Qızdırmanı ağızdan ölçmək lazımdır - Həkim

Qızdırmanı ağızdan ölçmək lazımdır - Həkimİnsanlarda stress, yuxusuzluq, əsəb, gərginlik yüksək səviyyəyə qalxıb. Üstəlik havalar dəyişkən keçdiyi üçün gündüzlər özlərini yorğun, ümumi zəif, halsız, hətta hava çatışmazlığı hiss edə bilərlər. Bu koronavirusun əlamətlərini xatırladır deyə, insanların narahatlığı və qorxusu artır. Onsuz da Azərbaycanda 70 faiz insanı dindirən kimi deyirdi ki, məndə nevroz var. İndi o nevrozların halını təsəvvür edin. Hamı gündə bir neçə dəfə temperaturunu ölçür, heç kimi qınamıram, əlbəttə. 37 dərəcə temperatur görən kimi bəzilərini az qalır infarkt vura.
Axar.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
Həkim bildirib ki, bədən hərarəti insanın yaşından, çəkisindən, cinsindən, əlavə xəstəliklərindən, maddələr mübadiləsinin sürətindən, içdiyi dərmanlardan, yediyi yeməklərdən, qəbul etdiyi maye miqdarından asılı olaraq hətta günün müxtəlif saatlarında dəyişir.
"Qadınlarda həm menstruasiyadan əvvəl, həm menstruasiya vaxtı, həm də ondan sonra (perimenstrual dövr) temperatur normal olaraq yüksək ola bilər. Həm kişilərdə, həm qadınlarda günün səhər saatlarında hərarət ən aşağı, günortadan keçdikdən sonra normal olaraq ən yüksək olur.
Sizin hərarət saat 17:00-da 37.3 göstərirsə, bu tam normal haldır.
Ümumiyyətlə, hərarət ağızdan ölçülməlidir, termometr dilin altına qoyulmalıdır. Əlbəttə ki, termometrlər müxtəlifdir, hərəsinin öz üstünlüyü və çatışmazlığı var.
Ağızda ölçülən temperatur 38 dərəcə göstərməlidir ki, "qızdırma var" deyək. Əslində hələ böyüklərdə 38.3-dür, mən bir az azaldıram ki, ehtiyatlı olsunlar. Qoltuqaltında isə 37.5-dən yuxarıdırsa, diqqət tələb edir. Bu rəqəmlərdən aşağı olan hərarət qızdırma sayılmır, heç bir klinik əhəmiyyəti yoxdur. Alında lazerlə ölçülən termometrlərdə isə siqnal 37.7 olmalıdır".


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Stresi azaltmağın ən təbii yolu Masaj haqqında

İndiki dövrdə insanlar daim stres və gərginliklə üz-üzə qalırlar. Davamlı iş tempi, texnologiyanın sürətli inkişafı və sosial problemlər gündəlik həyatımızda psixoloji yük yaradır. Bu səbəbdən insanlar stresdən azad olma


masaj yuxuda tecili tibbi yardim mede agrisi goz hekimi cinsi xestelikler
masaj
is elanlari