Reflüks xəstəliyinin əlamətləri

Reflüks xəstəliyinin əlamətləriBir çox insan yemək yedikdən sonra həzmsizlik, şişkinlik, qida borusunda yanma kimi şikayətlər yaşayır.

Doktorinfo.az xəbər verir ki, bu hal bəzi insanlar üçün keçici olur və tez zamanda düzəlir. Qadınlar arasında daha çox yayılıb. Reflüks, mədə möhtəviyyatının qida borusuna geri axması və bununla da onu zədələməsidir. Yaşayış tərzinə mənfi təsir göstərir.

Reflüks xəstəliyinin səbəbləri

Səbəb olan ən vacib faktorlar:

Zədələnən qida borusu,

Piylənmə,

Dərmanlar,

Hormonlar,

Müxtəlif yağlı qidalar,

Siqaret tüstüsü,

Genetik faktorlar.

Reflüks xəstəliyi ağıza gələn acı dad hissi ilə özünü biruzə verir. Tipik və atipik simptomlar olmaq üzrə iki hissəyə ayrılır.
Reflüks xəstəliyinin əlamətləriReflüks xesteliyinin elametleri:

Mədədə yanma

Turşuluq

Yeyilən qidaların ağızda acı dadması

Atipik reflüks isə adətən qulaq-burun-boğaz xəstəlikləri ilə qarışdırılır. Ən çox görülən atipik reflüks əlamətləri isə sinüzit, quru öskürək, ağız qoxusu, səsdə kəsilmə və ya diş çürüməsidir.

Reflüks xəstəliyi adətən döş qəfəsi ağrılarına səbəb olduğu üçün ürək və ya döş qəfəsi xəstəlikləri ilə tez-tez qarışdırılır.
Qeyd edək ki, reflüks, bir çox xəstəliyə səbəb ola bilər. Məsələn, faringitin ən çox yayılan səbəblərindən biri reflüksdür.

Reflüks xəstəliyi uşaqlarda da görülür, ancaq xüsusilə ilk altı ayda ortaya çıxan fizioloji reflüksü, bu xəstəlikdən ayırmaq lazımdır. Uşaq yaşlarında qusma fizioloji haldır. Əgər uşaq lazımi çəkini almırsa, qusma halları artırsa, yeməyi rədd edirsə reflüks xəstəliyindən şübhələnmək olar.

Diaqnoz necə qoyulur?

Bunun üçün fiziki müayinə edilməli və tibbi keçmiş araşdırılmalıdır. Müayinə zamanı boy, çəki indeksi yoxlanılır. Həmçinin qan analizi ilə anemiyanın olub-olmadığı öyrənilir. Əgər həkim gərək duyarsa mədə endoskopi olunaraq yoxlanılır.
Reflüks xəstəliyinin əlamətləriReflüksün müalicəsi necə edilir?

Adətən yaşayış tərzi dəyişdirilir. Məsələn, yemək yedikdən sonra uzanmamaq, az-az, tez-tez yemək, qazlı və spirtli içkilərdən uzaq durmaq tövsiyə edilir.
Bundan əlavə həkimin tövsiyəsi əsasında qida borusu və mədənin düzgün fəaliyyətini təmin edəcək dərmanlar qəbul edilməlidir.

Reflüks xəstəliyinə nələr müsbət təsir göstərir?

Reflüks şikayətlərini azaltmaq və ya reflü olmamaq üçün uzun müddət ac qalınmamalıdır.

Yeməklər yaxşı çeynənilməli, az miqdarda yeyilməlidir.

Maye qəbulu yeməklərlə birlikdə deyil, qida qəbulundan yarım saat öncə və ya sonra olmalıdır.

Son yemək, gecə yatmazdan ən az iki saat öncə bitməlidir. Tox qarnına yatılmamalıdır. Çünki tox qarına yatan zaman reflüks şiddətli formada artır.

Yastıq 10-15 sm yüksəkliyində olmalıdır.

Bel və qarın nahiyəsini sıxmayan paltarlar geyilməlidir.

Mədəni sıxan kəmərlər və digər dar paltarlar reflüksü artırar.

Vücud ideal çəkidə olmalı, piylənmə olmamalıdır.

Stresli həyatdan uzaq durmaqda fayda vardır. Bütün xəstəliklər kimi reflüksü də kəskinləşdirə bilər.
Reflüks xəstəliyinin əlamətləriReflüksü olan insanların qidalanmaları

Ədviyyatlı qidalar reflüksün şiddətini artıra bilər. Bunun üçün bu növ qidalardan az istifadə etmək lazımdır.

