Uşaqları öldürən müəmmalı xəstəliklə bağlı XƏBƏRDARLIQ
Kot-dİvuarda 7 uşağın ölümü və daha 59 nəfərin xəstəxanaya yerləşdirilməsi ilə nəticələnən naməlum xəstəliyin baş vermə səbəbləri sirr olaraq qalır.
Milli.Az lent.az-a istinadən bildirir ki, ölən uşaqların hamısı ölkənin mərkəzində, Buake şəhəri yaxınlığındakı bir kənddə yaşayırdı və onların yaşları 5-12 yaş arasında idi. Xəstəxanaya müraciət etdikləri əlamətlər arasında qusma və ishal olub.
Ölən uşaqlardan birinin anası iddia edir ki, ona qarğıdalı sıyığı yedizdirəndən sonra mədəsində problemlər yaranmağa başlayıb. Lakin ölən digər uşağın anası eyni sıyığı yediklərini və digər uşaqlarının heç bir problem yaşamadığını deyir.
Afrikanın bu hissəsində tibb sistemi inkişaf etmədiyi üçün dəqiq nəticələr çıxarmaq çətindir. Yalnız yeddi uşaqdan ikisinin xəstəxanaya çatdırılana qədər, beşinin isə xəstəxanada öldüyü məlum olub.
2023-cü ilin əvvəlində Kpo-Kahankro adlı başqa bir kənd də bir yaşdan səkkiz yaşa qədər olan uşaqların bir sıra ölümləri qeydə alınıb. İki ay ərzində onların sayı ən azı 12 nəfər olub. Yerli gənclər təşkilatının nümayəndəsinin sözlərinə görə, xəstə uşaqlarda uyuşma əlamətləri müşahidə olunub və qusub. Testlər aparılıb, lakin ölümlərin səbəbi heç vaxt müəyyən edilməyib.
Bu ilin fevralında yaxınlıqdakı başqa bir kənddə Clostridium difficile bakteriyasına yoluxduqdan sonra 16 nəfərin ölümü ilə bağlı iki nəfər 5 il müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az
DOKTORINFO.AZ Ən yaxşı D vitamini necə seçək?
Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq
Vaginal infeksiyaların əlamətləri və müalicəsi
Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak
Uşaqlarda boğaz ağrısı və qızdırma
Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede
Asqırmağın faydaları və zərərləri
Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall
Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?
Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma
Askarid qurdu əlamətləri
Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd
İndiqo, Kristal uşaq kimdir?
İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar
Payız qripi zamanı nə etməli?
Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali