Üz iflici nə üçün baş verir?

Üz iflici nə üçün baş verir?Üz iflici, sinirlərin zədələnməsi səbəbiylə əzələlərdə hərəkətlərin itirilməsidir. Üzün bir və ya iki tərəfində görülə bilər. Üz iflicinin yayılan səbəblərindən biri üz əzələlərinə gələn sinirdə iltihab, baş-boyun şişlərinin olmasıdır. Səbəbə bağlı olaraq iflic qısamüddətli və ya uzunmüddətli ola bilər.

Üz iflicinin əsas səbəbləri:

Bu problem beyin travması, beyin damar tıxanıqlığı, baş-boyun şişləri, üz əzələlərində zədələnmə kimi fərqli səbəblərdən ortaya çıxa bilər.
Üz iflicinin digər səbəblərini təqdim edirik:

Beyin zədələnməsi

Üz yaralanmaları

Baş və ya boyun şişləri

Orta qulaq infeksiyası

Qulaqda görülən digər xəstəliklər

Üz əzələlərinin anormal inkişafı

Doğuşdan gələn sindromlar

Doğuş travması

Bəzən doğuş anında uşaqların üz əzələlərində yaralanmalar ola bilər. Belə uşaqların əksəriyyəti isə tamamilə yaxşılaşır.

Üz iflici nə üçün baş verir?Üz iflicinin əlamətləri nələrdir?

Bir çox əlamət mövcuddur ancaq bunlar səbəbə və insana görə dəyişir.
Aşağıdakılar baş verə bilər:

Göz yaşının azalması

Təsirlənən tərəfdə göz qırpma, alın qırışdırma kimi hərəkətlər üzərində sinir nəzarətinin itməsi

Ağızda əyilmə

Danışıq pozuntusu

Qidalanmada çətinlik

Baş ağrısı

Çənə oynağı ətrafında ağrı

Qulaq içində və ya ətrafında ağrı

Üz iflicinin diaqnozu necə qoyulur?

Üz iflicinin diaqnozu üçün həkim xəstənin qaş qaldırma, göz qırpma, gülümsəmə, müəyyən üz ifadələrini müayinə edərək əzələ hərəkətlərini dəyərləndirir. Bundan əlavə MRT, qan analizi tələb edə bilər.
Üz iflici nə üçün baş verir?Müalicə isə baş vermə səbəbinə görə təyin edilir.
Bundan əlavə fizioterapiyalar belə halların müalicəsində xüsusi effektə sahibdir. Ən azından qalıcı problemlərin qarşısını almağa kömək edir.
Üz iflici üçün ən böyük təhlükəli problem göz zədələnməsidir. Bu səbəbdən paralel olaraq göz qapağının tamamilə örtülə bilməsi üçün tədbirlər də görülməlidir. Çünki gözün açıq qalmağı görmə üçün kifayət qədər problemli haldır. Gözün yaxşı görməsi üçün nəmli qalmalıdır.
Səbəbdən asılı olaraq üz iflici müalicəsində əməliyyat vasitəsilə zədəli sinirləri və ya əzələləri bərpa etmək və ya varsa şişi çıxarmaq üçün üsullardan istifadə edilir.
İlk 6 ay ərzində 12 seanslıq müalicə daha müsbət təsir göstərə bilər.

Bəs üz iflici təhlükəlidirmi?

Əgər üz iflici soyuq havalarda baş veribsə, zamanında müalicə edilməzsə qalıcı zədələnmələrə yol aça bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 22 oktyabr 2023

Oxşar xəbərlər

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Diqqət dağınıqlığı əlamətləri

Diqqət dağınıqlığı həm uşaqlarda həm də böyüklərdə görülür. Bir mövzuda diqqət cəmləşdirə bilməmək, uzun müddət çalışa bilməmək vəziyyəti diqqət dağınıqlığıdır. xəbər verir ki, diqqət dağınıqlığı olan şəxslər qarşısındak

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v


masaj yuxuda cinsi xestelikler babasil mualicesi mede agrisi goz hekimi
masaj
is elanlari