Tez-tez ruh dəyişikliyi yaradır: Bipolyar pozuntu nədir?

Tez-tez ruh dəyişikliyi yaradır: Bipolyar pozuntu nədir?Bipolyar pozuntu, manik-depressiv pozğunluq adı ilə bilinən, iki ayrı xəstəlik dövrünün görüldüyü iki uclu psixoloji narahatçılıqdır. Gündəlik həyat tərzinə təsir göstərən, məktəb, dostluq münasibətində ciddi problemlərə səbəb ola bilən haldır. Cəmiyyətdə hər 100 şəxsdən 1-2 faizində görülən bipolyar pozuntu, əksər zaman gənc və 15-35 yaş aralığında ortaya çıxar. Qadın və kişilərdə bərabər olaraq görülür. Belə ki, bu tip şəxslər özünü çox yaxşı hiss edərkən anidən depressiv hala düşə bilər.

Doktorinfo.az xəbər verir ki, bipolyar pozuntu mövcud olan şəxslərdə yüksək ruh halından hədsiz aşağı səviyyə ruh halına düşmə mümkündür.

Bipolyar pozuntunun elametleri nelerdir?

Xoşbəxt, şən, coşqulu hiss etmə

Özünü vacib hiss etmə
Tez-tez ruh dəyişikliyi yaradır: Bipolyar pozuntu nədir?Sürətli danışıq

Diqqət dağınıqlığı

Cinsi istəkdə artış

Riskli qərarlar vermək

Yuxu problemləri

Uyğun olmayan davranışlarında artış

Spirtli içki və maddə istifadəsində artış

Depressiv əlamətlər də bunlardır:

Məyus hiss etmə

Esebi və gerginlik

Enerji əksikliyi

Dəyərsizlik hissi

İştahsızlıq

İntihar düşüncəsinə sahib olma

Bipolyar elametlerinin üç və ya daha çox zaman görülməsi və bir həftə və ya daha artıq davam etmesi gərəklidir. Bu müddət anidən başlayar və müalicə edilməsə həftələrlə davam edə bilər. Bu zaman şəxs özünü xəstə kimi hiss etməz və adeten mualiceni rədd edər.
Tez-tez ruh dəyişikliyi yaradır: Bipolyar pozuntu nədir?Bəzən bipolyar krizlər də baş verə bilər.

Kriz zamanı hansı əlamətlər yarana bilər?

Ümüdsüz olmaq

Özünü narahat, bədbəxt hiss etmə

Həyatdan zövq almamaq

Enerji azlığı

Unutqanlıq

Çəki itkisi

Yuxuya getməkdə çətinlik çəkmək

Gecələri tez-tez oyanmaq

Ölüm və intihar düşüncələri

Diqqət eksikliyi

Depressiv müddətdə ən az beş əlamətin iki həftə ya da daha çox çəkməsi gözlənilir. Depressiv və krizlerin ağır yaşandığı vəziyyətlərdə də psikotik əlamətlər görülə bilər.
Tez-tez ruh dəyişikliyi yaradır: Bipolyar pozuntu nədir?Bipolyar pozuntunun sebebleri nelerdir?

Aparılan araşdırmalar nəticəsində bipolyar pozğunluğun səbəbləri arasında genetik faktorların yer aldığı bilinir. Genetik olaraq bipolyar pozuntu xəstəliyinə yatqın olan şəxslərin yaşadığı stresli bir həyat bu xəstəliyə zəmin yarada bilər. Burada genetikanın da rol oynadığı bildirilir. Ailə uzvlerinde bipolyar xəstəliyi olan şəxslərdə bunu ortaya çıxma ehtimalı yüksəkdir.
Xəstəliyin müalicəsinə başlamazdan öncə həkim tərəfindən bipolyar testi edilməli və psixiatrik diaqnoz qoyulduqdan sonra uyğun müalicə tərtib edilməlidir.

Bipolyar pozuntunun inkişafında rol alan risk faktorları nələrdir?

Yanlış qidalanma

Dərmanların əks təsirləri

Stresli həyat tərzi

Adrenalin, stres hormonunda dəyişikliklər

Maddi problemlər

İş problemləri və s.

Diaqnoz nece qoyulur?

Hər kəsdə eyni əlamətləri göstərməyə bilər. Xəstəliyin müalicəsinə başlamazdan öncə həkim tərəfindən test edilməli və psixiatrik diaqnoz qoyulduqdan sonra uyğun müalicəyə başlanılmalıdır.

Bipolyar pozuntusu olan şəxslərdə hansı xəstəliklər görülə bilər?

