"Şokolad kisti" nədir?

"Şokolad kisti" nədir?Endometriosis başqa adla "Şokolad kisti", rəhm içi toxumasının başqa nahiyələrdə, yumurtalıqlarda yerləşməsi nəticəsində yaranır. Bu kistlərin quruluşu eynən rəhm iç toxumasının quruluşu kimidir və menstruasiya zamanı qanaxma baş verər. Kistlərin içində meydana gələn bu qanaxmalar zamanla toplanaraq qəhvəyi rəngli bir maye yaradırlar. Bu səbəblə bu kistlərə şokolad kistləri deyilir.

Səbəbləri tam olaraq bilinmir, genetik faktorun daha təsirli olması zənn edilir. Bundan əlavə ətraf faktorların, immunitet sisteminin də təsir etdiyi düşünülür. Hamilə qala bilməyən qadınların 30-40%-də görülən bu narahatçılığın müalicədən sonra təkrar etmək ehtimalı olduqca yüksəkdir.

Əlamətləri ağırlıq dərəcəsinə görə şəxsdən şəxsə dəyişir. Bəzən heç bir əlamət vermədən inkişaf edə bilər, bəzən də təsadüfən təsbit edilə bilər.
Geniş yayılan əlamətləri təqdim edirik:
"Şokolad kisti" nədir?Menstruasiya ağrıları

Bu əsnada qəbizlik və ya ishal

Menstruasiya zaman bel ağrısı və vaxtında olmaması

Ağrılı cinsi münasibət

Hamilə qala bilməmə

Qadınların həyatına olduqca ciddi təsir edən qadın xəstəliklərindən olan şokolad kisti, şiddətli menstruasiya ağrılarına və cinsi münasibət əsnasında ağrılara səbəb olurlar. Fallop borularının tıxanmasına, funksiyalarının pozulmasına və yumurtalaın rəhm daxilinə yerləşməsinə maneə olaraq sonsuzluğa səbəb olurlar. Həmçinin bu kistlər adətən xoşxassəlidir və xərçəngə səbəb olmazlar.

Şokolad kistində xəstələr adətən hiss etdikləri narahatçılıqlarla ginekoloji müayinə üçün ginekoloqa müraciət edirlər.

Bu narahatçılıqlar hansılardır?
"Şokolad kisti" nədir?Qarnın alt nahiyəsində xronik pelvik ağrılar

Şiddətli menstruasiya ağrıları

Cinsi münasibət zamanı yaranan ağrı

Xəstəliyin diaqnozu, ginekoloji müayinə, USM müayinəsi, qan analizləri ilə qoyula bilsə də dəqiqlik üçün patoloji nəticələr yoxlanılmalıdır.

Hələ bu xəstəliyi tamamilə müalicə edən üsul inkişaf etdirilməyib. Ağrılardan şikayətçi olan xəstələrdə dərman, hormonal müalicə tətbiq edilə bilər.
Əgər ağrılar uzunmüddətli və şiddətli olarsa cərrahi müdaxiləyə ehtiyac görülə bilər. Bu zaman əməliyyat laparoskopik üsulla edilir.

Qeyd edək ki, belə kistlər müalicəyə baxmayaraq təkrarlaya bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 18 sentyabr 2023

Oxşar xəbərlər

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Masajın əzələ ağrılarını azaltmaqda rolu hansılardı ?

Əzələ ağrıları həyat keyfiyyətini aşağı salan və fəaliyyətləri məhdudlaşdıran əsas problemlərdən biridir. İstər fiziki fəaliyyət sonrası yaranan yorğunluq, istərsə də stressə bağlı əzələ gərginlikləri zamanla narahatlıq v

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir


masaj yuxuda mede agrisi bogaz agrisi tecili yardim boyrek agrisi
masaj
is elanlari