Qalın gecə paltarları ilə YATMAYIN

Qalın gecə paltarları ilə YATMAYINDemək olar ki, dünyada 40% insan yatarkən gecə paltarı geyinir.  Ancaq yatarkən geyinməyi seçdiyimiz şeylər əslində yuxumuza, görünüşümüzə və hətta sağlamlığımıza təsir edə bilər.
KONKRET.az xəbər verir ki,  yun pijamalarınız gecələr tərləməyinizə və səhərlər yorğun oyanmağınızın səbəb  ola bilər.
Bəs niyə yatarkən qalın pijama geyinməməliyik?
– Yuxunuzun keyfiyyətinə təsir edir
Vücudunuz gecə boyu düzgün temperaturu saxlamalı olduğundan, çox qalın pijamalarda yatmaq narahat bir gecə keçirə biləcəyiniz deməkdir. Dərinizin nəfəs almasını və rahat olmasını təmin edən yuxu vaxtı üçün ən ideal parça pambıqdır. Gecə paltarları üçün seçə biləcəyiniz parça növü üçün başqa bir əla seçim, nəfəs alan və uducu olan kətandır.
– Bədəninizdə sızanaqlara səbəb ola bilər
Yuxu zamanı tərləmə müəyyən növ sızanaqlara səbəb ola bilər. Tərli pijamalarınız istilik və sürtünmə ilə birlikdə dərinizdəki məsamələrin tıxanmasına və dərinin daha da qıcıqlanmasına səbəb ola bilər. Bambuk parçadan hazırlanmış gecə paltarlarını seçmək daha məqsədəuyğun ola bilər. Bu parça antimikrobiyal xüsusiyyətlərə malik olduğundan sızanaqların qarşısını alır. O, hətta pambıqdan daha yumşaq və uducudur və yaxşı yatmaq üçün lazım olan şey ola bilər.
– İnfeksiyalara səbəb ola bilər
Gecələr tərləyirsinizsə, dəri infeksiyasına tutulma şansınız çox yüksəkdir. Bakteriyalar nəmli və qaranlıq yerlərdə daha yaxşı inkişaf edir. Onları isti paltar və yorğanla örtsəniz, əslində mikroblar üçün mükəmməl çoxalma zəmini yaradırsınız.
– Reproduktiv sağlamlığa təsir göstərə bilər
Aparılan araşdırmaya görə, gecələr pijama geyinməyən kişilər sperma keyfiyyətini yaxşılaşdıra bilirlər. Dar alt paltarı və ya qalın pijama ilə yatdığınız zaman cinsiyyət nahiyənizin tərləmə ehtimalı daha yüksəkdir.
– Bədəninizin istiliyini təbii şəkildə tənzimləməsinə mane olur
Gecələr daha sərin temperaturun olması bədəninizin daha yaxşı sağalmasına kömək edir və hətta maddələr mübadiləsini sürətləndirə bilər. Pambıq pijamalardan başqa bir şey geyinmək istəyirsinizsə, ipək yaxşı seçim ola bilər. Təbii termoregulyatordur və ipək saplar arasında saxlanılan istilik sayəsində soyuq qış gecələrində sizi isindirir və izolyasiya effekti yaradır.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 17 sentyabr 2023

Oxşar xəbərlər

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq

Vaginal infeksiyaların əlamətləri və müalicəsi

Vaginal infeksiya, xalq arasında bütün genital nahiyə infeksiyaları üçün istifadə edilən deyimdir. İnfeksiyalar nahiyədə yaratdığı problemə, növünə görə ayrılır. Vaginal infeksiya: Xarici genital orqanla uşaqlıq ağzı arasındak

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Zəhərlənmə əlamətləri, ilk yardım necə edilməli?

Zəhərlənmələrin bir çox fərqli səbəbləri ola bilər. İçərisində zəhərli maddə mövcud olan, pozulan qidaların istifadəsi, kimyəvi maddələrlə təmas etmək zəhərlənmələrə yol aça bilər. xəbər verir ki, mədə bulantısı və qusma

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd

İndiqo, Kristal uşaq kimdir?

İndiqo uşaq (kristal uşaq) yaş qruplarına görə fiziki və psixoloji olaraq öz ətrafında fərqlilik göstərən uşaqdır. xəbər verir ki, bu uşaqlar psixoloji olaraq çox fərqli xüsusiyyətlərə sahibdirlər. Ailələri və ya ətraflar

Payız qripi zamanı nə etməli?

Hər mövsümdə qrip xəstəliyinə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır. Hər mövsümdə isə xəstəlik özünü biruzə verir. Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə mali


masaj yuxuda cinsi xestelikler bogaz agrisi qarin agrisi goz hekimi
masaj
is elanlari