Serebral iflic xəstəliyi nədir?

Serebral iflic xəstəliyi nədir?Serebral iflic, yəni beyin iflici insan vücudundakı əzələlərin hərəkətlərinə və ya vücudun duruşuna təsir edən bir qrup fiziki əngəl vəziyyətinə verilən addır. Serebral iflic əksər zaman doğuşdan öncə tam formalaşmamış beyinin inkişafı sırasında meydana gələn zədələnmədən qaynaqlanır.

Bu səbəbdən serebral iflicin əlamət və simptomları körpəlikdə və ya məktəb öncəsi illərdə ortaya çıxır. Adətən hərəkət pozğunluqları və bunlarla əlaqəli olaraq anormal reflekslərə, üzvlərin sərtliyinə, düzgün olmayan davranışlarla özünü biruzə verir.

Serebral iflic keçirən şəxslər udqunma problemləri yaşaya bilərlər və adətən göz əzələlərindəki natarazlıq səbəbiylə gözlərini eyni əşyaya doğru yönəltməkdən çətinlik çəkə bilərlər. Əzələlərdəki qıcolmaların sərtliyi səbəbiylə şəxsin vücudunun müxtəlif oynaqlarında hərəkət azlığı müşahidə edilə bilər.

Serebral iflicin gündəlik fəaliyyətlər üzərindəki təsiri şəxsdən- şəxsə görə fərqlilik göstərir. Bəzi xəstəliklərdə şəxsin normal yeriməsi mümkün olduğu halda, digər xəstələrdə yardıma ehtiyac duyula bilər. Zehni inkişaf da həmçinin şəxsdən-şəxsə görə dəyişir. Belə xəstələrdə eyni zamanda epilepsiya, görmə, eşitmə qüsuru müşahidə edilə bilər.
Serebral iflic xəstəliyi nədir?Serebral iflic nə üçün baş verir?

Serebral iflic, əksər zaman uşaq dünyaya gəlmədən öncə beyin inkişafında ortaya çıxan anormallıq və ya pozulma nəticəsində meydana gələn zədələnmədən qaynaqlanır. Bir çox xəstələrdə zədələnmənin səbəbi tamamilə bilinmir. Beyin inkişafı ilə bağlı bir çox problemlərə yol aça biləcək müxtəlif faktorlar mövcuddur.

Bunlar nə ola bilər?

Anada mövcud olan infeksiyaların dölə keçməsi

Qəza və ya yıxılma nəticəsində yaranan beyin travması

Beyinə gedən qan dövranında pozulma

Yeni doğulan uşaqda beyin qanaxması

Beyinə gedən oksigendə əksiklik
Serebral iflic xəstəliyi nədir?Bunlarla birlikdə bir sıra faktorlar serebral iflic riskini artıra bilər. Hamiləlik zamanı keçirilən ağır infeksiyalar uşağın sinir sisteminə təsir göstərərək anadan uşağa keçə bilər. Bununla yanaşı bu riski artıran faktorlardan biri tiroid problemləri, civə toksinlərinə məruz qalmaq yer alır.

Müxtəlif uşaq xəstəlikləri də yeni doğulmuş körpədə serebral iflic riskini böyük ölçüdə artıra bilər. Bakterial meningit infeksiyası beyni və onurğa iliyini əhatə edən hissələrdə iltihablara səbəb ola bilər.

Bəs serebral iflicin əlamətləri nələrdir?

Udqunma problemləri

Ayaq barmaqları üzərində yerimə çətinlikləri

Tarazlıq əksikliyi

Süd əmmə zamanı çətinlik

Həvalə, titrəmə

Nitqdə gecikmələr, danışmaqda çətinlik

Öyrənmə problemləri

Oturma, iməkləmə kimi bacarıqların itirilməsi

İstənilmədən yaranan hərəkətlər

Diaqnozu
Serebral iflic xəstəliyi nədir?Körpəlikdə yaranan əlamətlər zaman keçdikcə daha çox şiddətlənir. Həkim bu xəstəlikdən şübhələnirsə uşağın tibbi keçmişini izləyərək fiziki müayinə edir. Bu zaman pediatrla yanaşı, nevroloq, psixiatr müayinəsinə ehtiyac duyulur. Müəyyən analizlər götürülür. Beyin MRT-i, EEG ətraflı nəzərdən keçirilir.

Müalicə isə xəstənin simptomlarına uyğun və xəstəliyin dərinliyinə uyğun edilir. Yaranma səbəbindən asılı olaraq bir neçə dəfə əməliyyata da ehtiyac duyula bilər. Uzunmüddətli və səbr tələb edən xəstəlikdir. Müalicə ilə yanaşı xəstəyə terapiyalar da tətbiq edilir, eyni zamanda xəstə idman hərəkətləri ilə məşğul olur. Çünki əzələ boşluqları çox olduğundan xəstə ayaqları üzərində durma bacarığına sahib olmur. Tək dərman müalicəsi bu xəstəlik üçün kifayət deyil.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 23 avqust 2023

Oxşar xəbərlər

Travma nədir?

Travma, şəxsin nəzarəti xaricində stresli, qorxuducu, həlli çətin olan və ya hadisələr yaşanması duyğusal və fiziki yaralanma vəziyyətidir. xəbər verir ki, fiziki və duyğusal olmaq üzrə ikiyə ayrılan travmalar şəxsin üzərind

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Skafoid sınığı nədir?

Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Lavanda yağının faydaları və zərərləri

Lavanda yağı, terapiyalarda tez-tez istifadə edilən əsas yağlardan biridir. xəbər verir ki, stress azaldıcı, rahatlaşdırıcı xüsusiyyəti vardır. İnsana fiziki, psixoloji təsir bağışlayır. Bunlarla yanaşı yuxusuzluq, ekzema

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v


masaj yuxuda bogaz agrisi tecili tibbi yardim goz hekimi hamilelik testi
masaj
is elanlari