Yemək yemə pozğunluğu

Narahatçılıq hissi

Piylənmə xesteliyinin yaranma riski

Miqren tipli baş ağrıları

Ürək problemləri

Tiroidlə bağlı xəstəliklər və s.
Tez-tez ruh dəyişikliyi yaradır: Bipolyar pozuntu nədir?Bipolyar pozuntunun qarsisi nece alinir?

Keyfiyyətli yuxu rejimi olmalıdır.

Düzgün qidalanmalı. Pis vərdişlərdən uzaq durmalı.

Mümkün qədər idmanla məşğul olmalı.

Stresli ortamlardan mümkün qədər uzaq durulmalıdır.

Spirtli içkilərdən imtina edilməlidir.

Nəfəs texnikaları edilməlidir.

Bipolyar pozuntusu olanlara münasibət necə olmalıdır?

Belə şəxslər adətən xəstəliklərini qəbul etməzlər və səbəb olaraq ətrafındakıları günahlandırarlar. Bu səbəbdən müalicəyə başlamaq və davam etdirmək ailə dəstəyi ilə olmalıdır. Belə şəxslərin davranışlarına qarşı səbrli olmalı və çətinliklərin öhdəsindən gəlmək lazımdır.

Bu xestelik daha cox kimde gorulur?

Xüsusilə yaz aylarında artan pozuntu, 15-35 yaş aralığında görülə bilir. Ən çox müşahidə isə 20 yaşdan sonra edilir.

Bipolyar pozuntunun müalicəsi həyat boyu davam edirmi?

Uzun müddət müalicəyə ehtiyac vardır. Həkim tərəfindən planlanan müalicəyə əsasən xəstənin vəziyyətini tarazlayan dərmanlar təyin edilir. Bununla yanaşı terapiyaların əhəmiyyəti və rolu böyükdür.

Bipolyar krizi nece olur?

Hər insanda fərqli formada özünü göstərir. Şiddət, yorğunluq kimi hallar çoxluq təşkil edir. Krizin yüksəliş və eniş halları yaşanır. Bəziləri depressiyaya yatqın halları olduğu halda digərləri krizi daha yüksək tonda yaşayırlar. 3-4 duyğunun qarışımı müşahidə edilir.
.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 30 yanvar 2024

Oxşar xəbərlər

Pişikdən insanlara keçən xəstəliklər

Ev heyvanlarının sağlam həyat yaşaması insanlıq borclarından biridir. Ev heyvanlarını mütəmadi həkimə aparmaq, peyvəndlərini vurdurmaq əsas şərtlərdəndir. Ancaq ev heyvanlarına qulluq zamanı bəzi tədbirləri əldən verməmə

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Polipin təbii yolla müalicəsi mümkündür?

Poliplər, insan vücudunun müxtəlif nahiyələrində yaranan kiçik və böyük ölçüdə olan şişliklərdir. Əksər zaman xoşxassəli olurlar. Adətən dərhal hiss edilməz və görünməyi zaman alar. Bəzən isə başqa bir yoxlanış zamanı üz

Ürək ağrısının əlamətləri

Ürək-damar xəstəlikləri hər il ölümlərin ən geniş yayılan səbəblərindəndir. Bu xəstəliklərə yol açan faktorlar mövcuddur. Urek-damar xesteliklerinin sebebleri. təqdim edir:. Duzlu və şəkərli, həddindən çox yağlı qidaları

Qaraciyərdə ləkə nədir?

Qaraciyərdə ləkə görüntülənmə üsullarıyla edilən müayinələrdə müəyyənləşən, qaraciyərin normal qismlərindən fərqli görünən sahələri ifadə edər. xəbər verir ki, bu ləkələr əksər zaman müəyyən səbəblərə bağlı olaraq ortay

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Ayaq dırnağı xəstəlikləri

Dırnaq problemləri son zamanlar geniş formada yayılıb. məlumat verir ki, bunun bir çox səbəbləri mövcuddur. Bes ayaq dirnaq xestelikleri nelerdir?. Dırnaqların batması – Çox görülən problemlərdən biridir. Buna, dırnaqlar

Herpesin müalicəsi

Herpes virusu insanlarda tez-tez görülən və adətən ağrılı lezyonlara yol açan bir virus ailəsinin üzvlərini əhatə edən termindir. Bu virus ailəsi xüsusilə herpes simpleks virusu 1 və herpes simpleks virusu 2 olmaq üzrə ik

Böyrək soyuqlaması nədir?

Böyrək soyuqlaması nedir?. Böyrək iltihabı geniş yayılmış problemlər sırasında yer alır. xəbər verir ki, bu hala böyrək soyuqlaması, soyuqdəyməsi kimi ifadələr də deyilir. Uşaqlar və böyüklərdə də yarana bilər. Bir sıra əlamətlərl


masaj yuxuda tecili yardim tecili tibbi yardim cinsi xestelikler sekis
masaj
is elanlari