Turistlərə ölüm təhlükəsi barədə XƏBƏRDARLIQ EDİLDİ
Tailandda Xəstəliklərə Nəzarət Departamentinin Epidemiologiya Bürosu denge (dang) qızdırması hallarının kəskin artması ilə bağlı ciddi narahatlığını bildirib.
Son məlumatlara görə, 2023-cü il iyunun 7-nə qeydə alınan yoluxmaların sayı keçən illə müqayisədə 500 dəfə çoxdur.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar Tailand hökuməti turistlərdən tətil zamanı ehtiyat tədbirləri görməyi xahiş edib.
Məlumata görə, ən çox infeksiya Banqkok, Trat, Nan, Çantaburi, Rayong və Mae Hong kimi məşhur turistik məkanlarda qeydə alınıb. Ümumilikdə bu il 19 503 denge xəstəliyinə yoluxma halı aşkar edilib.
Rəsmilər indiyədək 17 ölüm faktını qeydə alıb. Keçən il Tailandda eyni vaxtda bu qızdırmadan yalnız üç ölüm hadisəsi olub.
Səhiyyə Nazirliyinin mütəxəssisləri xəbərdarlıq ediblər ki, tropik denge qızdırması xəstəliyinə yoluxma hallarının artması yağışlı mövsümdə (iyun-avqust aylarında) davam edəcək və yalnız sentyabrda xəstəliyin azalmasını gözləmək olar.
Belə ki, ölkədə epidemiya təhlükəsi fonunda səyahət edənlərə ağcaqanaddan qoruyucu vasitələrdən istifadə etməyi və ehtiyat tədbirləri görmək tövsiyə edilir.
Qeyd edək ki, denge qızdırması ağcaqanad dişləməsi ilə ötürülən virusun yaratdığı təhlükəli xəstəlikdir. İnkubasiya müddəti iki həftəyə qədər ola bilər. Denge xəstəliyinin simptomlarına qızdırma, baş ağrısı, ürəkbulanma, qusma, səpgi, əzələ və oynaq ağrıları, qanaxma daxildir. İnfeksiyanın ağır forması qanaxma, şok, qan təzyiqinin ciddi azalması, orqan çatışmazlığı və hətta ölümlə nəticələnə bilər.
İqbal Rzayev,
KONKRET.az
DOKTORINFO.AZ Payız qripi zamanı nə etməli?
Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali
İdmandan öncə isinmə hərəkətləri
İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki
Böyrək xərçənginin simptomları və mərhələləri
Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma
Hepatit B peyvəndi
Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda
Ağızdan pis qoxunun gəlməsi
Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir
Qanda leykosit nədir?
Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva
Diqqət dağınıqlığı əlamətləri
Diqqət dağınıqlığı həm uşaqlarda həm də böyüklərdə görülür. Bir mövzuda diqqət cəmləşdirə bilməmək, uzun müddət çalışa bilməmək vəziyyəti diqqət dağınıqlığıdır. xəbər verir ki, diqqət dağınıqlığı olan şəxslər qarşısındak
A vitamini faydaları
A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur
Qol ağrısının səbəbləri və müalicəsi
Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v