Paketlənmiş qidaları istifadədən öncə bunlara diqqət edin

Paketlənmiş qidaları istifadədən öncə bunlara diqqət edinBir çoxlarımız uzunmüddət qalıcı olduğuna görə hazır, paketlənmiş qidalardan istifadə edirik. Ancaq alınan hazır qidaların tərkibində mövcud olan zərərli maddələrin fərqində olmalıyıq. Alınan məhsulun tərkibində istifadə edilən rəngləndiricilər, parladıcı məhsullar kimi zərərli maddələr insan sağlamlığını ciddi mənada təhdid edir. Paketlənmiş məhsulları istifadə etmədən öncə diqqət edilməsi gərəkən məqamlar var. Aparılan araşdırmalar zamanı astma, xərçəng, insult kimi xəstəliklərə faydalı olduğu bildirilən və satılmaqda olan hazır məhsullarda qlükoza həbləri, uşaqlar üçün satılan südlü şirniyyatlarda isə hiperaktivlik və diqqət əksikliyi xəstəliyinə yol açan bəzi maddələrə rastlanılıb. Bu maddələr insan həyatı üçün birbaşa təhdiddir. İstifadə edilən rəngləndiricilər isə sağlamlığa mənfi təsir göstərir. Dadlandırıcıların istifadəsində məqsəd şəxsdə daha çox yemə istəyini artırmaqdır.
Paketlənmiş qidaları istifadədən öncə bunlara diqqət edinPaketlənmiş qidaları istifadədən öncə nələrə diqqət edilməlidir?

Hazır qidaların arxa tərəfində mövcud olan qarışıq etiketlər, əslində şəxsə məhsul tərkibi ilə bağlı məlumat verir. Tərkib haqqında olan məlumatlar arasında əslində sağlamlığa zərərli olan maddələr barədə də xəbər mövcuddur. Bəzi insanların ağlına paketlənmiş qida deyəndə yalnız şirniyyatlar gəlsə də, marqarin, souslar, tomatlar da bu növ qidalar qrupuna daxildirlər. Təlimatı oxuyub düzgün istifadə etmək faydalıdır. Bu irəlidə yarana biləcək yüksək təzyiq, şəkər, piylənmə kimi sağlamlıq problemlərindən qoruyur.

Paketlənmiş məhsulları istifadədən öncə diqqət edilməsi gərəkənlər bunlardır:

Pors miqdarı hesablanmalıdır: Adətən bir çox qida etiketində "100 qramda" və "1 pors" ifadələri yer alır. Çünki qida etiketində verilmiş olan miqdar ilə insanın istifadə etdiyi miqdarın bərabət olması, etiketi doğru analiz etməyin ən vacib yoludur.

Paketlənmiş qidaları istifadədən öncə bunlara diqqət edinKaloriyə diqqət etmək lazımdır: Aparılan araşdırmalar, qidaları alarkən kaloriyə nəzarət edən şəxslərin gündə daha az kaloriyə sahib olduğunu və sağlam qidalara daha çox yönəldiyini göstərir. Bu gələcəkdə yaranan piylənmə xəstəliyinin qarşısını almağa kömək edir. Nəzarətsiz şəkildə alınan bu məhsullar gərəksiz enerji qəbuluna yol açır.

Yüksək midarda doymuş yağ qəbulu, ürək-damar xəstəlikləri, piylənmə, xərçəng təhlükəsini çoxaldır. Bir paket qidada 1 qramdan daha aşağı doymuş yağ olması lazımdır.

Trans yağ miqdarı artdıqca, ürək-damar xəstəliklərinin meydana gəlmə tezliyi yüksəlir. Bunun üçün alınan məhsulların trans yağ tərkibinin olmaması ya da bir paket içərisində ən çox 0,5 qram trans yağ olmasına diqqət edin.

