Qəhvə ilə hazırlanan gözəllik reseptləri

Qəhvə ilə hazırlanan gözəllik reseptləriTəzə dəmlənmiş bir fincan qəhvə günə başlamaq üçün mükəmməl vasitədir. Ancaq qəhvənin möcüzəsi bununla bitmir. Kosmetik vasitələrin tərkibində yer alan kofein həm də dərini canlandırır.
Milli.Az Axşam.az-a istinadən qəhvə ilə parlaq saçlara, canlı dəriyə və dolğun dodaqlara sahib ola biləcəyiniz bir neçə sadə resepti təqdim edir.
1. Üzə qulluq
Qəhvə ilə ölü hüceyrələri dəridən arındıra bilərsiniz. Bu, kollagen istehsalını stimullaşdıraraq, iltihabı aradan qaldıracaq. Qəhvə maskasından sonra boyun, üz dərisinin yumşaq, təmiz və hamar olacağını görəcəksiniz.
Tərkibi:
1 fincan qəhvə (150 q)
1 fincan qəhvəyi şəkər (200 q)
3 xörək qaşığı zeytun yağı (48 q)
2 xörək qaşığı bal (50 q)
Hazırlanma qaydası:
Bir qaba əlavə edib qarışdırın. Maska çox qatı olmamalıdır.
Üzünüzə və boynunuza masaj edərək bir qat çəkin. Quruyanadək gözləyin. İsti su ilə yuyun. Məhlulu soyuducuda saxlaya bilərsiniz. Həftədə bir dəfə bu maskadan istifadə edərək dərinizin qeydinə qalın.
2. Dodaq baxımı
Bol su içmək, gündəlik dodaq balzamından istifadə və quru dərini soymaqla yanaşı qəhvə ilə dodaqlarınızın qeydinə qala bilərsiniz.
1 çay qaşığı üyüdülmüş qəhvə
2 çay qaşığı zeytun yağı (və ya seçdiyiniz hər hansı digər yağ)
Bərk məhlul əldə edənə qədər qarışdırın. Skrabı dodaqlarınıza çəkin və fırça ilə dairəvi hərəkətlərlə yumşaq bir şəkildə barmağınızla masaj edin. Həftədə ən az 3 dəfə istifadə edin. Su ilə yuyun və sonra nəmləndirici balzam çəkin.
3. Saçlara qulluq
Qəhvə saç və baş dərisi baxımında da istifadə oluna bilər. Qan dövranını stimullaşdırır, ölü dəri hüceyrələrini çıxararaq saç tökülməsinin qarşısını alır. Saçları gücləndirir, təbii rəngini bir qədər qaraldır və xoş ətir verir. Uzun və sağlam saçlar xəyal edirsinizsə, bu qarışımdan istifadə edə bilərsiniz.
Şampun
5 yemək qaşığı qəhvə
1 stəkan su
Tərkibi ən neytral (sadə) şampundan istifadə edin. Suyu qaynatmadan bir az isidin. Qəhvəni suya əlavə edərək qarışdırın. Məhlulu şampun şüşəsinə tökün və yaxşı silkələyin. İstifadədən əvvəl şampunu 2 saat saxlayın.
Adi qaydada olduğu kimi dairəvi hərəkətlərlə baş dərisinə masaj edərək saçlarınıza vurun. Məhsulu 5 dəqiqə saxlayın və yaxşıca yuyun. Həftədə 2 və ya 3 dəfə istifadə edə bilərsiniz.
4. Göz torbalarından qurtulun
Göz altı torbalarından xilas olmaq üçün də qəhvə mükəmməl vasitədir.
1/4 fincan şəkərsiz qatılaşdırılmış qara qəhvə
2 ədəd kartof dilimi
Kartof dilimlərini soyuq qara qəhvəyə batırın. Dilimləri qəhvədə 2 dəqiqə saxlayın və süzün. Daha sonra gözlərinizin üzərinə qoyun və 20 dəqiqə gözləyin.
Milli.Az 


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 11 iyun 2023

Oxşar xəbərlər

Mədə soyuqlamasının təbii üsullarla müalicəsi

İnsan vücudunda yaranan problemlərdən biri mədə soyuqlamasıdır. Bu, bir müddətlik də ola bilər, daha ciddi problemlərə də yol aça bilər. Bununla yanaşı xalq təbabəti ilə də soyuqdəymədən xilas olmaq mümkündür. Mədə soyuqlamasını

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Ən yaxşı nevropatoloq kimdir?

Son zamanların ən çox axtarılan, müraciət edilən həkimlərdən biri nevropatoloqdur. Bəziləri nevroloq, digərləri isə nevropatoloq deyir. Nevroloq kimdir?. Sinir sistemi xəstəliklərini öyrənən elmə nevrologiya deyilir. Bə

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may


masaj yuxuda cinsi xestelikler babasil mualicesi dis agrisi boyrek agrisi
masaj
is elanlari