Parkinson xəstəliyinin əlamətləri və müalicəsi

Parkinson xəstəliyinin əlamətləri və müalicəsiİlk dəfə 1817-ci ildə James Parkinson tərəfindən adlanan, bilinən Parkinson xəstəliyi, beyin hüceyrələrinin itkisi ilə davam edən və yavaş irəliləyən problemdir. Adətən əlamətləri gizli başlayan xəstəlik, zaman daxilində şiddətlənir. Titrəmə, hərəkətlərdə yavaşlama, qol, ayaq hərəkətlərində tutqunluq Parkinson xəstəliyinin ilk əlamətləri arasında yer alır. Həmçinin nitq çətinliyi, sıxıntı hisləri kimi problemlər də yaşana bilər.

Nə zaman ortaya çıxır?

40-70 yaşlarından başlamaqla yanaşı adətən 65 yaşından sonra ilk göstəricilər ortaya çıxır. İrəli yaş xəstəlik üçün risk faktorudur. Hər 100 insandan biri Pakinson xəstəsidir. Əlamətlər xəstələrin 100-də 5-də 20-40 yaş arası başlayır. Kişilərdə daha çox müşahidə edilir.

Xəstəliyin əlamətləri nələrdir?

Xəstələrin təxminən 100 insanın 70-də sakit halda meydana çıxır:

Əl barmaqlarında

Əl və ya qolda

Bəzən ayaqda titrəmə

Xəstələrin 100-də 30-da isə:

Hərəkətlərdə yavaşlama

Qol-ayaq hərəkətlərində tutqunluq Parkinson xəstəliyinin əlamətlərindən hesab edilir.

Xəstəlik adətən gizli başlayır və əlamətləri illər ərzində artır.
Parkinson xəstəliyinin əlamətləri və müalicəsiParkinson xəstəliyinin hərəkətlərlə bağlı olaraq ilk əlamətlərini təqdim edirik:

Titrəmə

Hərəkət yavaşlığı

Yeriyiş pozuntuları

Yeriyərkən yıxılmalar və s.

Titrəmə, yuxu zamanı zamanı baş vermir. Ancaq bəzi vəziyyətlərdə titrəmənin şiddəti artır:

Əsəbilik

Stress

Həyəcanlanan an

Bəzi xəstələr, vücudlarının müxtəlif nahiyələrində yaranan sərtlik hissindən şikayətçidirlər. Parkinson xəstəliyində əzələlərdə sərtləşmə ən çox bu nahiyələrdə olur:

Dirsək

Əl biləyi

Diz

Ayaq biləyi

Adətən oynaqların müayinəsi zamanı bu məlum olur. Belə xəstələr əzələ sərtliyini yorğunluq, ağrı, ağırlıq formasında hiss edə bilərlər. Müəyyən zamandan sonra belə xəstələrin üz ifadələrində dəyişiklik yarana bilər.
Parkinson xəstəliyinin əlamətləri və müalicəsiSəbəbləri nələrdir?

Əlamətlərə yol açan sinir hüceyrəsi itkisinin səbəbi hələ də dəqiq bilinmir. Sinir hüceyrələrinin itməsi zəif davam edən prosesdir. Aparılan araşdırmalara görə, genetik faktor rol oynayır. Bununla yanaşı kimyəvi maddələrə məruz qalmaq, zehni işlərdə gərgin çalışmaq risk faktorları arasında yer alır.

Müayinəsi

Nevroloji xəstəlik olduğundan nevroloqların müayinəsi diaqnozun dəqiqləşməsinə kömək edəcəkdir.

Parkinson xəstəliyinin müalicəsi

Bu növ xəstəlikdə əməliyyat bəzi xəstələr üçün uyğun seçim ola bilər. Ancaq bu növ əməliyyat hər belə xəstəyə tətbiq edilmir. Bu zaman beyinə batareya yerləşdirilir. Bu xəstəliyin erkən mərhələsində mümkün ola bilər. Buna baxmayaraq əməliyyat edilən xəstələr belə dərman qəbulunu kəsə bilməzlər.

Parkinson xəstələrinin müalicəsində dərman qəbulundan, terapiyalardan, idman məşğələlərindən istifadə edilir. Burada məqsəd:

Yerimə və tarazlıq pozuntularının, titrəmələrin azalması

Qavrama gücünün qorunması

Duruş pozuntularının düzəldilməsi

Əzələlərdən spazmın azalması

Bu növ məşğələlər xəstlərin zehni inkişafı üçün də olduqca vacibdir.
Parkinson xəstəliyinin əlamətləri və müalicəsiParkinson xəstələrinin həyatı necə asanlaşdırılır?

Onlarla mövzu ətrafında danışmaq, danışdırmaq vacibdir. Nitqinin paslanmasına icazə verməmək əsas məqsəddir.

Rəsmlə məşğul olmaq. Bu əl bacarıqlarında unutqanlığa icazə vermir.

Əldə rahat tutula bilən əşyalar və ya çəngəl, bıçaq istifadəsi

Xalçaların sərilib və ya yığılması

Hamam və tualetdən istifadə zamanı dəstək məqsədli xüsusi tutacaqların olması
Qeyd edək ki, həkimə mütəmadi olaraq getmək və dərmanları zamanında qəbul etmək lazımdır.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 14 avqust 2023

Oxşar xəbərlər

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Uşaqlarda boğaz ağrısı və qızdırma

Havaların soyuq keçdiyi ərəfələrdə bir çox uşaqlar çətin günlər yaşayırlar. məlumat verir ki, bir çox valideyn xüsusilə qış aylarında "Boğazım ağrıyır" sözünü tez-tez eşidir. Bes usaqlarda bogaz infeksiyasi nede

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Uşaqlarda öskürək zamanı nə etməli?

Uşaqlarda öskürək ancaq qışda deyil, yaz-yay aylarında da tez-tez rast gəlinir. Əksər zaman üst tənəffüs yolları infeksiyasından qaynaqlansa da altında bir çox səbəb də yata bilər. Uşaqlar nə üçün öskürür?. Öskürək adətə

Masajın əzələ ağrılarını azaltmaqda rolu hansılardı ?

Əzələ ağrıları həyat keyfiyyətini aşağı salan və fəaliyyətləri məhdudlaşdıran əsas problemlərdən biridir. İstər fiziki fəaliyyət sonrası yaranan yorğunluq, istərsə də stressə bağlı əzələ gərginlikləri zamanla narahatlıq v

Masajla Yuxusuzluğun Qarşısını Almaq Mümkündürmü ?

Yuxusuzluq müasir dövrün ən geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Xüsusilə sürətli həyat tərzi, daimi stress və texnologiya ilə bağlı faktorlar insanın yuxu rejimini pozur. Bəzi insanlar yuxuya getməkd

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Askarid qurdu əlamətləri

Askarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. xəbər verir, dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir. Hər dişi soxulcan günd

Siam əkizliyi necə olur?

Siam əkizləri olaraq da adlandırılan yapışıq əkizlər, döllənmə əsnasında bir-birinə bağlanan iki embrionun səbəb olduğu, əksər zaman qarın, sinə, baş nahiyəsində fiziki olaraq bir-birinə bağlılıq meydana gətirən doğuş anomaliyasıdır


masaj yuxuda cinsi xestelikler babasil mualicesi mede agrisi tecili yardim
masaj
is elanlari