Xərçəngə ilk yoluxma 1,7 milyon il əvvəl olubmuş

Xərçəngə ilk yoluxma 1,7 milyon il əvvəl olubmuşTədqiqatçılar xərçəng əlamətlərini göstərən bir çox tarixdən əvvəlki qalıqları aşkar ediblər. Bundan əlavə, bu ölümcül xəstəliyin ilk qeydini qədim yazılı mənbələrdə tapıblar.
Milli.Az lent.az-a istinadən bildirir ki, araşdırmalara görə, xərçəngin ilk dəlili 1,7 milyon il əvvələ aid fosillərdə (fosil uzun müddət əvvəl yaşamış canlıların qalıqlarının təbii şərtlər altında qorunaraq dövrümüzə qədər çatan izidir-red.) tapılıb. Aşkar edilən qalıqlardan biri Paranthropus robustus və ya Homo ergaster növünə aiddir və sol barmağın sümüyündə bədxassəli şişin olduğunu göstərir.
Tədqiqatçılar, fosilləşmiş barmaq sümüyünün KT müayinələrini sümük əmələ gətirən hüceyrələrdə başlayan aqressiv bir xərçəng forması olan osteosarkomun müasir hallarının görüntüləri ilə müqayisə ediblər. Osteosarkomun gül kələminə bənzər fərqli bir formasını görüblər.
Osteosarkom bu gün insanlarda hər yaşda baş verə bilən, lakin ən çox uşaqlarda, yeniyetmələrdə və gənclərdə görülən ümumi bir sümük xərçəngidir. Tarixdən əvvəlki insanın yaşı bilinməsə də, tədqiqatçılar onun yetkin olduğunu düşünürlər.
Aydındır ki, xərçəngin sümüklərdə aşkarlanması orqanlarda, dəridə və daha sürətli parçalanmaya məruz qalan digər yumşaq toxumalarda olduğundan daha asandır. Bununla birlikdə, fosillərdə xərçəngin görünməsi üçün daha ətraflı araşdırma tələb olunur.
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may


masaj yuxuda cinsi xestelikler babasil mualicesi dis agrisi boyrek agrisi
masaj
is elanlari