Qulaq tıxanıqlığının səbəbləri və müalicəsi

Qulaq tıxanıqlığının səbəbləri və müalicəsiQulaq tıxanıqlığı adətən bəsit narahatçılıq kimi görünür, ancaq həyat keyfiyyətini aşağı salır. Həmçinin diqqət yetirilmədiyi zaman ciddi narahatçılıqlara səbəb ola bilər. Fərqli yaş və cinsiyyət qruplarında yayılmış bir formada rastlanılan qulaq tıxanıqlığı keçici olmaqla bərabər arada qalıcı zədələr də yarada bilər. Adətən duş qəbulundan sonra yaranan tıxanmaların əsl səbəbi qulaq çubuğu ilə qulağın içini təmizləməyə çalışarkən kirin daha iç qulağa doğru getməsidir.

Tıxanmış qulağa düzgün müdaxilə edilmədiyi zaman eşitmə qabiliyyəti yox ola bilər. Əgər qulaq ağrıları şəxsdə bir həftədən uzun davam edirsə, baş gicəllənməsi, burunda qanaxma, ağrı və axıntı əlamətləri görülürsə həkimə müayinəyə getməkdə fayda vardır.

Qulaq tıxanıqlığının bir çox səbəbləri vardır:
Qulaq tıxanıqlığının səbəbləri və müalicəsiBuşon – digər adı ilə qulaq kiri, qulağın tıxanma səbəbləri arasında ən çox qarşılaşılan faktorlardandır. Serumen adı verilən qulaq kanalında mövcud olan sarı rəngdəki maye, toz və bənzər yad maddələri qulaqdan uzaq tutması sayəsində qulaq zərini xarici faktorlardan qoruyur. Bu sayədə qulaqda infeksiyalara qarşı qorunmuş olur. Qulaq çöpü ilə qulağın təmizlənməsinə çalışmaq buşonun kanaldan irəli getməsinə, nəticədə isə qulaq tıxanıqlığına səbəb olur. Normalda qulağın xarici qismində istehsal olunan və daxili qisminə çatmayan buşon qulaq zərinə çatdığı zaman eşitmə problemləri yaşana bilər. Mütəxəssislər qulaq çubuğundan istifadənin düzgün olmadığını vurğulayırlar.

Xarici qulaq iltihabı – Yaranma səbəbi, qulağın su ilə çox təmas halında olmasından qaynaqlıdır. Qulaq kanalında su və ya nəm qalması, bakteriyaların yaranması üçün zəmin hazırlayır. Bu problemin yaranmasının ən çox səbəbi göbələklər və bakterial infeksiyalardır. Nadirən də olsa qulaq iltihabının yaranma səbəbləri allergiyalar və dermatoloji qaynaqlı ola bilər. Xarici qulaq iltihabı, sarı və yaşıl rənglərdə, pis qoxan axıntı ilə daxili qulağın tıxanmasına səbəb olan xəstəlikdir. Üzərkən qulaqların qorunması, duş qəbulundan sonra qulaqdan nəmin pambıq ilə alınması kimi tədbirlər xəstəliyin önünə keçə bilər.

Qulaq zəri zədələnməsi – Qulaq zəri tıxanıqlığına səbəb ola billəcək digər narahatçılıq isə qulaq zərinin deşilməsi və ya elastikliyini itirərək qulaq zərinin zərər görməsidir.

Qulaq tıxanıqlığının səbəbləri və müalicəsiOrta qulaq iltihabı – Allergiya, tənəffüs yolu infeksiyaları, soyuqdəymə nəticəsində orta qulaq iltihabı ilə qarşılaşıla bilər. Qulaq zərinin arxasında eşitməyi təmin edən kiçik sümüklərin yer aldığı hava dolu qism, buruna və boğaza doğru açılır. İnfeksiya yaranması zamanı nahiyədə maye genze boşala bilmədiyində qulaq iltihabı sürətlə inkişaf etməyə başlayır. Xüsusilə kiçik uşaqlarda tez-tez inkişaf edən bu narahatçılığın başlıca əlamətləri, qulaqda ağrı, tıxanıqlıq, axıntı, tarazlıq itkisi olaraq açıqlana bilər.

Qulaq tıxanıqlığının əlamətləri:

Qulaqda ağrı

Baş gicəllənməsi

Eşitmə zəifliyi

Qulaqda axıntı

Qulağın çınlaması

Müalicəsi necə edilir?
Qulaq tıxanıqlığının səbəbləri və müalicəsiBu, altda yatan səbəbə görə müalicə üsulu təyin edilir. Bəzən udqunma, su içmə, saqqız çeynəmə, əsnəmə kimi ağız və çənə hərəkətləri fayda verə bilər. Bu hərəkətlər qulaqda bakteriyaların toplanmasının qarşısını alır və əksinə olaraq parçalanıb yox olmasına kömək edir.

Duzlu su ilə qarqara qulaq tıxanması üçün faydalı ola bilər. Bu, qulaq ağrılarının azalmasına və burun tıxanıqlığına fayda verməsi üçün əhəmiyyətli ola bilər.
Bununla yanaşı səbəbdən asılı olaraq antibiotik qəbulu, damlalardan istifadə edilə bilər.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 02 oktyabr 2023

Oxşar xəbərlər

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari