Səhiyyə Nazirliyi valideynlərə ÇAĞIRIŞ ETDİ

Səhiyyə Nazirliyi valideynlərə ÇAĞIRIŞ ETDİ"Nəinki yay və ya qışda, eləcə də bütün mövsümlərdə uşaqların sağlam və düzgün qidalanması şərtdir".
KONKRET.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev yay aylarında uşaqların qidalanması ilə bağlı danışarkən deyib.
O bildirib ki, yay aylarında qidaların hansı şərait və qaydada saxlanmasına diqqət etmək lazımdır: "Çünki yay mövsümündə bəzi qidaların, xüsusilə də "fast food", kremli qidalar, göbələk məhsullarının saxlanma şəraitinə ciddi fikir verilməlidir. Bu qidaları uşaqlara vermək olmaz".
"Hər zaman bildiririk ki, artıq yemək qəbulu orqanizm üçün zərərlidir. Yay aylarında havaların isti keçməsi səbəbindən iştahsızlığın olması normaldır. Ona görə də yüngül həzm edilən qidalara üstünlük verilməlidir ki, bura qatıq, ayran, tərəvəz və züllallı qidalar daxildir. Yay mövsümündə çəki itkisinin olması da təbiidir. Patoloji çəki itkisi hər hansı xəstəliyin göstəricisi demək deyil. Bu sadəcə mövsümlə əlaqəlidir. Uşaqlara əlavə iştah artırıcı və ya vitamin verməyə ehtiyac yoxdur", – Ə.Quliyev əlavə edib.
Mütəxəssis xatırladıb ki, körpələr ilk 6 ayında heç bir əlavə qida olmadan ana südü ilə qidalanmalıdır: "Bəzən valideynlər 6-7 aydan başlayaraq uşağına ət verməyə tələsirlər. Nəzərə almaq lazımdır ki, həmin dövrdə körpənin həzm sistemi buna imkan vermir. Uşağın inkişafının sürətli getdiyi dövrdə şirniyyatlardan istifadə edilməsin".


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 iyul 2023

Oxşar xəbərlər

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Hemoliz nədir?

Hemoliz nedir?. xəbər verir ki, hemoliz, eritrositlər olaraq bilinən qırmızı qan hüceyrələrinin böyük ölçüdə parçalanması nəticəsində oksigen daşıyan hemoqlabinin proteinin sərbəst qalmasıdır. Çox az qırmızı qan hüceyrəs

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Diqqət əksikliyi sindromu

Diqqət əksikliyi nedir?. Mental pozğunluq kimi xarakterizə edilə hal diqqət əksikliyi və hiperaktiv pozğunluqdur. xəbər verir ki, diqqət əksikliyi pozğunluğu, bu sindromdan fərqli bir pozğunluq deyil, eyni sindromun hiperaktivliyi

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq


masaj yuxuda tecili tibbi yardim bogaz agrisi cinsi xestelikler tecili yardim
masaj
is elanlari