Soyuq aylar hansı dəri xəstəlikləri riskini artırır?

Soyuq aylar hansı dəri xəstəlikləri riskini artırır?Qış mövsümündə havaların soyuması, külək, hava kirliliyi, qapalı ortamlarda daha çox zaman keçirmə, daha az su içilməsi kimi faktorlar dəridə quruluğun artmasına, dəri xəstəliklərinin inkişafına və ya artmasına səbəb olur. Qış aylarında dərinizi təhdid edən digər faktor isə stresdir. Günəşin qış aylarında üzünü daha az göstərməsi depressiv duyğu hissini artırır. Bu səbəbdən streslə zəmin yaradılan dəri xəstəliklərinin də görülmə sıxlığı artır.

Bəs soyuğa məruz qalmaq hansı dəri xəstəliklərini artırır?

Doktorinfo.az məlumat verir ki, havaların soyuması ilə ekzemalarda artım müşahidə edilir. Tez-tez əl yumaq, kimyəvi maddələrlə təmas, açıq havada çalışmaq əllərdə quruma, çatlama, qaşıntı və ekzemalara səbəb olur. Bu problemlər bəzi vəziyyətlərdə şiddətli dereceye qədər çatsa da şəxsin gündəlik yaşayışına mənfi təsir göstərə bilər. Bu vəziyyətdə xəstələrə əllərini yuyarkən qurutmayan sabunlardan, təmizləyicilərdən istifadə tövsiyə edilir. Gerekdiyi zaman ağız və lokal dərman müalicəsinə başlanılır. Soyuq havalarda isə əlcəklərdən istifadə tövsiyə edilir.

Ortamda azalmış nəm sədəf xəstəliyinə də zəmin yaradır.
Soyuq aylar hansı dəri xəstəlikləri riskini artırır?Sədəf xroniki dəri xəstəliyidir. Streslə birlikdə artış göstərir. Qışın gəlməsi ilə birlikdə tez-tez təkrarlayan infeksiyalar səbəbiylə şiddətini artırır. Dərinin quruluğu ilə birlikdə sarsıntı şikayəti artır. Bu vəziyyət isə sədəf xəstələrinin normal müalicələrinə əlavə olaraq gün ərzində təxminən 15-20 dəqiqə açıq havada gəzməsi, qidalanmasına diqqət etmələri tövsiyə edilir. Həmçinin yaranan quruluqlar üçün bol-bol nəmləndirici istifadəsi gərəklidir.

Seboreik dermatit (Yağlı ekzema)

Üz, bel, sinə ortası, saçlı dəri kimi vücudun yağlı nahiyələrində görülən qırmızı zemində yağlı sarı qabıqlarla artan dəri xəstəliyidir. Mövsümünə görə fərqlilik göstərə bilər. Adətən yazda yüngülləşib, qışda artım müşahidə edilir. Uzun müddət isti duş qəbulu, nəmin azalması xəstəliyin artmasına səbəb olur. Xəstələrin tətbiq olunan müalicələrinə qışda daha diqqətlə yanaşmaları tövsiyə edilir. Verilən təmizləyicilərlə edilən duş qəbulu sonrası nəmləndiricilər istifadə edilməlidir.

Qaşıntı və quruluq digər problemlərdən biridir.
Soyuq aylar hansı dəri xəstəlikləri riskini artırır?Qaşıntı bir daxili xəstəliyin əlaməti ola biləcəyi kimi tək başına sağlamlıq problem də ola bilər və bütün vücuda təsir göstərir. Adətən qışda artan qaşıntıların əsas səbəbi quruluqdur. Havadakı nemin azalmış olması, isti su ilə edilən duş qəbulları, stresin artması, təmizləyici olaraq istifadə edilən məhsullar qaşıntını artırır. Xəstələrə tez-tez və isti su ilə duş qəbul etəməmələri tövsiyə edilir. Hər duş qəbulundan sonra nəmləndirici istifade edilməlidir. Bol su içilməli, ədviyyatlı qidalardan qaçınılmalıdır. Həmçinin hamam və saunalar tövsiyə edilmir.

Qışda soyuğa məruz qalmaq nəticəsində əl, ayaq, burun, qulaqlarda həddindən çox damar sıxışmaları meydana gəlir. Buna bağlı olaraq bu nahiyələrdə göyərmə, soyuma, ağrı, ödəm görülür. Bu vəziyyət açıq havada uzun müddət qalanlarda, soyuq məkanlarda çalışanlarda, vücudu əhatə edən dar geyimlər geyinənlərdə görülür. Müalicədə o nahiyenin isidilməsi, siqaretin azaldılması və ya kəsilməsi soyuqdan qorunmaq üçün qalın corab və əlcək istifadəsi tövsiyə edilir.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 27 noyabr 2023

Oxşar xəbərlər

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim goz hekimi hamilelik testi
masaj
is elanlari