qeyd edilir ki, TƏBİB xaricdə yaşayan və çalışan azərbaycanlı həkim mütəxəssislərin Azərbaycanda fəaliyyətinin təşviq edilməsinə hər zaman maraqlıdır. Bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir, danışıq və müzakirələr aparılır:
"Bunun da nəticəsində 100-dək xaricdə təhsil almış və ya çalışmış uzman-həkim bu gün tabeliyimizdəki ayrı-ayrı xəstəxana və tibb müəssisələrində çalışır. Bu il təşkil etdiyimiz Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumunda dünyanın ayrı-ayrı ölkələrindən (12 ölkə) 120-dən çox həkimin iştirakı, təcrübə mübadiləsi üçün regionlarda təşkil olunan təlim və görüşlərə həvəslə qatılması, tibb müəssisələrimizdə yaradılan şəraitlə tanış olması, simpoziumun açılış mərasimində yüksək rütbəli şəxslərin hesabat xarakterli və motivasiyaedici çıxışları, çağırışları, TƏBİB rəhbərliyi ilə görüşləri onlarda xüsusi stimul yaratmamış deyil. Həkimlərdən aldığımız geridönüşlər bizi də məmnun etdi və inanırıq ki, xaricdə çalışan daha bir neçə həkimin ölkəmizə geri qayıtmasına, fəaliyyətinə nail olacağıq. Nicat doktor da TƏBİB tərəfindən dəvət olunub, gəliş səbəbinin nə olmasından aslı olmayaraq, ona çoxminli təbiblərimizin sırasına qoşulduğu üçün təşəkkür edir və uğurlar arzulayırıq".
Xatırladaq ki, yayılan məlumata görə, Almaniyada çalışan ürək həkimi Nicat İbrahimov orada 20 min avro əmək haqqı almasına baxmayaraq, Azərbaycana işləmək qərarı verib və Vətənə qayıdıb.
DOKTORINFO.AZ İndiqo, Kristal uşaq kimdir?
İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar
Smeqma nədir?
Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu
Skafoid sınığı nədir?
Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs
Vücudda yaranan qırmızı xal təhlükəlidir?
Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını
Yaşa görə nəbz nə qədər olmalıdır?
Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy
Ən yaxşı nevropatoloq kimdir?
Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə
Dil uyuşması nə üçün olur?
Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət
Qol ağrısının səbəbləri və müalicəsi
Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v
Tomatlı yeməyə duz qatmaq olar?
Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla