Qaraciyər iltihabı, Hepatit B nədir?

Qaraciyər iltihabı, Hepatit B nədir?Hepatit B bütün dünyada çox yayılmış qaraciyər iltihabıdır. Xəstəliyi yaradan isə Hepatit B virusudur. Bu virus, insandan insana qan, vücud mayesi vasitəsilə yoluxur. Qorunmadan edilən cinsi münasibət, narkotikadan istifadə, steril vəziyyətdə olmayan iynələr, tibbi cihazlar xəstəliyə əsas yoluxma vasitələridir.
Ancaq bu virus ortaq qabdan yemək yeyərək, su içərək, hovuza daxil olaraq və ya öskürək vasitəsilə keçməz. Akut və ya xroniki formada təzahür edə bilər.
Müalicəyə tabe olunan xəstəlik növüdür.

Hepatit B daşıyıcılığı necə yaranır?

Sterilizə edilməmiş manikür, pedikür alətlərindən istifadə

Steril vəziyyətdə olmadan edilən dişlərin müalicəsi, çəkimləri

Ortaq diş fırçasından istifadə

Qulaq deşilmə proseduru, sırğadan ortaq istifadə və digər yollarla mümkündür.

Hepatit B xəstəliyinin hansı formaları vardır?

Kəskin, xroniki və qeyri-aktiv formaları mövcuddur. Müddətinə, şiddətinə görə fərqlənirlər.

Hepatit B virusu ətraf mühitdə nə qədər aktiv qala bilər?

Hepatit B virusu orqanizmdən kənarda otaq temperaturunda 7 gün sağ qala bilir. Buna görə də infeksiyalı qanla çirklənən yer hətta o qan qurusa belə 7 gün ərzində tam yoluxucudur. Buna görə də əlcək geyinib o qanı ehtiyyatla təmizləmək lazımdır.

Qaraciyər iltihabı, Hepatit B nədir?Kəskin Hepatit B infeksiyasının simptomları nə qədər davam edir?

Adətən 1-3 həftə arası davam edir. Bundan sonra xəstəlik ya sağalır ya da xroniki formaya keçir. Hər iki halda simptomlar yox olur.

Xroniki Hepatit B xəstəliyinin simptomları nədir?

Xroniki Hepatit B virus infeksiyasının klinik əlamətləri çox dəyişkəndir. Bir qrup xəstədə ciddi qaraciyər funksiya pozğunluqları baş verməyənədək heç bir simptom müşahidə olunmur. Bir sıra hallarda hətta ciddi qaraciyər pozğunluqları başlayanda da qaraciyər əlamətləri özünü göstərmir.

Bundan əlavə aşağıdakı əlamətlər müşahidə edilir:

Gözlərdə və dəridə saralma

İştahsızlıq

Qızdırma

Ürək bulanması

Qarın ağrısı

Xəstəlik əlamətləri 6 həftə ilə 6 ay arasında özünü biruzə verə bilər.

Labarator müayinələr zamanı orqanın vəziyyəti öyrənilir. Bəzi xəstələrdə bütün ömür boyu ciddi qaraciyər problemləri olmadığı halda bəzi xəstələrdə qısa müddətdə ağır qaraciyər xəstəliklərinə gətirib çıxarır.

Hepatit B-nin səbəbləri

B qrup hepatitinin inkişafına səbəb, xəstəliyi yaradan virusun insan orqanizminə daxil olmasıdır. Bu xəstəliyə yoluxmada immun sistemi zəif olan insanlar daha çox həssasdırlar. Spirtli içki, nikotin, kimyəvi və toksik maddələr, dərman preparatları immunitetə daha çox neqativ təsir göstərir.

İmmunitetə həmçinin, pasiyentin keçirdiyi xəstəliklər də mənfi təsir edə bilər, hansılar ki, nəticəsində orqanizmdə mübadilə proseslərinin pozulması, vitamin və mineralların və s. çatışmazlığı ilə nəticələnir.

Diaqnoz necə qoyulur?

Qan testi ilə, kəskin və xroniki HBV infeksiyasına diaqnoz qoyula bilər.

Kəskin Hepatit B-nin müalicəsi necə aparılır?

Kəskin Hepatit B-nin spesifik müalicəsi yoxdur.
Müddəti azdır və bu zaman daha çox düzgün qidalanmaq, çoxlu maye qəbulu, tövsiyə edilir. Əgər əlamətlərdə artım olarsa həkim baxışı mütləqdir. Çünki xroniki hala keçməməsi üçün müalicəyə ehtiyac yarana bilər.

Qaraciyər iltihabı, Hepatit B nədir?Xroniki HBV infeksiyası olan şəxslər qaraciyərin zədələnməsini və ya xəstəliyin necə irəliləməsini müşahidə edə bilmək üçün hər 6 aydan bir tibbi müayinə olunmalıdırlar. Həmçinin qaraciyərin USM-i tövsiyə edilə bilər.

Hepatit B-dən necə qorunmaq olar?

Hepatit B-nin profilaktikası üçün vaksindən istifadə olunur.

Hepatit B özlüyündən keçə bilərmi?

Xəstəliyi əlamətsiz formada keçirib immunitet qazanmış insanlara cəmiyyətdə çox rast gəlinir.

Qorunarkən nələrə diqqət göstərməli?

Ülgüc, diş fırçası, sırğa, dırnaq qayçı kimi şəxsi əşyaları başqaları ilə paylaşmayın.
Tibb işçiləri isə iynə vurarkən diqqətli olmalıdırlar.

Ailədə sarılıq, sirroz və ya qaraciyər xərçəngi olan bir xəstə varsa mütləq şəkildə müayinə olunmalıdır.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 20 oktyabr 2023

Oxşar xəbərlər

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Mədə yarası: Əlamətləri və müalicəsi

Mədə yarası (ülsər) qastrik və ya peptik olaraq da bilinir. Mədə və ya onikibarmaq bağırsağının daxili səthində yaranan bir yara və ya lezyonu ifadə edir. məlumat verir ki, bu yaralar adətən mədə asiti və həzm sistemi tərəfində

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Kor bağırsaq ağrısı əlamətləri

Apendisit(Kor bağırsaq), təxminən 9 sm uzunluğunda olan kiçik, incə kisədir. Gövdənin sağ alt tərəfində yer alır. xəbər verir ki, apendisitin vücudda hansı funksiyanı yerinə yetirdiyi dəqiq bilinməsə də immunitet sistemiyl

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Soyuqda əllərin göyərməsi, Siyanoz xəstəliyi nədir?

Göyərmə olaraq ifadə edilən siyanoz, qırmızı qandakı hemoqlabinə bağlı oksigen çatışmazlığı səbəbiylə dəri, dodaq, dırnaq yataqlarında yaranan mavi və ya göyə bənzər rəng dəyişimidir. Qanın, vücuddakı fərqli toxumalara çatma

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Qalın bağırsaq iltihabı nədir?

Qalın bağırsağın vəzifəsi, qatı haldakı nəcisi peristaltik hərəkətlərlə (ritmik bağırsaq hərəkətləri) makata doğru itələyərkən nəcisdən duz ilə suyu sovurmaqdır. xəbər verir ki, qalın bağırsağı əhatə edən mukoza zərinin iltihabın

Talassemiya xəstəliyi

Tibb dilində "Talassemiya" olaraq bilinən "Aralıq dənizi anemiyası" irsi qan xəstəliyidir. xəbər verir ki, doğulan uşağa, ana və atasından "Beta talassemiya" geninin keçməsi ilə yaranan qalıc


masaj yuxuda tecili yardim dis agrisi sekis qarin agrisi
masaj
is elanlari