Siqaretdən istifadədən imtina edilməlidir.

Qəhvə də bu halın artmasına səbəb ola bilər. Yaşıl, qara çay da miqdarında istifadə edilməlidir.

Yağlı qidalar və qızartmalar mədə asitinin artmasına səbəb olur.

Marqarin kimi trans yağlar mədə üçün olduqca təhlükəlidir.

Turşular da reflüksü artıra bilər.

Belə qidaların arasında şirniyyarı da qeyd etmək lazımdır.

Hamiləlikdə reflüks

Tez-tez qarşılaşılan xəstəliklərin öncəsində gəlir.
Hormonal pozuntunun olması, dölün böyüməsi nəticəsində mədəyə təzyiq artır. Hamilə qadınların qəhvə, şokolad, mayalı xəmirlər, yağlı qidalardan uzaq durması tövsiyə edilir.

Reflüks ilə qastritin arasındakı fərq nədir?

Reflüks xəstəliyi qidalanma vərdişlərinə, mədə yırtığı ilə bağlı olaraq yarana bilər. Qastrit xəstəliyinə əksər zaman nəzarətsiz istifadə edilən dərmanlar, ağrıkəsicilər səbəb olur. Dərmanlardan çox istifadə edilərsə mədə divarında pozulma, zədələnmə və ya iltihab müşahidə edilə bilər.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 21 iyun 2024

Oxşar xəbərlər

Viral infeksiyalar nədir?

Viral infeksiyalar, virus adı verilən mikroskopik orqanizmlərin vücuda yoluxması nəticəsində ortaya çıxan infeksiyalardır. Bu viruslar, hüceyrələrə zərər verərək çoxalır və müxtəlif xəstəliklərə səbəb ola bilirlər. xəbə

Talassemiya xəstəliyi

Tibb dilində "Talassemiya" olaraq bilinən "Aralıq dənizi anemiyası" irsi qan xəstəliyidir. xəbər verir ki, doğulan uşağa, ana və atasından "Beta talassemiya" geninin keçməsi ilə yaranan qalıc

Kolit və ülseratif kolit nədir?

Kolit nədir?. Kolit, həzm olunan qidaların nəcis halına gəldiyi qalın bağırsağın daxili astarının iltihablanmasıyla xarakterizə edilən akut və ya xroniki xəstəlikdir. xəbər verir ki, iltihablanma olaraq adlandırılan kolit

Papilloma xəstəliyi

HPV, insanlar arasında olduqca yayğın olan, əksər insanda problemə yol açmasa da bəzi insanlarda genital ziyil və xərçəngə səbəb ola bilən virusun adıdır. Bu virus dəriyə təsir göstərir. xəbər verir ki, bir çox tipi ağız

Ayaq dırnağı xəstəlikləri

Dırnaq problemləri son zamanlar geniş formada yayılıb. məlumat verir ki, bunun bir çox səbəbləri mövcuddur. Bes ayaq dirnaq xestelikleri nelerdir?. Dırnaqların batması – Çox görülən problemlərdən biridir. Buna, dırnaqlar

Aritmiya nədir?

Ürək problemi olanlar, bəzən də sağlam insanlar bu problemdən əziyyət çəkirlər. Sürətli, yavaş ya da nizamsız ürək döyüntüləri ilə özünü biruzə verir. xəbər verir ki, aritmiya və ya ritm pozuntuları ürək döyüntülərinin anorma

Bəlğəmin təmizlənməsi

Hər bir şəxs xəstələnən zaman öskürəklə birlikdə əksər zaman bəlğəm də çıxara bilərlər. xəbər verir ki, bəlğəm çıxartmaq, əslində vücud üçün faydalıdır. Ancaq buna baxmayaraq uşaqlar bəlğəm çıxaran zaman çətinlik çəkirlər

Enməmiş xaya, kriptorxizm nədir?

Oğlan uşaqlarında ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, bel nahiyəsində qoyulur. İnkişaf etdikcə xaya xayalığa doğru enməyə başlayır. 8-9-cu aylarda xayalığa enir. Doğulan zaman isə xaya xayalıqda olur. Bəzə

Ürək ağrısının əlamətləri

Ürək-damar xəstəlikləri hər il ölümlərin ən geniş yayılan səbəblərindəndir. Bu xəstəliklərə yol açan faktorlar mövcuddur. Urek-damar xesteliklerinin sebebleri. təqdim edir:. Duzlu və şəkərli, həddindən çox yağlı qidaları


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari