Öd kisənizdə daşlar niyə əmələ gəlir? - SƏBƏBLƏR

Öd kisənizdə daşlar niyə əmələ gəlir? - SƏBƏBLƏRQaraciyər daim öd ifraz edir. Öd xüsusi orqanda - öd kisəsində toplanır və daha sonra ehtiyac yarandıqda onikibarmaq bağırsağına daxil olur. Öd həzm proseslərində iştirak edir, yağları parçalayır. Öd xolesterol, turşular, piqmentlər və fosfolipidlərdən ibarət olan duru maddədir.
Bəs bu maddə necə daşlara çevrilir?
Milli.Az xəbər verir ki, bunun bir neçə səbəbi var:
1. Qida qəbulları arasında uzun fasilələr
Öd kisəsini sağlam saxlamaq üçün gün ərzində 4-5 dəfə qida qəbul etmək lazımdır. Öd 12 barmaq bağırsağına burada qida kütləsi olduqda ifraz olunur. İnsan gün ərzində böyük fasilələrlə qida qəbul edirsə öd durğunlaşır, qatılaşır, öd kisəsində çöküntülər əmələ gəlir, daha sonra bu çöküntülər birləşir və daşlar əmələ gətirir.
2. Azhərəkətli həyat tərzi
Azhərəkətli həyat tərzi bütün orqanizm üçün ziyanlıdır. Bu zaman qan dövranı pisləşir ki, bu da orqanizmin müxtəlif orqan və sistemlərində durğunluq proseslərin və iltihabların inkişafına şərait yaradır.
3. Piylənmə
Piylənmə zamanı maddələr mübadiləsi prosesləri pozulur, bütün orqan və sistemlər yükləmələrlə şiləyir ki, nəticədə müxtəlif pozulma və xəstəliklərin və o cümlədən öd daşı xəstəliyinin riski artır.
4. Qadın cinsi
Öd daşı xəstəliyinə qadınlar arasında kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir. Bunun əsas səbəblərindən biri hamiləlikdir. Hamiləlik zamanı öd kisəsi uşaqlıq tərəfindən sıxılır, orqanizmin hormonal fonu kəskin dəyişilir ki, bu da öd kisəsində daşların əmələ gəlməsinə gətirib çıxarda bilər.
Doğuşdan sonra, klimaks zamanı qadın orqanizmində çox ciddi hormonal dəyişikliklər baş verir və bu dəyişikliklər də öd daşı xəstəliyinin inkişafına zamin yaradır.
Həmçinin hamiləlik əleyhinə həblərin qəbulu da öd kisəsində daşların əmələ gəlməsinin riskini artırır.
Bütün bunları nəzərə alaraq ingilis alim Diver keşmiş əsrdə öd daşı xəstəliyinə görə ən böyük riski olan insanı təsvir etmək üçün "5 F" qaydasını tərtib edib:
femina - qadın
fertale - doğmuş
forty - 40-yaşlı
fat - dolu
fair - sarışın
İrsiyyət
Bir çox digər xəstəliklər kimi öd daşı xəstəliyinin inkişafına irsiyyət təsir edə bilər. 
Milli.Az


DOKTORINFO.AZ
Sağlamlıq Xəbərləri       Tarix: 12 oktyabr 2023

Oxşar xəbərlər

Alkoqolizmin əlamətləri

Alkoqol asıllığı spirtli içkilərin həddindən çox istifadəsini həyata keçirən və nəzarətdən çıxan vəziyyətdir. Bu, həm sağlamlıq həm də fiziki problemlərə yol aça bilər. xəbər verir ki, müalicə edilməzsə daha kəskin hal ala

Hepatit B peyvəndi

Hepatit B peyvendi nedir?. Hepatit B peyvəndi, hepatit B virusuna qarşı yoluxma olma riskini azaldan və xəstəliyə qarşı antikor istehsal edərək qoruyuculuğu təmin edən güclü peyvənddir. xəbər verir ki, körpələrdə doğuşda

A vitamini faydaları

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Masajın əzələ ağrılarını azaltmaqda rolu hansılardı ?

Əzələ ağrıları həyat keyfiyyətini aşağı salan və fəaliyyətləri məhdudlaşdıran əsas problemlərdən biridir. İstər fiziki fəaliyyət sonrası yaranan yorğunluq, istərsə də stressə bağlı əzələ gərginlikləri zamanla narahatlıq v

Limfa düyünlərinin müalicəsi

Limfadenit, limfa düyünləri ilə əlaqəli olub, çox geniş yayılmış, hər kəsdə rast gəlinən xəstəlikdir. məlumat verir ki, təməlində limfatik sistemin infeksion iltihabi zədələnməsi durur. Adətən əksər zaman öz-özünə keçib gedir

İdmandan öncə isinmə hərəkətləri

İdmandan öncə isinmə hərəkətləri edilir. İsinmə hərəkətləri əzələləri isidərək genişliyi artırır, oynaqları yağlayar və şikəst qalma riskini əhəmiyyətli dərəcədə azaldar. İsinmə hərəkətlərinin üstünlükləri. xəbər verir ki

Balıq yağının faydaları və zərərləri - Ən yaxşısını necə seçək?

Balıq yağı, uşaqlar və böyüklər üçün olduqca faydalıdır. Vücudun əzələ quruluşundan hüceyrə yenilənməsinə qədər bir çox funksiyası üçün ehtiyac olduğu və xaricdən alınması gərəkli olan omega 3 yağ asitləri, əksər zaman may

Hərbi xidmətə yararsız xəstəliklər

Kişilər müəyyən müddət üçün hərbi xidmətə yollanırlar. xəbər verir ki, hərbi vəzifələrin yerinə yetirilməsinə maneə olan bir sıra xəstəliklər mövcuddur. Herbi xidmete yararsiz xestelikler hansilardir?. "Xəstəliklər cədvəli"nd

Ən yaxşı D vitamini necə seçək?

Vitamin D vücudun kalsium miqdarının tənzimlənməsində böyük rol oynayır. Xüsusilə sümük sağlamlığı üçün olduqca faydalıdır. İnsan orqanizminin gündəlik ehtiyac duyduğu vacib vitaminlərdən biridir. Əksik qəbulu zamanı yorğunluq


masaj yuxuda goz hekimi boyrek agrisi cinsi xestelikler hamilelik testi
masaj
is elanlari