Uşaqlarda hərarətin yüksəlməsi zamanı nə etməliyik?

Uşaqlarda hərarətin yüksəlməsi zamanı nə etməliyik?"Hər bir valideyn ev şəraitində temperaturu salmaq üçün ilkin yardım göstərməyi bacarmalıdır".
KONKRET.az xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 16 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Sevinc Vəliyeva deyib.
Həkim bildirib ki, uşaqlarda hərarət 38,5 dərəcədən yuxarı olarsa (müstəsna hallarda, 3 aya qədər uşaqlarda temperatur 38 dərəcə olarsa), temperaturu salmaq vacibdir:
"Lakin 38,5 dərəcədən (3 ayadək uşaqlarda 38 dərəcədən) aşağı temperaturu salmağa çalışmaq lazım deyil. Çünki belə halda hərarət orqanizmə mənfi təsir göstərmir. Onu da qeyd etmək lazımdır ki, hərarət özü də orqanizmin infeksiyalara qarşı cavab reaksiyasıdır".
Həkim-pediatr uşaqlarda hərarətin salınması üçün ilk olaraq analara fiziki metodlardan istifadə etməyi tövsiyə edib:
"Uşağı adət etdiyi temperaturda olan su ilə çimizdirmək lazımdır, yüksək hərarətli uşağı ilıq və ya soyuq su ilə çimizdirmək olmaz. Əgər bu da mümkün deyilsə, isti su ilə isladılmış dəsmalla bədənini silmək məsləhət görülür".
O deyib ki, orqanizmin susuzlaşmasının qarşısının alınması üçün hərarətli uşağa çoxlu maye verilməsi zəruridir:
"Uşağın bədəninə sirkə, spirt çəkmək qətiyyən olmaz. Əgər bu metodlar hərarəti aşağı salmırsa, "parasetamol", "ibuprofen" tərkibli dərmanlardan və şamlardan, həkim məsləhəti ilə antibiotikdən istifadə etmək olar. Onu da qeyd etmək lazımdır ki, qıcolmaya meyilli uşaqlar istisna təşkil edir. Onlarda temperatur 37 dərəcədən yuxarı olarsa, dərhal həm antibiotik, həm də qıcolmaya qarşı dərmanlar istifadə olunmalıdır".
Həkim-pediatr, həmçinin yüksək temperaturun orqanizmə göstərdiyi mənfi təsirlər barəsində də məlumat verib:
"Yüksək hərarət qanın qatılaşmasına səbəb olur ki, bu da ürəyin fəaliyyətinə mənfi təsir göstərir. O cümlədən, orqanizmdə olan zülallar laxtalanır (böyrəkdən süzülməsi pozulur) və bu da böyrəklərin fəaliyyətinin pozulmasına səbəb olur. Yüksək hərarətin səbəb olduğu mənfi nəticələrdən biri də uşaqlarda qıcolmanın müşahidə olunmasıdır ki, bu da onların sağlamlığı üçün təhlükəlidir".


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 13 iyun 2023

Oxşar xəbərlər

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını

Ən yaxşı proktoloq kimdir?

Proktologiya yoğun bağırsaq xəstəliklərini öyrənən tibb sahəsidir. xəbər verir ki, proktoloq həkimlər düz bağırsaq xəstəliklərindən əlavə anal və anorektal zonaların patologiyaları ilə də məşğul olur. Bu ixtisas sahiblər

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir


masaj yuxuda tecili tibbi yardim qarin agrisi boyrek agrisi bogaz agrisi
masaj
is elanlari