Son yoluxmaların 90 faizi... - İnfeksionist

Son yoluxmaların 90 faizi... - İnfeksionistAzərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayının artması əsasən Omikron ştammı ilə əlaqədardır.
Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov nazirliyin İnstaqram hesabında COVİD-19 mövzusunda çıxışı zamanı deyib.
"Həmin ştammın yoluxduruculuğunun yüksək olması nəticəsində xəstələrin yaxın təmasda olduğu, demək olar ki, hər kəs koronavirusla xəstələnir. Lakin müsbət haldır ki, Omikron ştammının inkubasiya dövrü əvvəlkilərlə müqayisədə daha az, adətən, 1-3 gündür", - həkim-infeksionist vurğulayıb.
T.Eyvazov bildirib ki, son yoluxmaların 90 faizinin əlamətləri Omikron ştammı ilə üst-üstə düşdüyünə görə xüsusi yoxlamalara ehtiyac duyulmur:
"Ona görə də demək olar ki, son yoluxmaların 90 faizi Omikronla əlaqəlidir. Lakin xəstəlik yüngül keçdiyinə görə xəstəxanalara yatışların sayı çox deyil. Ambulator müalicə alan xəstələrin sayı isə çoxalıb. Xəstəlik yüngül keçsə də, yoluxmaların sayının artması müvafiq olaraq səhiyyə yükünün də müəyyən qədər artmasına gətirib çıxarıb".
Həkim-mütəxəssisin dediyinə görə, hazırda ölkədə uşaqların Omikron ştammı ilə yoluxması barədə rəsmi statistik göstərici yoxdur:
"Dünya təcrübəsinə əsasən isə uşaqlar arasında Omikrona yoluxma Deltaya nisbətən daha çoxdur. Uşaqlar da yeni ştammı böyüklərlə, demək olar ki, eyni keçirir, lakin xəstəliyin əlamətləri nisbətən daha yüngül olur. Bir müddətdir ki, ölkədə uşaqlar arasında yayılmış infeksiyaların hər birini COVID-19-la əlaqələndirmək olmaz. Onların əksəriyyəti fəsli virus infeksiyaları idi".


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir

Smeqma nədir?

Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Dil uyuşması nə üçün olur?

Dil uyuşması nedir?. Dildə meydana gələn uyuşma ilə birlikdə hissizlik vəziyyəti dil uyuşması olaraq ifadə edilə bilər. Bu vəziyyətə eyni zamanda dildə qarışqalanma adı da verilə bilər. xəbər verir ki, bəzən keçici bir vəziyyət

Ən yaxşı neyrocərrah kimdir?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan tibb sahesidir. xəbər verir ki, sinir sistemi beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtükdür. Bununla yüksə

Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə


masaj yuxuda boyrek agrisi bogaz agrisi sekis qarin agrisi
masaj
is elanlari