Qatılan maddələrə diqqət edin: Hazır qidaların tərkibində mövcud olan əlavə maddələri olduqca vacibdir. Dadlandırıcı, qatılığı artıran kimi keyfiyyətsiz hazır qida maddələrindən uzaq durmaq vacibdir.

Hazır qidalardakı qida qatqı maddələri nə qədər zərərlidir?
Paketlənmiş qidaları istifadədən öncə bunlara diqqət edinMarketlərdə rəflərdə mövcud olan uzun ömürlü adı altında satılan qidalar, xüsusilə uşaqlar başda olmaq üzrə bir çox şəxsin sağlamlığına mənfi təsir göstərir. Bu qidalar adətən maddələr mübadiləsi, immunitet sisteminə, hətta genetikaya təsir göstərir. Qida sektorunda 1 il ərzində minlərlə fərqli məhsulda milyonlarla qatqı maddəsi mövcuddur. Günümüzdə hazır qidalar çox istifadə edildiyi səbəbindən bir çox şəxs tərəfindən mütəmadi olaraq alınır.
Paketlənmiş qidaları istifadədən öncə bunlara diqqət edinDadlandırıcılar təbii olmadığı üçün diabetə zəmin hazırlamaqdadır. Bu maddələr, baş ağrısı, əy-ayaqlarda şişkinlik edər və uşaqların inkişafının qarşısını alır. Bu səbəbdən hazır qidalardan uzaq durulmalıdır. Ev üsulu hazırlanan qidalar daha faydalıdır.
Paketlənmiş qidaları istifadədən öncə bunlara diqqət edin


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 sentyabr 2023

Oxşar xəbərlər

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Hansı Masaj Növü sizə uyğundur ?

Masaj fiziki və zehni rahatlama üçün istifadə edilən ən qədim və təsirli terapiya üsullarından biridir. Ancaq hər masaj növü hər kəs üçün uyğun deyil, bədəninizin ehtiyaclarına görə doğru texnikanı seçmək vacibdir. Bəzi insanla

Dil yarasının səbəbləri və müalicəsi

Ağız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yaran

Dırnaq göbələyi nədir və necə mübarizə aparmalı?

Dırnaq göbələyi, geniş yayılmış göbələk infeksiyasıdır. Əl və ayaq dırnaqlarının uc qisminin altında başlaya bilər. Bu, irəliləyən bir vəziyyətdir. İnfeksiya irəlilədikcə dırnaqda solğun rəng, qalınlaşma, kənarlardan parçalanm

Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anorma

Qanda leykosit nədir?

Qan, vücudda çox önəmli rollara sahibdir. xəbər verir ki, bu səbəblə qan analizlərinin dəyərləri çox önəmlidir. Leykositlər bunlardan biridir. Bəs leykosit nədir? Nə qədər olmalıdır?. Leykositlər ağ qan hüceyrəsi və ya akyuva

Diqqət dağınıqlığı testi

Diqqət dağınıqlığ testi nədir?. xəbər verir ki, diqqət dağınıqlığı testi, diqqət əksikliyi və hiperaktiv pozuntusu kimi vəziyyətlərdə xüsusilə uşaqlarda olmaq üzrə hər kəsdə diqqət dağınıqlığını təsbit etmək və dərəcəsin

Çarəsizliklə mübarizə yolları

Çarəsizlik hissiylə mübarizə etmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, düzgün qidalanmaq, kifayət qədər yuxu rejiminə diqqət etmək, ətraf aləmlə münasibət qurmaq, xobbilərə zaman ayırmaq lazımdır. Meditasiya etmə

Səbəbi bilinməyən sonsuzluqda nəyə diqqət edilməli?

Sonsuzluq 12 aydan daha çox bir müddətdə qorunmasız münasibətdən sonra hamilə qala bilməmə vəziyyəti olaraq xarakterizə edilir. xəbər verir ki, dərman müalicələri, hormon müalicəsi və ya fərqli üsullarla nəticə alınsa d


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari