Səhər yeməmək xərçəngə tutulma riskini artırır
Səhər yeməyini tez-tez atlamaq ümumi orqanizmə mənfi təsir göstərir və hətta xroniki xəstəliklərin inkişaf riskini artırır. Xüsusilə, uzun müddət səhər yeməyinin olmamasının xərçəng və ürək xəstəlikləri riskini artıra biləcəyi sübut edilib.
Milli.Az lent.az-a istinadən bildirir ki, Sinay dağındakı İcahn Tibb Məktəbinin alimləri iki qrup siçan üzərində təcrübə apararaq səhər yeməməyin təhlükəsini sübut edə biliblər.
Tədqiqatçılar birinci qrupa oyandıqdan dərhal sonra doyumlu səhər yeməyi veriblər, ikinci qrupa isə - yalnız su. Uzun müddətdir ki, hər səhər alimlər yuxudan oyandıqdan sonra heyvanların qan nümunələrini təhlil edir, həmçinin dörd və səkkiz saatdan sonra nəzarət ölçmələri aparırıblar.
Təcrübə zamanı məlum olub ki, səhərlər yalnız su içən siçanlarda monositlərin sayı azalıb. Bunlar xərçəng, patogenlər və iltihab reaksiyaları ilə mübarizədə mühüm rol oynayan hüceyrələrdir. Qaçırılan səhər yeməyindən dörd saat sonra, monositlərin 90% -i qan dövranından yoxa çıxıb və səkkiz saatdan sonra demək olar ki, yox olub. Alimlərin dediyinə görə, səhər tezdən aclıq beyində stress reaksiyası yaradır ki, bu da monositlərin sümük iliyinə miqrasiyasına səbəb olub və burada onlar qeyri-aktiv vəziyyətə düşüblər.
Artıq 24 saatdan sonra, heyvanlara yemək verildikdə, monositlər qayıtmağa başlayıb, lakin onların qəfil dönüşü bədənə mənfi təsir göstərib. Xüsusilə, siçanlar yoluxucu xəstəliklərə qarşı müqaviməti zəiflədən və ürək problemləri riskini artıran iltihab əlamətlərini büruzə verib.
Bu baxımdan alimlər və həkimlər səhər yeməyinin əhəmiyyətini bir daha xatırladır və səhər yeməyi üçün sağlam, doyurucu qidalar seçməyə çağırırlar. İdeal olaraq, səhər yeməyini yuxudan oyandıqdan sonra ilk 45 dəqiqə ərzində yeməlisiniz ki, vücudunuz ən çox fayda əldə edəcək.
Milli.Az
DOKTORINFO.AZ Hərbi xidmətə yararsız xəstəliklər
Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd
Skafoid sınığı nədir?
Skafoid sınığı, əl biləyinin ön qismində yer alan, əl biləyinin hərəkət qabiliyyəti və genişlikdə rolu olan skafoid sümüyünün qırılmasıdır. xəbər verir ki, baş barmaqda ciddi ağrıya səbəb ola bilər. Adətən əlin üzərinə düşülməs
Stresi azaltmağın ən təbii yolu Masaj haqqında
İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma
Asqırmağın faydaları və zərərləri
Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall
Masajın əzələ ağrılarını azaltmaqda rolu hansılardı ?
Əzələ ağrıları həyat keyfiyyətini aşağı salan və fəaliyyətləri məhdudlaşdıran əsas problemlərdən biridir. İstər fiziki fəaliyyət sonrası yaranan yorğunluq, istərsə də stressə bağlı əzələ gərginlikləri zamanla narahatlıq v
Ən yaxşı D vitamini necə seçək?
Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq
Uşaqlarda boğaz ağrısı və qızdırma
Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede
Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?
Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma
Hansı yataq daha təhlükəlidir?
İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir