Nəfəs darlığı, əl-ayaqlarda şişmə... Ürək böyüməsi (Kardiyomeqali) nədir?

Nəfəs darlığı, əl-ayaqlarda şişmə... Ürək böyüməsi (Kardiyomeqali) nədir?Tibbi ifadəsi kardiyomeqali olan ürək genişlənməsi, ürək əzələsinin anormal formada qalınlaşması ilə ortaya çıxan ürəyin daxili qisminin böyüməsi və genişlənməsidir. Ürək böyüməsi, ürəyin qan dövranını sürətləndirən reaksiya olaraq ifadə edilə bilər. Düz zəmində yerimək yerinə mütəmadi yoxuş çıxıldığı zaman sərf olunan enerji kimi ürək böyüməsi meydana gəldiyi zaman ürək daha çox fəaliyyət etmək məcburiyyətində qalır. Bəzi vəziyyətlərdə isə ürəklə bağlı təməl problem səbəbiylə ürək böyüməsi gerçeklesir.

Doktorinfo.az məlumat verir ki, meydana gələn yayğın ürək böyüməsi əlamətləri baş gicəllənməsi, ürək döyüntüsü, nəfəs darlığı və vücudda ödəmdir. Adətən yüksək təzyiq səbəbiylə meydana gələn ürək böyüməsinin səbəbləri arasında həm genetik, siqaretdən, spirtli içkilərdən istifadə, düzgün qidalanmamaq kim faktorlar yer alır.

Ürək böyüməsi nə üçün olur?
Nəfəs darlığı, əl-ayaqlarda şişmə... Ürək böyüməsi (Kardiyomeqali) nədir?Təməl səbəbləri qan dövranına mənfi təsir göstərən tıxanmaların meydana gətirdiyi koroner arter xəstəliyi və yüksək təzyiqdir. Digər terefden vücuddakı dəmir miqdarının çox olması da ürək böyüməsinə səbəb olan vəziyyətlərdəndir.

Qeyd edilən bu xəstəliklər, ürək əzələsindəki problemlər səbəbiylə ürəyin genişlənməsi və böyüməsinə səbəbiyyət verə bilər. Bu xəstəliklər ürəyin funksiyalarına mənfi təsir göstərir.

Ürək böyüməsinin səbəbləri arasında bunlar yer alır:

Yüksək təzyiq

Koroner arter xəstəliyi

Dəmir miqdarının çox olması

Genetika

Siqaret və spirtli içki istifadəsi

Anemiya

Hamiləlik

İnfarktdan qaynaqlanan zərər

Böyrək çatışmazlığı

Tiroid xəstəlikləri
Nəfəs darlığı, əl-ayaqlarda şişmə... Ürək böyüməsi (Kardiyomeqali) nədir?Yüksək təzyiq – Belə şəxslərdə, ürəyin vücudun geri qalanına qan paylamaq üçün daha çox çalışması gərəklidir. Meydana gelen bu məcburiyyət ürək əzələsinin böyüməsinə və zeiflemesine səbəb olur.

Koroner arter xəstəliyi – Qan axışına mənfi təsir göstərən koroner arter xəstəliyi ürək əzələrinin genişlənməsi və böyüməsinə yol açır.

Dəmir miqdarının yüksək olması – Vücudda olması gərəkdiyindən yüksek miqdarda olması ürəyin funksiyasına mənfi tesir göstərir. Nəticədə isə ürək böyüməsinə sebeb ola bilər.

Genetika – Ürək böyüməsi keçmişi olan insanlarda görülmə riski daha yüksəkdir.

Siqaret və spirtli içki istifadəsi – Həddindən çox istifadə ürəyə zərər verir. Bu zərər, ureyin bəzi qismlərinin gərilməsi və genişlənməsi səbəbiylə yaranır. Bu vəziyyət ürək əzələlərini zəiflədir və olması gərəkdiyi kimi funksiyalarına maneə olur.

Anemiya – Vücud toxumalarına kifayət miqdarda oksigen daşıyacaq sağlam qırmızı qan hüceyrələrinin əksikliyi mənasına gəlir. Bu zaman da ürək öz funksiyalarını düzgün yerinə yetirmir. Nəticədə böyümə baş verir.

Ürək böyüməsinin əlamətləri nələrdir?

Nəfəs darlığı

Ürək döyüntüsündə artış

Əl və ayaqlarda şişmə

Yorğunluqla bağlı enerji duşmesi

Baş gicəllənməsi və s.

Bu əlamətlər meydana gəldiyi zaman vaxt itirmədən mütəxəssis yanına müraciət edilməlidir.

Diaqnozu necə qoyulur?

Tibbi keçmiş araşdırılır, simptomlar nəzələ alınır. Daha sonra isə döş qəfəsinin rentgeni, EKQ, kardiyak müayinə, genetik, stres testi, qan analizi ilə daha dəqiq diaqnoz qoyulur.
Nəfəs darlığı, əl-ayaqlarda şişmə... Ürək böyüməsi (Kardiyomeqali) nədir?Müalicəsi necə aparılır?

Ürək böyüməsini müalicə etmək üçün ilk olaraq altında yatan səbəbin araşdırılaraq tapılması lazımdır. Səbəbə bağlı olaraq ürək böyüməsinin qarşısını alacaq dərmanlar və həyat tərzi dəyişiklikləri həkim tərəfindən tövsiyə edilir.

Müalicədə istifadə ediləcək dərmanlar aşağıdakı kimidir:

Ürəyin normal ritmi üçün antiaritmik dərmanlar

Qan təzyiqinizi aşağı salacaq dərmanlar

Antikoagülanlar

Qan təzyiqini nəzarətdə saxlamaq üçün beta blokerlər

Vücuddakı sodium və su miqdarını azaltmaq üçün diüretiklər.

Daha geniş çərçivədə ürək böyüməsinin müalicə üsulları aşağıdakılardır:

Ürəyinizin sabit bir ritmdə atması üçün ürək pilinin taxılması

Kardiyoverter defibrilatör (İCD) cihazının yerləşdirilməsi

Zədəli ürək qapaqçığını bərpa etmək və ya dəyişdirmək

Koroner arter baypas əməliyyatı və ya stendin taxılması

Bəs gündəlik həyat tərzinə necə dəyişiklik edilməlidir?

Duz istifadəsi azaldılmalı

Siqaret və spirtli içkilər tərkidilməli

Bol maye qəbulu şərtdir

Mütəmadi idmanla məşğul olmalı

Düzgün qidalanmalı

Normal yuxu zamanı olmalı

Stresdən maksimum dərəcədə uzaq durulmalıdır.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 12 dekabr 2023

Oxşar xəbərlər

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Cinsi orqanda göbələk xəstəliyinin müalicəsi

Kandida cinsindən olan göbələklər cinsi yolla yoluxa bilən xəstəlik törədicisidir. Kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. xəbər verir ki, bir neçə forması mövcuddur. Bes cinsiyyet yollarinda yaranan gobele

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Ürək ağrısının əlamətləri

Ürək-damar xəstəlikləri hər il ölümlərin ən geniş yayılan səbəblərindəndir. Bu xəstəliklərə yol açan faktorlar mövcuddur. Urek-damar xesteliklerinin sebebleri. təqdim edir:. Duzlu və şəkərli, həddindən çox yağlı qidaları

Pnevmoniya (Sətəlcəm) müalicəsi

Pnevmoniya - xalq arasında bilinən sətəlcəm, ağciyərin iltihablanmasıdır. xəbər verir ki, müxtəlif mikroorqanizmlərlə əlaqəli olaraq meydana gəlir. Bəzi pnevmoniya növlərində xəstə şəxsdən sağlam insana yoluxma riski vardır

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari