Sədəf xəstəliyinin simptomları və müalicəsi

Sədəf xəstəliyinin simptomları və müalicəsiSədəf xəstəliyi olaraq bilinən psoriaz, xronik tərkibli və birdəfəlik müalicəsi olmayan xəstəlikdir. Bütün dünyada 1-3% qədər görünür. Adətən 30 yaşda başlasa da doğuşdan etibarən hər yaşda ortaya çıxa bilər. Baş verənlərin 30%-da genetik faktor rol oynayır. Sədəf xəstəliyində dəridəki hüceyrələr tərəfindən müxtəlif antigenlər yaradılır. Bu antigenlər immunitet sisteminin aktiv olmasında rol oynayır. Aktiv immunitet hüceyrələri təkrar dəriyə geri dönər və dəridə hüceyrə çoxalması, buna bağlı sədəf xəstəliyinə məxsus plakların yaradılmasına səbəb olur. Sədəf xəstəliyi, vücudun öz toxumalarına qarşı inkişaf etdiyi xəstəlikdir.

Sədəf xəstəliyi, vücudun öz toxumalarına qarşı inkişaf etdirdiyi xəstəlikdir. Otoimmun xəstəlik hesab edilir. Lezyonlar, başda oynaq nahiyələrində olmaq üzrə xəstənin əl, ayaq ya da üz dərisində meydana çıxa bilər.

Sədəf xəstəliyi nədən olur?

Sədəf xəstəliyinin altında yatan əsas səbəb bilinmir. Son edilən araşdırmalara əsasən genetik və immunitet sistemi ilə əlaqədar faktorlar xəstəliyin inkişafında rol oynayır.

Sədəf xəstəliyi yoluxucudur?

Hər kəsdə görülə bilsə də yoluxuculuğu yoxdur. Ancaq genetik faktor burada rol oynayır. Yaxın ailədən birinin bu xəstəliyə tutulması digər şəxsin tutulma riskini artırır. Genetik keçişli psoriaz, risk qrupundakı şəxslərin təxminən 10%-də təsbit edilir. Belə ki, dəridə qan damarlarında genişləmə, hüceyrə dövriyyəsinin sürətlənməsi və kəpəklənmə, pullanmalar meydana çıxa bilər.
Sədəf xəstəliyinin simptomları və müalicəsiXəstəliyin özlüyündə sağalma ehtimalı aşağıdır. Stress, spirtli içkilər, virus, bakteriyal infeksiyalar xəstəliyin artmasına yol aça bilər. Tütündən istifadə də xəstəliyi şiddətləndirən faktorlardandır.

Xəstəliyin əsas əlamətlərindən biri qaşıntıdır. Üşümək, titrəmə, vücud istiliyini tənzimləməkdə çətinlik yarana bilər. Əlamətlər vücudun hər nahiyəsində görülə bilər. Dırnaqlarda sədəf xəstəliyi olduqda çuxurlar, sarı, qəhvəyi rəng dəyişimi, dırnaq qalınlaşması ola bilər. Növlərinə görə fərqlilik göstərə bilər.

Laylı psoriaz – Bu zaman ağrılı və qaşıntılı lezyonlar meydana çıxa bilər.

Psoriatik Artrit – Olduqca ağrılıdır. Sədəf xəstələrinin təxminən 3-də 1-nin təsirləndiyi revmatoloji xəstəlikdir. Öz daxilində 5 fərqli alt qrupu mövcuddur. Birdəfəlik müalicə sxemi yoxdur. Bu xəstəlik oynaq tutulmaları ilə seyr edilərsə diaqnozu dəqiqləşdirmək çətinləşər. Əgər dəridə şişlik yaranarsa bunu təyin etmək daha asan olar.
Təməli otoimmun xəstəlik olan sədəf xəstələrində psoriatik artrit, immun sisteminin dəri ilə birlikdə oynaqları da hədəf almasından sonra meydana gəlir. Xüsusilə də əl oynaqlarına ağır formada təsir edir.

Püstülər Psoriasis - Sədəf xəstəliyinin ən ağır formalarından biridir. Bu zaman qırmızı rəngli səpkilər, şişkinliklər yarana bilir. Vücudun bir çox hissəsində meydana çıxa bilər. Yaranan lezyonlar, bəyaz rəngli və içi iltihab dolu qabarcıqlar formasındadır.

Dırnaq psoriaz – Ancaq dırnaq hissəsində meydana gəlir. Bu zaman qalınlaşma, rəng dəyişkənliyi meydana çıxa bilər.

Diaqnoz necə qoyulur?

Adətən dəri lezyonlarına əsasən diaqnoz qoyulur. Ailədə başqa birinin bu hal yaşaması diaqnozun qoyulmasına kömək olur. Fiziki müayinə diaqnozun qoyulmasına kifayət edəcəkdir. Əgər ehtiyac olarsa dəri biopsiyası edilə bilər.

Bundan əlavə müxtəlif analizlər tələb edilə bilər. Qanın ümumi analizi, hepatit və s.kimi yoxlamalara ehtiyac ola bilər.

Müalicəsi necə aparılır?
Sədəf xəstəliyinin simptomları və müalicəsiBir çox üsul mövcuddur. Bu üsullardan bəziləri dəri üzərində hüceyrələrin böyüməsini yavaşladır. Bəziləri isə qaşıntıya və qızarıqlığa faydalıdır. Bu, xəstənin vəziyyətinə, yaşına, tibbi keçmişinə, xəstəliyin növünə uyğun təyin edilir. Xəstəliyin müalicəsi zamanı steroid kremlər, quru dəri üçün nəmləndiricilər, lasyonlar, köpüklərdən istifadə edilə bilər.
Sümük iliyi və qaraciyər ilə ağciyər problemlərinə yol aça biləcəyi üçün ağır vəziyyətlərdə daha fərqli müalicə üsulundan istifadə edilə bilər. Bu növ dərmanları həkim təyin edir. Bunlarla yanaşı sədəf xəstəliyi zamanı iltihablanmağı nəzarət altına ala bilmək üçün vücudun immunitet sistemi gücləndirilir.

Həmçinin xəstəliyin növü və şiddətindən asılı olaraq fototerapiyadan istifadə edilə bilər. Bu, ültrabənövşəyi şüaların tətbiq edilməsidir. Əgər xəstəlik yenidən qayıdarsa bu zaman bu üsula müraciət olunur.

Qeyd edək ki, belə xəstələr kədərdən, problemdən uzaq durmalı, dərini yaxşı nəmləndirməli, qaşıntı zamanı mümkün qədər qaşımamalıdır. Bununla birlikdə düzgün qidalar qəbul edilməlidir. Əks halda allergiya yaradan qidalar mənfi təsir göstərə bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 avqust 2023

Oxşar xəbərlər

Hansı yataq daha təhlükəlidir?

İnsan sağlamlığında qidalanma ilə yanaşı həyat tərzi də vacibdir. Məsələn, yaşadığınız məkan, şərait, yatdığınız yer belə. xəbər verir ki, aparılan araşdırmalara görə, matraslar yun döşəklərlə müqayisədə daha təhlükəlidir

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

Qol ağrısının səbəbləri və müalicəsi

Qol ağrısı bir çox səbəblərlə meydana çıxan narahatçılıqdır. Bir anda başlayaraq zamanla keçə bilən və ya eyni zamanda davam edə bilən vəziyyətdir. xəbər verir ki, yazı yazma, alətlərlə məşğul olmaq, ağır əşya qaldırma v

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Ən yaxşı proktoloq kimdir?

Proktologiya yoğun bağırsaq xəstəliklərini öyrənən tibb sahəsidir. xəbər verir ki, proktoloq həkimlər düz bağırsaq xəstəliklərindən əlavə anal və anorektal zonaların patologiyaları ilə də məşğul olur. Bu ixtisas sahiblər

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Masajın əzələ ağrılarını azaltmaqda rolu hansılardı ?

Əzələ ağrıları həyat keyfiyyətini aşağı salan və fəaliyyətləri məhdudlaşdıran əsas problemlərdən biridir. İstər fiziki fəaliyyət sonrası yaranan yorğunluq, istərsə də stressə bağlı əzələ gərginlikləri zamanla narahatlıq v


masaj yuxuda tecili yardim boyrek agrisi goz hekimi mede agrisi
masaj
is elanlari