Omikronun yüngül görünməsi tələdir, aldadır – Professor

Omikronun yüngül görünməsi tələdir, aldadır – ProfessorABŞ-ın Meyson Universitetinin professoru Ança Baranova yaz və yayda pandemiyanın gedişatı barədə açıqlama verib.
Axar.az Medicina.az-a istinadla xəbər verir ki, o, Omikronun yüngül keçməsi barədə fikirləri illüziya adlandırıb.
"Omikron qrip kimi yüngül keçir, pandemiya zəifləyir" fikirlərinə görə mən illüziyaya qapılmaq istəməzdim. Hələ də cəmiyyətdə Delta var, hələ də hospitallar doludur, hələ də koviddən ölüm sayı yüksəkdir. Yüngül gedişat uşaqlarda və çox gənc insanlarda olur. Hələ həkimlərin əlində elə bir ciddi dəlil yoxdur ki, Omikrona yoluxan insan xəstəliyi yüngül keçirir, ölmür və ya post-kovid sindromu olmur. İnsanlar real olaraq Omikrondan sonra da aylarla özlərini pis hiss edirlər, çox sistem xəstəlikləri baş qaldırır.
Omikron yuxarı tənəffüs yollarında çox qalır, orda yayılır, ağciyərləri az zədələyir, amma bu o demək deyil ki, o, qan-damar sistemi və sinir sistemi, beyini zədələmir.
Yenə də xəstəlikdən sonra insult, infarkt riski çoxdur, yaddaş, beyin funksiyaları zəifləyir. Fikrimcə, Omikron barədə arxayınlaşmaq və Omikronun özünü guya belə zəif göstərnəsi tələdir. Və bu tələyə çox insanlar, hətta səhiyyə sistemi düşdü.
İnsanlar pandemiyadan yorulub, onları başqa problemlər daha çox narahat edir. Dövlətlər məcbur olaraq pandemiya qadağalarını yumşaltmalı və bunu qəbul edib yanaşı yaşamağı seçməlidir. Amma bu o demək deyil ki, buna görə Omikronun yüngül virus olduğunu səbəb gətirməliyik. Bu illüziyadır. Özümüzü aldatmağa dəyməz. Əksinə, bu ziyanımızadır. Hər halda virus insandan daha ağıllıdır.
Hazırda bütün dünyada kovid statistikası, rəqəmlər əhəmiyyətini itirib. Çünki peyvənd olunub yoluxanlar var ki, sistemə düşməyiblər. Evlərdə ekspress test edib, xəstəliyini gizlədənlər var. Statistika hər gün elan olunur, lakin o, dəqiq deyil və artıq mənası yoxdur. Hər şey bir-birinə qarışıb. Hətta insan var ki, 3 ayda 2 dəfə virusa yoluxub.
Biologiyada belə bir qanun yoxdur ki, mütləq pandemiya 3 il, 5 il davam etməlidir. Həmçinin sonuncu dalğa olmalıdır. Heç kim bilmir sonuncu dalğa hansıdır. Biz arzu edirik ki, Omikron sonuncu dalğa olsun. Amma 5 ilə gedəcəyəmiz yolu da 3 ilə başa vurmağa çalışmamalıyıq. Səs-küylü bəyanatlara ehtiyac yoxdur.
Mən deyə bilərəm ki, Omikron dalğasından sonra yaya doğru uzun müddətli böyük sakitlik dövrü olacaq. Bu, virusun özünəməxsusluğudur. O dalğa kimi geri çəkilə bilər. Hamımız əl-ələ verib Omikrona yoluxacağıq və 4-6 ay qorunma müddəti qazanacağıq.
Amma təbiətdə bu virusun rezervuarı var, o, heyvanlarda mutasiyaya uğrayıb yenidən insana keçə bilər. Kovid endemik olacaq, amma harda ağırlaşıb, harda yüngülləşəcəyini biz bilmirik", - o bildirib.


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

Ağızdan pis qoxunun gəlməsi

Bir çox insan səhərlər ağzından gələn pis qoxulardan narazıdır. Ağızdan gələn qoxunun bir çox səbəbi ola bilər. xəbər verir ki, səhərlər ağızdan pis qoxu ilə yanaşı acılıq da hiss etmək mümkündür. Bunun əsas səbəblərdən bir

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

Tomatlı yeməyə duz qatmaq olar?

Tomat, bir çox xanımların yemək bişirəndə əsas köməkçisidir desək yanılmarıq. Yeməyə dad vermək üçün əksər zaman tomatdan istifadə edilir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir. Sousla

Ağcaqanad dişləməsinə nə yaxşı təsir göstərir?

Öncələr yay aylarında üzə çıxan ağcaqanadlara hazırda iqlim mülayim keçdiyindən hər mövsümdə rastlamaq olar. xəbər verir ki, bəzən ağcaqanad dişləməsi dəridə allergik reaksiya yaradaraq qaşıntı, qızarıqlıq kimi nəticələr

Asqırmağın faydaları və zərərləri

Asqırmaq, vücud sağlamlığı cəhətdən çox əhəmiyyətlidir. xəbər verir ki, asqırma vəziyyətində ağzınızı bağlamaq vacibdir. Xüsusilə aldığımız mikrobları ətrafa dağıtmamaq istəyiriksə asqırma əsnasında salfet və ya dəsmall

Hemoliz nədir?

Hemoliz nedir?. xəbər verir ki, hemoliz, eritrositlər olaraq bilinən qırmızı qan hüceyrələrinin böyük ölçüdə parçalanması nəticəsində oksigen daşıyan hemoqlabinin proteinin sərbəst qalmasıdır. Çox az qırmızı qan hüceyrəs

Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarını

Smeqma nədir?

Smeqma, şəxsin cinsi orqanının ətrafında toplanan bəyaz, sarı ya da yağlı görüntüyə sahib olan və genital gigiyena əksikliyi nəticəsində ortaya çıxan bir ifrazatdır. xəbər verir ki, həm kişilərdə həm də qadınlarda mövcu

Nəfəs darlığı hansı problemin xəbərçisidir?

Tibdə dispne olaraq bilinən nəfəs darlığı, şəxsin kifayət qədər nəfəs ala bilməməsi vəziyyətinə deyilir. Şəxsin ağciyərinin hava ilə doldura bilmədiyini hiss etdiyi zamanlarda, normalda olduğundan fərqli olaraq nəfəs alıb-verdiy


masaj yuxuda sekis mede agrisi hamilelik testi tecili yardim
masaj
is elanlari